ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
36442 | 2013-11-30 00:14
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Müxtəlif illərdə yazılan və arxivdən aldığımız bu yazılardan görünən bu ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
AH BU YANLIŞLIQ... BU YANLIŞLIQ
EL ARASINDA BİR SÖZ VARMIŞ:
"YANLIŞ DA BİR NAXIŞDIR..."

Türkiyədə yaşadığım illərdə tez-tez bu ata sözünü xatırlamalı olurdum. Amma bir fərqlə.
Buradakı yanlışlıqlar heç bizim xeyrimizə olmadı.
Heç bəxtimiz gətirmədi bu yanlışlıqlardagOnlardan bir neçəsi haqqında

BİRİNCİ YAZI: ALƏM
KAZİMOV YOX, ƏFƏNDİLƏR...

Azərbaycanın adlı-sanlı Muğam sənəti nümayənlərindən biri olan Alim Qasımov, sənət dostları - tarzən Mənsuroğlu və bir başaqa Mənsuroğlu olan Elşad Mənsuroğlu ilə Ankara və İstanbulda oldular. Dünyanın bir çox musiqi mükafatlarını almış, muğam ustası Alim Qasımovun səsi muğam sənətində nadir səslərdən biridir.
Alim Qasımovun rəhbərlik etdiyi muğam üçlüyü Türkiyəyə Türkiyə Mədəniyət Nazirliyi və heyrət doğuran bir şey ki, Ankaradakı Fransız Mədəniyət Dərnəyi tərəfindən dəvət olunmuşdular. Mən belə düşünürəm ki, əsasında elə Alim Qasımovu bu Fransız Mədəniyyət Dərnəyi dəvət etmiş olar, ona görə ki, bəlkə də Ankarada Alim Qasımovu heç tanımırdılar bu vaxta qədər və elə bu yazı da bu tanış olmamanın bir təsdiqi kimi bir şeydir.
Xüsusi olaraq Fransada və başqa yabançı ölkələrdə Muğam sənətini tanıdan və dəfələrlə dünya ölkələrinə sənət səfərlərində olan bu Muğam üçlüyü Muğam sənətinin ən heyrətləndirici ifaçıları olaraq qiymətləndirilir dünya musiqi biliciləri tərəfindən.
1994-ci ilin aprel ayının 17-sində Türkiyənin dövlət televizyon kanalı olan TRT-1:::də "Axşama doğru" məhşur bir verilişdə ki, onu da bizim Bakıda da seyr eləyirlər, Ləvənt xanım adlı bir aparıcı ki, Türkəyini çox tanınmış bir ziyalı ailəsində çıxıb, qonaq elədi bu üçlüyü.
Bu verilişdə Muğam sənətinin bəzi tərəfləri sual-cavab olundu ki, Türkiyədə bu Muğam deyilən şey yoxdur, amma bir uzun hava deyilən şey var ki, bu da elə muğamdır. Çağdaş Türkiyə bu Muğamı yadlaşdırb özünə, amma onun müqayisəolunmaz nümayəndələri varmış bir zamanlar.
Heç şübhəsiz Ləvənt xanımın Alim Qasımova və onun sənət dostlarına bu münasibəti hörmətə layiqdir. (Bir az sonra elə bu kitabda bir yazı oxuyacağsınız və görəcəksiniz ki, Türkiyədə bizim sənətə necə münasibət varmış...)
Emma... ah, bu əmma olmasaydı.
Mən heç anlaya bilmirəm. Türk dilindəki bütün hərflər və bütün sözlər Azəri türkcəsində eynən var və ya əksinə. Belə olduğu təqdirdə necə ola bilir ki, tanınmış bir aparıcı və tanınmış bir ailədən çıxan xanım bu gözəl sənətçinin ad və soyadını təhrif edərək tələffüz etdi bütün gecə boyu.
Ucun tutub getdi ucuzluğa və Alim Qasımovu Aləm Kazımov olaraq tanıtdı tamaşaçılara. Bir dəfə yox, iki dəfə yox, elə bütün veriliş boyu beləcə söhbət etdi.
İndi baxın, Türkiyə Türkcəsində Alim sözü də var, Qasım sözü də... Hətta Türkiyədə məşhur bir səmt var: Qasımpaşa və məşhur bir mahnı da var "Qasımpaşalıyam mən, əli maşalıyam mən...."
Amma hörmətli xanım əfəndi türklər demişkən, elə hey Kazım dəyərək tutdurdu qətdi.
Aləm dəyərək qaza basdı...
Alim Qasımovun adını və familyasını olduğu kimi demək belə çətinmiş yəni?
Təbii, bu yanlışlıq yalnız burada bitsəydi nə vardı ki... Bir neçə gün əvvəl "Cümhuriyyət" qəzeti bir xəbər çap etmiş və bu xəbərdə yazırdılar ki, Azərbaycanın tanımış muğam ustaları Türkiyəyə gələcək. Kimmiş bu tanımış muğam ustası: Alem Kazımov.
Qəzet eynən belə yazır: "Fransada böyük şöhrət qazandıqdan sonra ABŞ və Avropada verdiyi konsertlərlə millətlərarası bir şöhrətə sahib olan sənətçi Aləm Kazımov ilk dəfə gələcəyi Türkiyədə Ankarada Milli Təhsil Nazirliyinin salonunda 20 Apreldə bir konsert verəcək".
Bir şeyi mən burada söyləmək istəyirəm. Düşünürəm ki, Azərbaycanda heç bir jurnalist və heç bir televiziya aparıcısı heç bir türk sənətkarına belə bir münasibətə yol verməz.
Burda qəribə bir şey də diqqətimi çəkdi. Bütün veriliş boyu Alim Qasımova Aləm Kazımov kimi müraciət olunsa da, Alim Qasımov bir dəfə də dönüb o xanıma söyləmədi ki, a balam mənim adım, familyam belədir.
Elə hey güldü... Və oxudu.
Amma necə oxudu...
Əlində qaval, bardaş qurub oxuyan Alim Qasımov həqiqətən bir aləm yaratdı...
Türkcəsi: "Ortadoğu" qəzeti, 24 aprel 1994

