adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Sentyabr 2021 12:07
555
ELM VƏ TƏHSİL
A- A+

Rusdilli müəllimlərin erası başa çatdı - AÇIQLAMA

Adalet.az xəbər verir ki, tanınmış musiqiçi Tural Bakuvi gələcəkdə rus bölməsində şagirdlərin yaxşı təhsil alması üçün müəllimlərin çatışmayacağını bildirib.

“Hər iki qızımı bağçaya rus bölməsinə, məktəbə isə Azərbaycan bölməsinə yazdırmışdım. Bağçada rus bölməsinə üstünlük verməyimin səbəbi o idi ki, rus dilində fundamental bazaları yaransın, dilləri ruscaya yatsın və gələcəkdə rus dillərini inkişaf etdirmək daha asan və rahat olsun. 

Məktəbə gəlincə isə həmişə düşünmüşəm ki, ibtidai və orta təhsil ana dilində, ölkənin əsas dilində olmalıdır. Çünki, hesab edirəm, uşaqlar təhsildə öz potensiallarını ana dilində daha üstün şəkildə göstərə, liderlik imkanlarına daha asan yiyələnə bilərlər. 
Buna sübut kimi, 700 bal yığan tələbələrin arasında rus bölməsini bitirmiş abituriyentlərin olmadığını, yaxud, çox az olduğunu nümunə gətirə bilərəm. Rus bölməsinin məzunları üçün Universitet imtahanın Azərbaycan dili fənninin nə qədər çətin gəldiyi də, ayrı məsələdir.
Bundan başqa, danmaq çətindir ki, məktəb sferasında yaxşı rusdilli müəllimlər erası da başa çatmaqdadır. Bu gün öz perspektivinə inanan və özü üçün yaxşı karyera planlaşdıran rusdilli gənc nəsil (abituriyentlər) arasında müəllim olmaq istəyən çox az tapılar. Təkcə bu əsasla, bir neçə il sonra rus bölməsində keyfiyyətli pedoqoqların olub-olmayacağı ciddi sual yaradır.

Hazırda qızların həm rus, həm ingilis dilində kifayət qədər yaxşı danışırlar, dərsləri də yolundadır, məktəbi bitirinə qədər də almanca öyrənmələrini hədəfləmişik.

Əlqərəz, xarici dil öyrənmək üçün uşağı o dildə ibtidai təhsilə yönəltmək rasional seçim deyil. Bu məntiqlə yanaşsaq, deməli, uşaq ibtidai təhsilini aldığı xarici dildən başqa (məsələn, rus dili öyrənmək üçün rus bölməsinə qoyulan uşaq) heç bir xarici dil öyrənməyəcək?!”
 

Emin