adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Noyabr 2021 17:38
842
İDMAN
A- A+

“Mançester Yunayted”ə yeni baş məşqçi təyin olundu

İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi təyinatı rəsmiləşib.

Adalet.az apasport.az-a istinadən xəbər verir ki, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.
Ralf Ranqnik mövsümün sonunadək komandanın baş məşqçisi olacaq. 63 yaşlı almaniyalı mütəxəssis müqaviləsi bitdikdən sonra daha iki il məsləhətçi kimi çalışacaq.

Ranqnikin işçi vizası həll olunanadək komandaya Maykl Karrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra "Mançester Yunayted"ə müvəqqəti Karrik başçılıq edir.