adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Fevral 2015 12:10
59326
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status


                                                                           ***



Sənan Nəcəfov:"Brazilyada keçirilən çimərlik futbolu yarışları zamanı mühafizəçilər özləri ilə qarpız, pendir və pivəni stadiona keçirmək istəyən bir qrup azərbaycanlını geri qaytarıb”


                                                                            ***


Elçin Əlibəyli: "Unudulmaq, ən böyük çətinliklə üzü-üzə durmaq və tək qalmaq, sonra deyirsiniz üzünüz gülsün, cənablar...üzünüz gülsün, ürəyiniz ağlamasın!”


                                                                             ***


Gülnarə İlham: "Deməli, biz Bakıya kirayə evə köçəndə evdə çatışmayan əşyalar vardı. Rayonda olan köhnə əşyalarımızdan gətirib əyir-əskikləri tamamlamağa çalışırdıq. Hər dəfə nəsə lazım olanda qaynanam deyirdi onsuz da müvəqqəti evdir, təzə əşya almayın... Belə deyə-deyə bu beş il ərzində zirzəmidə köhnə nə vardısa daşıdıq Bakıya... İndi evimiz antik əşyalar dükanına bənzəyir...”



                                                                               ***

Sədan Bünyadova: "Kim deyir axı bu ölkədə mütəxəssisə, işi bilən adama ehtiyac var?! Boş sözlərdir! Bu ölkədə işi bilənə qiymət verənmi var?! Kiminsə qohumunu, dostunu işə götürmək varkən kimdir mütəxəssis axtaran?!”



                                                                               ***



Rufik İsmayılov: "Kiçik, yaxud "ikinci sort" ölkələr böyük dövlətlərin mübarizə, müharibə poliqonu olublar. Bu, tarixən də belə idi, indi də belədir. Bir el məsələində də deyildiyi kimi, ayının min oyunu var, bir armudun başında. Qərbin marağı heç də Ukraynanı, sadə ukraynalıları düşünmək, onları "ağ günə" çıxarmaq deyildi. Öz siyasi məqsədləri üçün sadəcə Ukraynadan istifadə etdilər. Olan isə Ukraynaya, onun suverenliyinə, ərazi bütövlüyünə, sadə ukraynalılara oldu. İndi də olan-olub, keçən-keçib deyib, Ukraynanı taleyi ilə barışmağa, Rusiyanı isə dilə tutmağa, yola gətirməyə çalışırlar. Elə sanksiyaları, təzyiqləri də buna xidmət edir. Qərb, Avropa İttifaqı ölkələri Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrində nəyi müsbətə doğru dəyişə biliblər ki, indi də Donetsk, Luqansk və Krım hadisələrində Ukraynaya fayda verə bilsinlər?”

                                                                               ***



Şəfəq Ağacan: "Çox üzlü adamlar görəndə birüzlü adamlara yazığım gəlir tez-tez dəyişən üzləri gördükcə gözləri çəpləşəcək.....”



                                                                               ***


Firuzə Həsənzadə: "İnsan gün ərzində özünə gələn mesajların bəzilərini cavablandırmasa da gözucu hər birinə nəzər salır Amma ....
Quran insanın dünya həyatında aldığı ən əhəmiyyətli bir mesajdır; insana birbaşa onu Yaradandan gələn haqq sözdür.Ancaq insanların böyük əksəriyyəti düşdükləri qəflət səbəbiylə bu qədər əhəmiyyətli bir kitabı, Allahın insanlara verdiyi mesajını açıb belə oxumurlar”



                                                                         ***



Nailə İsmayılova:"Bəzən qohumun kim, yadın kim olduğunu unudursan...”

                                                                            ***



Əvəz Rüstəmov: "Bu dəqiqə telekanalların birində qadın-kişi xəyanəti mövzusunda qızğın söhbət gedir. Oturduğumuz yerdə zibilə düşmüşük. Mənzərə inanılmaz iyrəncdir...”

                                                                            ***



Aqil Camal: "Qazaxıstanda Latin əlifbasına keçidlə bağlı dövlət proqramının qəbulu həqiqətən, tarixi hadisə, Türk ölkələrinin əlifba birliyi yolunda önəmli addımdır”



Sübhan Mahmudlu