SON DƏQİQƏ:

Hünərin var, intellektual ol! - Eminquey yazır

  936   |  
Şriftin ölçüsü  

Zaman o zaman idi ki, dayanacaqlarda təptəzə, cağbacağ monitorlar avtobus dayanacaqlarında taxt-taca minmişdi. Bir baxanda, dönüb bir də baxmaq istəyirdin. Bu baxışlar əvvəl-əvvəl göz oxşamaq, könül açmaq üçün idisə, sonralar saat ehtiyacına çevrilmişdi. Gözlərimiz bu monitorlarda avtobusların gecikməyinə zillənə-zillənə mazol olmuşdu.

Adını intellektual idarəetmə sistemi qoymuşdular. Bu monitorların balalarından avtobuslara da quraşdırmışdılar. Hətta o qədər intellektual aparatlar idi ki, sürücüləri siqaret çəkməyə belə qoymurdu. Siqaret çəkənlər bu aparatlardakı kameraların ucbatından vərdişlərini tərgitmişdilər. Bir sözlə, bu intellektual aparatlar cəmiyyəti maarifləndirməkdən məsul idilər.

Bu monitorlar keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun təşəbbüsü ilə dövlət büdcəsi hesabına dayanacaqlara quraşdırılmışdı.

Bəs, sonra nə oldu?

Qəfil bu intellektual monitorlar iflic olmağa başladı. Əvvəl ekranları qırıq-qırıq göstərdi, sonra yavaş-yavaş işıqları öləzidi və nəhayət qaranlıq...

Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Həmin ərazidən keçən avtobusların heç də hamısının marşrut xətti və intervalı ilə bağlı məlumatlar sistemə əlavə edilməyib. Sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.

Hətta bu intellektualların bəziləri son zamanlar veş-vüşünü də götürüb avtobus dayanacaqlarından köç etdilər.

Səssiz-küysüz...

Hara?

Kimə?

Yaxud kimin cibinə?

Bu sistem niyə sıradan çıxdı?

Bu monitorların ipi Ziya Məmmədovun əlində idimi?

Enerjini Ziya Məmmədovdanmı alırdılar?

Hələ 2018-ci ildə Bakı Nəqliyyat Agentliyindən bildirilmişdi ki, çatışmzalıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub.

Mütəxəssislərin axırı necə oldu?

Dərdimiz ağırdır, ağır.

İntellektuallıq adına nə varsa, hamısının zayı çıxır bu məmləkətdə. İntellektual adamları bir ayrı qaranlığa qərq olur, intellektual idarəetmə sistemi bir ayrı.

Hünərin var, intellektual ol!

Sonun ya qaranlıqdır, ya da qürbət!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK