adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Noyabr 2021 11:46
512
DÜNYA
A- A+

Baydenin qadağa xətləri

Amerikanın National Revrew jurnalının oxucuları Ukraynadakı vəziyyəti və amerikan hərbiçilərinin bu münaqişədə iştirakını aktiv müzakirə edirlər.
 

Buna səbəb Kiyevin Moskvanın ünvanına səsləndirdiyi, gələn ilin əvvəllərində Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması və bununla bağlı Ukraynanın ABŞ-dan və NATO dövlətlərindən maddi və texniki dəstək göstəməsini xahiş etməsidir.
 

Oxucuların əksəriyyəti Ukraynalılara okeanın o tayından ümid gözləməməyi məsləhət görürlər. "Baydenin hərəkətləninə baxdıqca Ukrayna prezidentinə məsləhət görərdik ki, Amerikaya yox, Rusiyaya dua etsinlər"- deyə oxucu yazır.

 "Daha bir oxucu isə ironiya ilə " Putin özünü gözlə, Bayden qum üzərində sənə qadağa xətlərini çəkəcək".
 

"Kömək üçün Ukraynaya amerikan generallarını göndərin, onlar yerli əsgərlərə irqlərlə mübarizə  teoriyasını başa salarlar" -deyə daha bir oxucu lağ edir.
 

Bir çoxları isə üçüncü dünya müharibəsinin başlamaması üçün regionda baş verən hadisələrdən kənarda durmağı məsləhət görürlər.
 

Kreml isə bu cür xəbərləri "informasiya müharibəsi" kimi qiymətləndirir və Moskvanın yalnız Donbass münaqişəsinin həllinə çalışdığını bildirir.

 Rüstəm Hacıyev