adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: HAKİMLƏR KOMİTƏSİNİN TƏZƏ MÜDİRİNİN ADI NƏ İDİ?

AQİL ABBAS
133345 | 2020-03-07 10:05

Yesenin yazır:

Atıb abrı-həyanı, mən yaxına gələrək

Qucdum ağcaqayını özgəninarvadıtək.

İndi bizim idman başbilənlərimiz də xarici mütəxəssisləriözgənin arvadıtək bağırlarınabasırlar: milliyə baş məşqçi, hansısa komandya baş məşqçi. Onlar da gəlib bir qələt edə bilmirlər. AdamınAllahı var, Qriqorçuk istisna.

HakimlərKomitəsinin müdirini də getdikxaricdən gətirdik, o da özüylə müavin, müşavir, yəni bir-iki qohum-əqrəbasın gətirdi. Tərcüməçi də verdikki, hakimlərimizi abıra salsın.

Xəqani Məmmədovunvaxtında hakimlər daha az xətaedirdi, nəinki indi.

«Qarabağ»la «Sabah»ın oyununda hakimlərin xətaları oyunun taleyinihəll etdi.



Birinci epizod. «Qarabağ»ınoyunçusu həqiqətən oyundankənar vəziyyətdəidi. Özü də yan hakimin gözünün qabağında, amma bayrağını qaldırmadı.Və bu vaxt həmin oyunçuya ala-babat bir təpikvurub yıxdılar, yenə bayrağını qaldırmadı.

İkinci epizod. Yenə «Qarabağ»ınoyunçusuna ala-babat bir təpik vurub cərimə meydançasındayıxdılar. Yenə hakimin fiti susdu.

Üçüncü epizod. Küncdən vurulan topu «Sabah»ın qapıçısı qaytarıb atdı «Qarabağ» futbolçusuna və qol. Və hakim bunuoyundankənar vəziyyət kimi qiymətləndirdi. Biabırçılıq!

Futbolçular da Allaha andiçirdilər. Yəqin gələn dəfəki oyunlarda stadiona «Quran» da gətirəcəklər, hakim belə səhvlər edəndə «Quran»ə əlbasdıracaqlar.

Ayıbdı ey, görən indi Hakimlər Komitəsi həmin oyunun hakiminə heç olmasaqırmızı cəhənnəm, bir sarı vərəqə çıxaracaqmı?

Demək olar çempionatınbütün oyunlarını izləyirəm.Hamısında da hakim xətaları.

Bəlkə bizdə də VAR sistemini tətbiq eləsinlər? Amma nə fayda ey, ordakılarda elə həmin hakimlər olacaq da.

Hakimlər Komitəsinin müdirinin adını axtarmağaərindim, amma uşaqlara tapşırdımki, şəklini tapıb qoysunlar.


TƏQVİM / ARXİV