adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
01 Noyabr 2021 14:50
1097
ŞOU-BİZNES
A- A+

 Aktyor Vivek Oberoyla sevgili, Salman Xanla nişanlı olan,  nəhayət Abişek Baççanla evlənən dünya gözəli: 48 yaş

Bollivud ulduzu, 1994-cü ilin “Dünya gözəli” Aişvariya Ray Baççan bu gün 48 yaşı ilə vidalaşır.


Adalet.az xəbər verir ki, 50-yə qədər  filmdə baş rolda çəkilən Aişvariya 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olub. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənib. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olduqdan sonra model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı.

 

Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə alb. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmindəydi. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat alıb. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlara layiq görülüb.
2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunmuşdur. Tərəf müqavili Şahrux Xan olan bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edildi və Ayşvariya Rayın bir aktrisa kimi püxtələşdiyini sübut etdi. Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilmişdir.
2004-cü ilə ilk ingilisdili filmdə - "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başladı. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.


Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abişek ilə nişanlanır və apreldə evlənirlər.
Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamil və urdu. Loreal, Coca-Cola və DeBeers brilyantlarının simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera -2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.

 


 Qeyd edək ki, indiyədək ona “seksual” obrazlar təklif edilsə də, heç birini canlandırmadığını bildirib: “Belə rollar insanı tez məşhurlaşdırsa da, tez də unutdurur. Mən cavan yaşlarımda da həmişə uşaqları olan, orta yaşlı qadınları oynamışam. Çoxları bunu mənə irad tuturdu, amma mən vecimə almırdım”.


Ayşvariya Rayı Hollivud ulduzu Culiya Roberts "dünyanın ən gözəl qadını" adlandırmışdı. Ayşvariya Ray indi Hindistanın ən məşhur, nüfuzlu və tanınan xanımlarından biridir.

Əntiqə Rəşid