adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Dekabr 2021 13:42
3844
GÜNDƏM
A- A+

Terroçuluq, həmişə “qəhrəman” etmir: Norayr Mirzoyandan”dərs alan” Seyran Sarkisyanın aqibəti

 

Azərbaycan əsgərinə hücum edən, onun durduğu posta qumbara atan Qarabağ müharibəsinin terrorçusu Norayr Mirzoyan Azərbaycan Ordusu tərəfindən cəzasız qaldığı və bu azmış kimi cinayətkarın rusiyalı  sülhməramlılar tərəfindən oyuncaq “artsax respublikasının ” “təhlükəsizlik orqanlarına” təhvil verilməsi elə bir abu- hava yaratdı ki, sanki terror hadisəsi törədən erməni cəzasız qalacaq.


Odur ki, iki gün öncə ermənilər təxribata əl ataraq, möqvelərimizi atəşə tutmuşdular. səbəb Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qondarma DQR-in əski parçasının asılması olub.

 

Adalet.az xəbər verir ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni tərəfi həmin əski parçasını dirəkdən götürmək istəməyib. İki gün öncə hərbçilərimiz yenidən xəbərdarlıq edib, ardından isə bildiriblər ki, əks təqdirdə oradan zorla götürüləcək. Lakin ermənilər yenə də buna məhəl qoymayıblar. Üstəlik, Azərbaycan Ordusunun mövqelərinə atəş açıblar.
 Azərbaycan hərbçiləri düşmən təxribatının qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüblər və təbii ki. həmişəki kimi ermənilər postlarını qoyaraq, qaçıblar.
 Bu insidentdən “qeyrətə boğulan” Xocavənd rayonun Çartar kəndində yaşayan 1956-cı il təvəllüdlü Seyran Sarkisyan “sinir edən” nüans isə budur:Azərbaycan əsgərləri dirəkdən asılmış əski parçasını çıxararaq, əvvəlcə çəkmələrini siliblər, daha sonra isə hərbi hissənin həyətindəki zibil qabına atıblar.

 


O, bunun heyfini Azərbaycan əsgərindən almaq üçün plan hazırlayıb. Sarkisyan əvvəlcə özünü naxırçı kimi təqdim edib və inəklərini itirdiyini deyib. Onları axtardığını bildirib və bu minvalla da əsgərimizə yaxınlaşmağa çalışıb. Hərbi qulluqçumuz isə ərazidə heyvan görmədiyini, ondan isə uzaqlaşmağını tələb edib. Lakin erməni təxribatçı bir qədər də ona yaxınlaşaraq, hücum etmək üçün əlverişli imkan qazanmağa çalışıb. Bunu başa düşən Ordumuzun nümayəndəsi havaya xəbərdarlıq atəşi açıb. Bu zaman Seyran Sarkisyan qəfil hücum edərək, əsgərimizin əlindən silahını almağa çalışıb. Gözünə döndüklərim də, terrorçunu zərərsizləşdiriblər


İlkin araşdırmalar zamanı məlum olub ki, Seyran Sarkisyan I Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb. Bundan başqa, o, vaxtıyla separatçıların Xocavənddəki əsas adamlarından biri hesab olunub.

Terrorçu Norayr Mirzoyana baxıb təxribat etmək istəyənlər, bir də Seyran Sarkisyana baxıb aqibətlərini düşünmək məcburiyyətindədirlər.

Əntiqə Rəşid