Tariximizin yeni dövr səhifəsində böyük hərflərlə müasir Azərbaycanın inkişaf strategiyası qeyd olunubdu. Bu inkişafın rəhbəri, müəllifi və onu əzmlə davam etdirən Sizsiniz! Ulu Öndərimizin layiqli davamçısı olan cənab Prezidentimiz özünü həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda gerçəkləşdirdiyi, həyata keçirdiyi layihələrlə, fəaliyyət proqramı ilə birmənalı şəkildə hər kəsə göstərir ki, o, davamçısı olduğu kursa və bu kursun memarına layiq bir ölkə rəhbəridir. Bu mənada biz son 15 ilin tarixini gözdən keçirəndə dediklərimizin birbaşa şahidinə çevrilirik.
Sadəcə, bir xronoloji ardıcıllığa diqqət yetirək. Onda görərik ki, cənab İlham Əliyev Azərbaycan prezidenti seçildiyi gündən yaşadığımız tarixə qədər ölkəmiz üçün, xalqımız üçün nə qədər işlər görüb. Həm neft-qaz sektoru sahəsində, həm qeyr-neft sektoru sahəsində aparılan böyük işlər, həmçinin aqrar sahədəki uğurlu islahatlar, sahibkarlığa artırılan diqqət, vergi, gömrük sahələrindəki "bir pəncərə” sisteminin tətbiqi, ordu quruculuğu, həmçinin hərbi büdcənin daha da artırılaraq müasir silah və döyüş sursatları ilə təminat, Fövqəladə Hallar, Daxili İşlər, bütünlükdə hüquq-mühafizə orqanları, məhkəmə sistemi sahədində reallaşdırılan və zamanın tələbinə cavab verən dəyişikliklər fikrimizi təsdiq etmiş olur. Bununla yanaşı, cənab İlham Əliyevin rəhbərliyi altında mədəniyyət, idman, təhsil, səhiyyə sahələrində də həyata keçirilən bütün tədbirlər ölkə həyatının canlanmasına birbaşa xidmətdir.

Bu gün Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ və işğal edilmiş torpaqlarımızın taleyi və qaçqınlar məsələsi cənab Prezidentin daim diqqət mərkəzindədir. Heç də təsadüfi deyil ki, hər birimizin Prezidenti olan cənab İlham Əliyev özünün 50 illik yubileyini Ağcabədidə, Taxtakörpüdə qaçqın və məcburi köçkünlərlə qeyd etdi. Həmişə öz sadəliyi, səmimiyyəti və qətiyyətilə seçilən ölkə rəhbəri yürütdüyü xarici siyasətdə də əzmkarlığını dəfələrlə nümayiş etdiribdi. Onun beynəlxalq tədbirlərdə etdiyi çıxışlar "Türkiyə prezidenti burada yoxdur, mən buradayam!” – deyərək Türkiyənin mövqeyini birmənalı müdafiə etməsi Ermənistanın işğalçı siyasətini təkzibedilməz sübutlarla dünyaya çatdırması bugünkü Ermənistan rəhbərliyini, xüsusilə Paşinyanı dəfələrlə yerində oturtması təkcə bizim yox, həm də dünyanın gözləri qarşısında baş veribdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, görülən işlərdə cənab Prezident, Sizə ən böyük dəstək ölkənin birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan gəlibdi. Məhz Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı üçün gördüyü işlər böyük Azərbaycanımızın çiçəklənməsi yolunda Sizinlə həmfikir olmasına əyani sübutdur. Siz birlikdə Azərbaycanımızı uğurlara aparırsınız!
Söylədiyimiz bu yığcam, lakin konkret faktlar bu gün də hər birimizin yadındadır və biz bütün bunlardan qürur duyuruq. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, cənab prezidentimizin yenə də öz ənənəsinə sadiq qalaraq ailə içərisində, ölkə daxilində xalqımızla birlikdə özünün ad gününü, 58 yaşını qeyd edir. Biz də onu ürəkdən təbrik edir və hər birimizin Prezidentinə can sağlığı və Azərbaycanımız naminə gördüyü işlərdə uğurlar diləyirik.
Doğum gününüz mübarək, cənab Prezident!


Bakı -°C
