adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2015 14:43
46947
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                        ***


Vüsalə Mahirqızı: "Bu gün APA TAP-TANAP layihəsi ilə bağlı 15, manatın məzənnəsi və devalvasiya ilə bağlı 8, Hamlet İsaxanlının qızı ilə bağlı cəmi 2 xəbər yazıb. Biri Baş Prokurorluqdan açıqlama, biri də məhkəmə. Amma indi bu sosial şəbəkədə medianı söyüb-döyənlər var ha, medianı rektor qızı mövzusunu çürütməkdə ittiham eləyənlər var ha, onlar o qızla bağlı xəbəri daha çox oxuyublar, nəinki əvvəl sadaladıqlarımı. Nədən bilirəm? Çünki o xəbər top 5-də ikincidi. Vot, fakt budu! Mediada yazılan mövzu çoxdu, Sizlər oxumağa bunu seçirsiniz!

                                                                        ***


Ceyhun Musaoğlu: "Dünyanı xilas etmək mümkün olmayacaq, bu, dəqiqdir. Amma səmimiyyəti dünyanın caynağından qopartmaq mümkündür. O səmimiyyəti ki, hər kəs üçün xoşbəxt dünya bəxş edə biləcək”

                                                                        ***


Xəqani Səfəroğlu: "Şaxta Baba ilə bağlı uşaq vaxtı bir şer vardl... "Şaxta baba şaxta can.." O şerdə qəribə bir misra vardı: "Fikrə getdi bir qədər.." Sonra dalınca "dedi əziz uşaqlar" gəlirdi.. Yahu, "Fikrə getdi bir qədər" misrası nəyə işarə olub? Şaxta Baba ani olaraq nəyi yada salıbmış görəsən..”

                                                                        ***


Könül Məmmədzadə: "Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür”

                                                                        ***


Solmaz Əliyeva: "Qozun,fındığın qiymətini görəndə adam istəyir bəhanə eləsin ki,mən Novruz keçirmirəm atəşpərəstlik rəmzidir...”

                                                                         ***


Alya Yaqublu: " Guya bu ölkədə sevgilisi, nişanlısı və ya əri döyən qadınların hamısı polisə gedir ki? Burda Hamlet İsaxanlının qızını qınayan kişilərin - hansıların ki, böyük əksəriyyəti mütləq və ən azı bir-iki qapaz vurmuş olar arvadlarına - bircəciyindən belə bir şikayət verən olubmu görən? Bunu eləyən qadının dəstəkçisi çox olur bu ölkədə, yoxsa qınayanı? Hadisə 10 gün əvvəl olub, döyülən şikayət etməyib (hər hansı səbəbdən), indi millət xəbər tutdu deyəmi döyənləri tutdurmaq fikrinə düşməlidi? Bu nə məntiqdi? Kriminal olaylara marağınız bu qədər çoxdusa, videonu hansı məqsədlə yayıblar sualı ətrafında mülahizələr yürütməniz daha faydalı olar”

                                                                          ***


Aysel Əliyeva: "Hindistanın bəzi əyalətlərində məktəblərdə dərs buraxan şagirdin əvəzinə ertəsi günü o uşağın atası,anası getməlidir”

                                                                          ***


Günay Arda: " Ata nənəm amansız dindar idi. Amma hər Novruzda ilk bayram payını qeyri-müsəlman qonşularımıza göndərirdi. "Onlar bişirmir, bişənlərin iyi onlara gedir."deyirdi. Müasir dindarlar Novruza da qənim kəsilib. Evində Novruza qadağa qoyan dindarlar var. Bişirdiklərinizdən müsəlmanlara da aparın...

                                                                          ***


Dürdanə Tahirli: "Ən böyük sərvət elə mehribançılıqdır!

                                                                          ***


Aynur Sadiq : "Hardaki qara çadralı, qaraya bürünmüş qadınlar arasında rəngarəng geyinmiş uşaqlar görürəmsə bu onların arzularıdı deyə fikirləşirəm...”


Sübhan Mahmudlu