SON DƏQİQƏ:

Atatürkə qarşı çıxan iki müxalif, illər sonra etirafları 

  1010   |  
Şriftin ölçüsü  

Atatürk sağ ikən ona yazıları, dediyi sözləri və kitabları ilə qatı müxalif olan, onu sevməyən ən önəmli iki insandan biri Zekeriyya Sertel, digəri isə Rafik Halit Karay olub.

Solçu, prinsipial aydın və yazar Zekeriyya Sertel həyat yoldaşı Sabiha Sertellə qürbətdə sürgün həyatı yaşadı.

Sertel 1977-ci ildə çap etdirdiyi “Xatırladıqlarım” adlı kitabında belə yazır:

“...Atatürkün vəfatı geniş xalq kütlələrində dərin hüzn yaratmışdı. Ölkənin ürəyi dayanmışdı.

Xalqın Atatürkü nə qədər çox sevdiyi indi daha yaxşı bəlli olurdu. Yoldaşımla bərabər mərasimi daha yaxşı görmək üçün Yeni Caminin minarələrindən birinin eyvanına çıxmışdı.

Tabutun arxasından təkbir səsləri, ilahi nəğmələr və hıçqırıqlar yüksəlirdi.

Bütün millət ağlayırdı.

Bu gözəl fəqət həzin mənzərəni seyr edərkən Atatürkün son 15 illik həyatı bir film kimi gözlərimin önündə canlandı.

O anda vicdanım məni haqq-hesaba çəkməyə başladı.

Sağlığında biz bu adam qarşı “Hürriyyət və Demokratiya savaşı” aparmışdıq.

Onu demokratiya və hürriyət gətirmədiyi üçün günahkar hesab edirdik.

Onun hərəkətlərini diktatura hesab edirdik, çünki o vaxt bir meşənin içindəydik.

Ağacları görsək də, bu meşəni bütövlükdə görmürdük.

İndi olub-keçənləri daha aydın görürəm.

Atatürk böyük inqilablar etmişdi. Bir-birinin ardınca gerçəkləşdirdiyi inqilablar o zamanlar böyük narazılıqlar, narahatlıqlar yaratmışdı. Xəlifə və padşah tərəfdarı olanlar ona qarşı cəbhə qurmuşdular. İttihatçılar ona sui-qəsd hazırlamışdılar. (1926-cı il, İzmir sui-qəsdi)

Papaq və yazı inqilabları, dərvişlərin yığıldığı məkanların ləğv edilməsi, bir çox pis adət-ənənələrin məhv edilməsi bəzi insanları narahat edirdi.

İmperialistlər də məmləkət içində üsyanlar, qiyamlar çıxarmışdı.

İstanbulda bütün xəlifəçi, padşahçı və mühafizəkar mətbuat Atatürkə qarşı yaylım atəşi açmışdılar.

Bütün bu şərtlər içində hürriyyət və demokratiya yarana bilərdimiz?

Əksinə, inqilab düşmənlərinə qarşı az-çox sərt davranmaq lazımdır.

Atatürk də daxili və xarici düşmənlərə qarşı tədbirli və ehtiyatlı davranmağa məcbur idi.

Bununla bərabər Hitler və Mussolini tərzində bir diktatorluğa qol qoymadı.

Bütün çərtlər onun Şərqli bir dictator olmasına əlverişli idi, fəqət əsgər olmasına rəğmən həlim, sevimli və ağıllı bir hakimiyyət qurdu.

Bu hakimiyyət qorxuyla deyil, sevgiyə söykənirdi. Ona bu gücü verən xalqın ona sevgi ilə bağlı olması idi.

Onun üçün bizim istədiyimiz qədər olmasa da, yenə də günün şərtlərinin əl verdiyi ölçüdə hürr bir rejim qurdu.

Biz tənqidlərimizi azad şəkildə edə bildik. Nazım Hikmət ən inqilabçı şeirlərini onun dövründə yazdı.

Onsuz da böyük adamlar ancaq ölümlərindən sonra başa düşülür. Atatürk də bütün ölçüləriylə indi anlaşılmağa başlayıb.