İKİNCİ YAZI:
TEVFİK:::TEN RUS OLMAZ

Azeri Türkler:::inin XIX. Yüzyılnda yaşayıp, yazmış bir ozan var: Ozan Abbas Tifarganlı. Bu ozanın güzel şiirlerinden biri mısra hep benim aklımdadır.Şu günlerde Türkiye televizyonunun Shov ve Star programlarında yayınlanan Dünya Kupası:::yla ilgiili bir yayını seyrederken şu mısra bir kez daha beni rahatsız etti.Böyl e söylüyor Ozan Abbas Tufarganlı "Desem öldürürler,demesem öllem."
Şu satırları yazdığım anda aklımda şu mısradır.
Niye?Sorabiliyorsunuz. Futbol nereye, bu mısra nereye.??
Evet sayın okurlar futbol tarihinin en yadda kalan anılarnı seyircilerin dikkatine suinan Shov ve Star programı güzel bir yayın hazırlamıştı Heyecanlı dakikalarla dolu bir programı seyrederken bana dokunan bu oldu:
Futbolseverler 1966 yılının final karşılaşmasını iyi hatırlıyorlar. Bu yarışma Alman ve İngiliz futbol takımının karşılaşmasıydı.Ve bu karşılaşmada İngiliz takımı bir gol attı. Bu gol, evet bu gol İngiliz takımının tarihini ortaya cıkardı.O zaman Dünya basını bu gol hakkında defe-defe yazdı ve bu golun hakikiliği barede uzun-uzun konular yapıldı. Bu gol televizyonlarda kaç defalarla seyredildi.
Evet, bu gol ingiliz takımına Dünya Kupası:::nı getirdi.Onlar Dünya Kupasının sahibi oldular.
Bu şaşırtıcı gol Alman İngiliz Futbol takımı karşılaşmasının hakemi Tevfik Bahromoğlu tarafından kayıt edildi. Tevfik Bahramoğlu bu şaşırtıcı golle İngiliz takımını Dunya Kupası sahibi etdi.
Bu golden sonra Almanlar Tevfik Bahramoğlu:::nun üstüne yürüdüler,hay küy galdırdılar ve onu korkutmaya başladılar. Tevfik Bahramoğlu sözünden ve karakından dönemedi. Ve sonralar bu gol anı televizyonda seyredilirken Alman takımı Tevfik Bahramoğlu:::ndan özür diledi. Bu golun hakikiliyi ispatlandı .
Bu an Tevfik Bahramoğlu icin ölüm ya da olum anı idi.
Şimdi Shov ve Star televizyonu Dunya Kupası karşılaşmalrının tarihini aksetdiren bu yayına başlarken bu gol anını ayrıca gösterip Tevfik Bahramoğlu:::nu da Rus Hakem olarak niteliyorlar, tanıtıyırlar. Yüzde yüz Azeri Türkü olan Bakı boğumlu bu hakemin Türk sunucular tarafından Rus olarak takdim edilmesi bana tokunan bir şey. Biz kerdi elimezle dunyaca ünlü bir Türk hakemini Rus diye tanıtıyoruz.
Budur benim merakım.Tevfik:::ten Rus olmaz.
Bahramoğlu:::ndan Rus olmaz. Sayın sunucular. Biraz dikkatli olmak gerek.
Saygılarımla....

ANONİM DEYİL,
AZƏRİ XALQ MAHNISI

Azərbaycanda da çox tanınan və sevilən, azəri gənclərinin də böyük sevgi göstərdiyi Əmrahın bu yaxınlarda bir kaseti satışa çıxdı.
"Sevdimmi tam sevərəm" adlı bu kaseti uşaqlarım da Əmrahı sevdiyindən həmən aldılar.
Alan kimi də başladılar oradakı mahnıları dinləməyə. Mən öz otağımda öz işimlə məşğulkən bir də gördüm ki, haradansa mənə çox tanış bir melodiya axıb gəlməkdədir. Bir az diqqətlə qulaq asdıqda gördüm ki, bu melodiyanın havasında Əmrah oxuyur.
Marağım bir az artdı. Heç də pis deyil düşündüm. Bu melodiya heç şübhəsiz Azərbaycan melodiyası idi və bu hava da bizim çox gözəl bir mahnımız da vardı. Amma di gəl ki, Əmrahın söylədiyi sözlər tamamilə başqa sözlər idi.
Təbii, musiqi aləmində belə şeylər olur. Bir mahnının melodiyasını alırsan və sözlərini dəyişdirib bir şeylər uydurursan və oxuyursan. Amma bunu bir sənətkar eləyirsə, heç şübhəsiz, o sənətkar o melodiyanın sahibi olan xalqa bir ehtiram olaraq, ən azından bu havanın kimə aid olduğu haqqında kasetdə məlumat verir.
Əmrah isə heç çəkinmədən, bu havanın bir anonim olduğunu yazmış kasetində və beləcə də satışa çıxarmışdır.
Amma, başqa bir fakt: tərsliyə bax ki, bir neçə gün qabaq elə həmən mahnını bir başqa türk müğənnisi Metin Şentürk Kral FM radiosundan oxuyarkən, bu mahnının heç bir sözünü belə dəyişdirmədən Azəri xalq mahnısı adıyla oxudu.
Başını tut qaç...
Həmən mahnı bizdə "Dağlarda maral gəzər" misrasıyla oxunur...
Əmrah isə "Həsrət yağar dağlara" deyə oxuyur...
Türkcəsi: "Ortadoğu" qəzeti.

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV