adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Fevral 2015 15:11
50045
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisəürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərəbildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.


                                                                          ***



Milord Lord: "Od qiymətinə televizor al, gətir, ən ucuz verilişlərə bax, böyük dərddir”.


                                                                           ***


Mehriban Zeynalova: "Ən gözəl müsiqi gözlərdən axan musiqidir”.


                                                                            ***


Azər Qismət : "Kişi anasını ömür boyu sevir. Atasını isə 40 yaşdan sonra başa düşür”.


                                                                             ***


Seymur Qasımbəyli: "Vaxt var idi "Alabaş" avtobuslarına minərdiniz. Mindiyiniz qapıdan da düşmək məcburiyyətində qalardınız. İndi minilən avtobusların 3 qapısı var. Hardan minəcəyinizi, hardan düşəcəyinizi heç kim sual etmir”.


                                                                              ***


Vüsal Məmmədov: "Bir din xadiminin evindən 50 min, o birindən 100 min manatlıq sərvət oğurlanıb... Əgər mənim evimi yarsalar, heç 1000 manat da tapa bilməzlər. Gözünə döndüyüm oğru bilir ki, hara getmək lazımdır, ateistlərlə işi yoxdur”.


                                                                              ***


Zümrüd Abbas:"Qarabağdan mənə tək yadigar qalan səs,  güllə səsidir...”



                                                                             ***


Elşad Eyvazlı : "Nə istədiyimizi özümüz də bilmirik...

Qış gələndə yaz arzulayırıq, yay gələndə qış...
İnsanlar hüzr mərasimlərində israfçılıqdan narazılıq edirdi. Müəyyən qadağalar tətbiq edildi. Başladılar ki, "belə olmaz, bəs, mən niyə öz doğmamın hüzr mərasimində banan verməyim".
Di gedin, canınız çıxsın, kredit alın, yas mərasimi keçirin.
Yol polisindən əksəriyyət narazılıq edir. 
Millət vəkili Eldar İbrahimov parlamentdə ümumi polisi tərifləyir, yol polisinin bəzilərinə "Dana" deyir. 
İndi də başlayıblar ki, niyə Eldar İbrahimov belə deyib.
Eldar İbrahimov düz deməyib, yol polisi "mələkdi.."

                                                

                                                                            ***


Fatimə Kərimli :”Qəfildən yadıma düşdü. O gün Con Kerrinin qarı təmizləmədiyinə görə cərimələnməyindən danışılır. Aparıcı deyir ki, bu cərimələnmə onun imicinə xələl gətirəcək. Adam bilmir gülsün, yoxsa əsəbdən oturub aglasın. Nəyi qoyub nəyi axtarırıq e?! Demirik ki, o boyda dövlət rəsmisini belə cərimələyəcək qədər demokratiklik var, qanunlar işləyir, deyirik ki, Kerrinin imicinə xələl gələcək. Dəhşətdi.


                                                                                ***


Ruhanə Paşazadə :”Bu gün dahi sənətkar,bəstəkar,mügənni Polad Bülbüloğlunun 70 illik yubileyidir. Belə sənətkarlar bir daha tarixə gəlməyəcək, onların vaxtında qədrini bilmək lazımdır. Təbrik edirəm!..


                                                                               ***


Günay Səma Şirvan: ""Küləklə sovrulanlar" - amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanıdır. 1936-cı ildə dərc olunub. Dünyanın ən məşhur 100 romanının siyahısına daxil olub.
Adam cəmi bircə kitabla bütün dünyada oxunur. 
Yazar olmaq üçün 14 KİTABIN ÇIXMASI ŞƏRT DEYİL!



Sübhan Mahmudlu