Ona görə də Atatürk dünən də böyük idi, bugün də böyükdü, sabah da böyük olacaq”.

Bəli, bu sözlər solçu bir aydının, rəhmətlik Zekeriya Sertelin sağ ikən amansızcasına tənqid etdiyi Atatürkün ölümündən illər sonra yazdığı kitabından bir parça idi.

Qəzetçi, yazar və romançı Refik Halit Karay Milli Mübarizəyə qarşı çıxanların ən ön cəbhəsində idi. İstiqlal savaşı ərəfəsində xain padşah Vəhdəttin tərəfindən İstanbulda Poçt və Teleqraf naziri təyin edildi.

Bir yanda Milliçilərin Anadoludakı bütün xəbərləşmələrini əngəllədi, bir yanda da qəzeti qazılaryla onları və Mustafa Kamal Paşanı günahlandırıb təhqir etdi.

1923-cü ildə imzalanan Lozan Anlaşmasında bir hökm var idi.

Türk dövləti bütün xainləri əfv edəcək, ancaq adları Məclis və Hökümət tərəfindən bəlli olunacaq, 150 xain sürgün ediləcək, xaricdə olanlar isə Türkiyəyə girə bilməyəcəkdilər.

Tarixdə “150-liklər” olaraq bilinir. Refik Halit Karay bu siyahıda ön sıralarda yer alırdı.

Savaşdan sonra ölkədən qaçdı, illərlə Suriya və Liviyada yaşadı. orada da qəzet çıxarıb Atatürkün əleyhinə yazmağa davam etdi.

1938-ci ildə “150-lik”lər üçün əfv fərmanı çıxdı və Refik Halit də daxil istəyənlər Türkiyəyə qayıtdı.

O, uzun illər sonra 1963-cü ildə çap olunan “Bir ömür boyunca” adlı kitabında “köhnə düşməni” Atatürk haqqında nələr yazdı? Xahiş edirəm, diqqətlə oxuyaq.

“Köhnə və yeni heç bir nəslə xoş görünmək üçün çırpınmayan bi adamam. Onsuz yaşım da keçib, zaman o zaman deyil.

Ələyim ələnib, xəlbirim göydə gəzir, nə siyasi, nə də ədəbi bir istəyim qalıb.

Siyasət yalançı pəhlivan yetişdirən bir yerdir.

Ya da mərmər və tunc yerinə müqəvvadan heykəllər düzəldilən bir atelye.

Arada böyük bir adam da qarışır içlərinə.

Bircə Atatürk xaric, çoxdandır məmləkətimizdə böyük adam yetişməmişdi.

Mənim ya da başqalarının xatirələrini oxuyanlar nə nəhənglərin cücəyə döndüyünü, necə şam kimi əridiklərini, qardan düzəldilmiş aslanlar kimi bir qucaq palçığa çevrildiklərini görüblər.

Nəhəng qalan neçə adam var içlərində?

Ömrüm boyu tanıdıqları arasında Atatürkdən başqa cücələşməyən nəhəng yoxdur.

Həyatda nəhəng olmaq deyəsən o qədər də böyük bir şey deyil.

Amma tarixdə nəhəng qalmaq çətindir.

İndi düşünürəm, bir Mustafa Kamal çıxıb milli şüur və çərəfimizi təzələyib.

Atatürk ömrümüz boyu bizi qan ağlamaqdan qurtarıb”.

Bəli...

Refik Halit də onun böyüklüyünü illər sonra olsa da etiraf etdi.

Bu iki insan hardan baxsaq bir-birilərinə zidd olan şəxsiyyətlərdir.

Birincisi solçu-kommunist, ikincisi isə sağçı-padşahçı-xəlifəçi-mühafisəkar.

Zamanında hər ikisi də Atatürkə qarşı mübarizə aparmış, amma onun ölümündən sonra yazdıqları kitabda bir fikir ətrafında birləşirlər:

“Atatürk böyük adam idi”.

 

Dilimizə uyğunlaşdırdı, hazırladı: Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK