adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Sentyabr 2021 11:29
600
GÜNDƏM
A- A+

Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapılıb - DİN

Daşkəsən rayonunda itkin düşən 21 yaşlı İsmət Bayramov və 11 yaşlı Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.