adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Oktyabr 2021 13:41
1113
GÜNDƏM
A- A+

Azərbaycan və Türkiyə Prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Adalet.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.