Bəy dediyin nədir, bəyənmədiyin nə..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
553 | 2024-11-07 10:31

Ağ Evin hazırki rəhbəri Co Bayden,  ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Trampı yenidən prezidrnt seçilməsi münasinətiylə təbrik edib.

Bu barədə məlumat verən Associated Press agentliyi bildirir ki, Co Bayden Donald Trampa zəng edib, seçkilərdə qalib gəlməsi münasibətiylə təbrik edəndən sonra, onu hakimiyyətin təhvil verilməsi məsələlərini müzakirə etmək üçün rezidensiyasına dəvət edib.

 Daha əvvəl isə, Trampın əsas rəqibi, vitse-prezident Kamala Xarris Donald Trampa zəng edərək prezidrnt seçkilərində məğlubiyyətini etiraf edib, onu qələbə münasibətiylə təbrik edib. Keçmiş rəqiblər hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini müzakirə ediblər.

 Beləliklə, ABŞ-da həyəcan və gərginliklə keçən prszident seçkiləri başa çatdı. İlkin nəticələrə görə, respublikaçıların namizədi Donald Tramp xüsusi seçənlərin 277-sinin səsini qazanaraq Birləşmiş Ştatların 47-ci prezidrnti olub. Yeni prezidentin inauqrasiya mərasimi qanunvericiliyə uyğun olaraq 2025-ci ilin 20 yanvar tarixində keçiriləcək.

 Donald Tramp öz rezidensiyasından tərəfdaşlarlna müraciət etməyə də vaxt tapıb. O, siyasi qələbəsini elan edərək bəyan edib  ki, "ölkəsinin sağalmasına" köməklik edəcək və "amerikalıların rifahı üçün hər gün çallşacaq".

 Bəli, artıq prezident seçkiləri başa çatdı. Güman edilir ki, seçkilərlə  birlikdə, rəqiblərin bir-birilərini alçatmaları, təhqir etmələri kampanitası da sona  yetəcək. Donald Trampı "Hitler" adlandıran, onu faşisizmdə  ittiham edən hazırki prezident Co Bayden də "peşimanlıq hissi" keçirib onu qələbə münasibətiylə təbrik etdi. Nə deyə bilərik ki? "Demokratiyanın beşiyində" bütün bunlar normal hal kimi qəbul edilir və demokratik dəyərlər kimi qiymətləndirilir.

 

TƏQVİM / ARXİV