adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Yanvar 2015 12:31
48056
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük. 

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status



                                                                    ***

Cəlil Cavanşir : "Neçə yaşında oluruqsa olaq, içimizdə dəcəl, şıltaq, sözdinləməz bir uşaq var. O uşağın dilini bilən, danışdırmağı, ovutmağı bacaran insan isə ən doğmamızdır...”


                                                                     ***

Cahan Xanım : "Bütün gedənlər qayıtsın, mənim usaqlığım da onun içində...”


                                                                     
                                                                      ***


Zaur İbrahimli : "Yazın gəlməsinə 30 gündən bir az çox qaldı. Məni artıq bir məsələ çox ciddi düşündürməkdədir - əcaba Pənah Hüseynin müxalifətin "yaz hücumu" ilə bağlı hansısa ideyası, təşəbbüsü olacaqmı? Versiyalarınız varsa buyurun bölüşün, bəlkə yeni ideya tapdıq....”


                                                                        ***


Şəhla Hüseynova : "Facebookun Azərbaycan istiqamətini kiçik bir kəndə bənzədirəm, hamı bir birini tanıyır, yaxşı qeybətlər gedir, bir-birini güdən kim, bir-birinin üzünə gülüb arxasınca vedrə bağlayan kim, yalandan üzdə bir-birinə tərif deyib onun haqqqında olmazın şeylər danışanlar kim...Əsas olan bilirsiniz nədir? Güzgüyə baxanda insanın özünün özünə dedikləri”.


                                                                        ***


Elçhin Əlibəyli : "Mutlu olduğunuzu heç zaman heç kimə deməyin, yaxınlarınıza belə, həmən andan sizi bədbəxt etmək ətrafında düşünüb, işlər quracaqlar. Bədbəxt göstərin özünüzü ki, onlar özlərini mutlu sayıb sizə yuxardan baxaraq, rahat buraxsınlar”


                                                                         ***



Əkbər Qoşalı : "Dünyagörüşlü olmaq gözlü olmaq deyil, dünyalı olmaqdır...”


                                                                         ***


Vəsilə Z. Vahidqızı : "Hər kəs elə bilir ki, ona aid olan, ona yaxın olan, onun vacib bildiyi mövzu ən vacib mövzudur. Əslində isə vacib olmayan mövzu yoxdur”.



                                                                          ***

Elşad Məmmədli : "Hamımıza bəllidir ki, kişilərin çoxu namus söhbətini "dədə-baba” qaydası ilə çürütməyə meyillidirlər. Bu, haradasa mentalitetdən irəli gələn bir məsələdir. Ancaq nəzərə almaq lazımdır ki, guya daha insan təfəkkürünün inkişaf etdiyi dövrdür, 21-ci əsrdir... Müasir dünyada, elə ötənlərdə də adına xələl gətirən arvadını boşayan kişiyə də qeyrətli, yaxşı oğlan kimi yanaşırlar və ən doğru olanı budur. Əgər bir qadın sözünə baxmırsa, Allaha bəndəlik etmirsə, yaxud da hər ikiniz yaxşı insan olduğunuz halda yola getmirsinizsə, sakitcə ərizə verib boşanın. Nə ana öldürülüb uşaqlar yetim qalmasın, nə də kişi ömrünün azı 10 ilini türmədə keçirməsin...”


                                                                           ***


Orxan Əli : "FB-da baxıram Göyçay camaatı Mübariz Ağayevin yenidən rayona icra başçısı təyin edilməsi xəbərinə o qədər sevinib ki, az qala, bayram elan ediblər”.



                                                                           ***


Mübariz Aslanov : "Bakı artıq o qədər sıxlıqdır ki, gecələr bir-birinin səsindən heç kim rahat yata bilmir”.


Sübhan Mahmudlu