SON DƏQİQƏ:

Pela necə Ağdağ oldusa, Şikaox da eləcə Şıxovuz olmalıdır: Şərqi Zəngəzur Azərbaycandır!

  454   |  
Şriftin ölçüsü  

Ötən gün Qafan meri Gevork Parsyanın Ağdağ dağının Azərbaycanın nəzarətinə keçməsiylə bağlı “" vay- şivən”I  Ermənistanda böyük ajiotaja səbəb olmuşdu. “Bu ərazi vacib yüksəklikdir, bizim üçün strateji əhəmiyyətli məntəqədir. İndi rusların olmaması sayəsində bu məntəqə azərbaycanlıların tam nəzarətinə keçib.” söyləməsi digər erməni siyasətçilərini də hərəkətə keçirmişdi.


 Erməni politoloq Edqar Elbakyan “Facebook” səhifəsində “Saxta sülh təbliğ edənlər bu gün Qafanda yeni güzəştlər etməyə hazırlaşırlar” yazmasından sonra diqqətlər Azərbaycan - Ermənistan sərhəddinə çəmləşdi.


Adalet.az xəbər verir ki, bu dəfə Ermənistan parlamentinin "Hayastan” blokundan olan deputat Vaqe Akopyan dərdli-kədərli açıqlaması erməni ictimaiyyətinin içərisinə “od salıb”. Onun :” Güman ki, Şikaox dövlət qoruğunun qarşısında yerləşən müdafiə mövqeyimizi itirəcəyik” deməsi öz xalqına Ağdağ (Pela) şokundan sonra ikinci şok oldu.
Deputatın sözlərinə görə, hazırda Ermənistan ordusunun və Çakaten kəndlərində yerləşən erməni hərbçilərinin ciddi mövqe problemləri var:
"Müqavimət göstərilmədiyi üçün Azərbaycan Ordusu sərbəst irəliləyir. Yaxın gələcəkdə, çox da uzaq olmayan müddətdə, bu kəndlərə bitişik olan Şikaox qoruğunun qarşısındakı yüksəkliyi də itirəcəyik”.


Vaqe Akopyan bir neçə gün bundan əvvəl Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi barədə yayılan məlumatı da təsdiqləyib:
"Qafanın meri (Gevork Parsyan- red Ə.R.)xəritə üzərində bizə hər şeyi göstərdi. Vəziyyəti ətraflı izah etdi. Təəssüf ki, Ağdağ dağı artıq bizdə deyil. Təəssüf ki, mənzərə budur".


 P.S. Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı demişdi axı:"Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!"


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK