SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  45332   |  
Şriftin ölçüsü  

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisəürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərəbildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdənAdalet.azsaytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.



                                                                          ***


Etibar Hüseynov: "Əli Kərimli, onsuz da bekarçılıqdı. Bəlkə Lamiyə Quliyevanı da siyasi dustaq elan edib özünə müavin seçəsən”


                                                                          ***


Elçin Mirzəbəyli : "Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı "qürurun aşağılanması" kimi qəbul edərək təkkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli ortalıqda yeni umacaq, məkr və hiylə var...”


                                                                          ***



Nazim Mammadov : "Yekə yekə kişilər, alim, akademik adı daşıyan deputat-komitə sədrləri 4-5 sinifin şagirdlərinin səviyyesinde misal çəkirlər”


                                                                            ***


İlqar Rəsul : "Poeziya

Bu dünyada sonuncu qadın öləndən sonra yer kürəsi daha fırlanmayacaq. 
Qadınlara görə fırlanır bu planet yəni....


                                                                             ***



Vüsalə Məmmədova : "İşsizlik problemi o həddə çatıb ki, tumları da qabıqsız satırlar. Düşünən yoxdur ki, xalqın bekar nümayəndələri nə işlə məşğul olsun...”


                                                                              ***



Bəxtiyar Məmmədli :”Nəyə görə deputat yol polisinə sürücülük vəsiqəsini deyil, deputat vəsiqəsini göstərir? Heç kimin tərəfini saxlamaq niyyətində deyiləm. Amma biz hüquqi dövlətdə yaşayırıq axı?



                                                                              ***


Mübariz Aslanov: "Ləyaqətsiz adama həqiqəti söyləmək, qoyunu qurda etibar etmək kimi bir şeydir”


                                                                             ***


Hacibəy Heydərli : "Bəzi insanları tanıdıqca adamın yaşamaq eşqi artır...”



                                                                              ***


Zaur İbrahimli : "İŞİD xuliqanlıq edir. Onun xaç ataları isə buna baxıb övladcıqlarının dəcəlliyinə sevinirlər. Bütün dünya da bundan danışır.......”


                                                                               ***


İnarə Rafiqqızı : "İrsi xəstəliklər müalicə olunmur. Eynən yaltaqlıq kimi”




Sübhan Mahmudlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK