adalet.az header logo
  • Bakı 19°C
05 Mart 2015 13:51
58385
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                        ***


Zümrüd Abbas: " 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə bilet satışını səbirsizliklə gözləyirəm.Biletin qiymətinin heç bir fərqi yoxdur...İdmana olan marağım hədsizdir.Və belə bir Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirəm,həm də çox sevinirəm. İnanram ki,Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək.Ölkəmizə gələn xarici qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyinin və ölkəmizin sürətlə inkişafının şahidi olacaqlar.Hesab edirəm ki,bu dövlətimizin qudrətini,beynəlxalq nufuzunu daha da artıracaq.Biz həm də dövlətimzin gücünü ,iradəsini və beynəlxalq səviyyəli yarışların keçirilməsinə hazır olduğumuzu göstərərcəyik.Uğurlar !!!”


                                                                          ***

Rza Rzayev: "İnsanlar o qədər mənəviyyatsızlaşıb və əxlaqsızlaşıblar ki, kiminsə xəstələnməyinə ve ölümünə sevinirlər! Əgər xəstələnən və ölən düşüməniniz olsa da belə....Kişilər düşməninə xəstəlik və ölüm arzulamaz, sağlıq və uzun ömür arzular, qisasın almaq üçün! Kişi olun, ola bilmirsinizsə, susun, xəstələnən və ölən ananızı " ......."heç olmasa car çəkmeyin”



                                                                           ***


Afaq Tahirqızı: "Nənəm həmişə mənə deyirdi ki, heç nəyə sahiblənmə , mənimdi demə . Heç nə sənin deyil Allah səni ödülləndirmək, sevindirmək, könlünü xoş tutmag üçün etrafını bəzəyib. Övladların belə sənin deyil, sən belə sənin deyilsən . Hikkə ilə bu gün mənimdi , mənə aiddi dediyin hər kimsə sabah səni elə inanılmaz anda arxandan vurar ki, mənimdi dediyinə peşman olub utanarsan. hmmmm... doğurdanda heç nə və heç kəs bizə aid deyil .... heç özümüzdə !!!!!”


                                                                           ***


Sənan Nəcəfov: "Avropa Oyunlarında könüllü olmaqdan imtina et- yazanların, bu şüarla kampaniya aparanların, haştaq yaradanların ...dərdi nədir? Əvvəl Eurovision, indi Avropa oyunlarını gözdən salmaqla nə əldə edirsiniz? bunun adı nədir? nədən narahatdılar?”


                                                                          ***


Tural Turan: "Özümdən qaçmaq istəyirəm, kömək lazım...”

            

                                                                          ***


Əminə İlyaslı: "Cicili bicili seriallar var ey, oğlanla qızın sevgisindən danışır, evlənəndən sonra ata yox uşağa baxır, yox arvadı xəstələndi sup bişirir, yox sahib çıxır. Belə seriallar qızların beyninə yeridir ki hə evlənəndə belə olur. Onlara qarşılıq olaraq bütün gerçəkləri əks etdirən "Əslində olan" deyə bir kino çəkmək, sizin o kinoya baxıb düşündükləriniz və əslində olan deyə qruplaşdırmaq lazımdı. Evlənməzdən öncə, sevgilisinin yalanları ilə evlənəndən sonra nağıl dünyasına düşəcəyini, ərinin ona əmr vermək nə kəlməəəə güldən ağır söz demiyəcəyini düşünən qızlara ithaf etmək lazımdır. Yoxsa belə getsə nağıl dünyasına evlənib, kabuslar evindən boşananların sayı hələ çox artacaq.
Lütfən, belə kinolara baxmıyın demirəm, vaxt öldürmək üçün baxa bilərsiniz. Amma adı üstündə, film. Tamamilə xəyal məhsuludur. Lütfən ümidlənməyin”


                                                                            ***


Jalə Mütəllimova: "Bəlkə insan elə ana bətnində olduğu qədər yaşayır. Cəmi doqquz ay!..Və bəlkə ölməkdir doğulmağın bir adı da...”


                                                                            ***


Naibə Qurbanova: "8 Mart yaxınlaşır deyə kişilərin əksəriyyəti ağlaşma qurub. Çoxunun da bir arqumenti var – o gündən kişilər üçün niyə yoxdur.
Əziz güclü cinsin nümayəndələri, o günü siz yaratmalısınız, təbii ki, bizim də iştirakımızla və ondan sonra bayram eləmək eşqinə düşərsiniz. Hələliksə kiriyin, ağlamayın!”


                                                                            ***

Fatimə İbrahimova: "İllər əvvəl doğulan insanlar daha həssas idilər. Adi bir musiqi, ya da kədərli filmə görə göz yaşlarını saxlaya bilmirdilər. Sonra bir neçə il keçdi, insanlar bir az bərkidi. İndi insanları hər şey kövrəldə bilmir. Bir az da illər keçəcək və insanlar yaxınlarının ölümünə belə ağlamayacaqlar”


                                                                             ***


Səidə haqverdiyeva: "Qadına dünyanın hər üzünü kişi öyrədir. Qadınları günahlandırmaqdansa kişiləri tənbeh edin...”


Sübhan Mahmudlu