Gözəl bir qələm sahib və çox koloritli bir şair və yazıçı Murad Köhnəqala eşitdim ki, Vətəni tərk eləyib, yabançı ölkələrdən birində - mən bilən Norveçdə sığınacaq alıb. Yazıçı Əkrəm Əylislini öz adına və onun adına yaraşmayan sözlərlə mətbuatda qınayan Murad Köhnəqalaya ustad yazar belə cavab vermişdi: "MƏN MURADIN DABBAQDA GÖNÜNƏ BƏLƏDƏM". Bu cavab da bir o qədər incə deyil, amma Əkrəm Əylisli qələminə xas bir cavabdır.
Üstündən də "Ədalət" qəzetində oxudum ki, "Azadlıq" qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli də Vətəni tərk edir. Allah işlərini avand eləsin. Hələ kimsə yenə də gedəcək və kimsə yenə də qayıdacaq. Mən 8 il Türkiyədə oldum (yaşadım ayrı bir şeydi) və mühacirliyin nə olduğunu az-maz dadan kimiyəm. Əslində mən mühacir deyildim, sadəcə Bakıdan uzaqlardaydım. Və bu motivlər üstündə yazdığım bir yazıya yenidən göz atmaq ehtiyacı duydum.
ONLAR VƏ MƏMLƏKƏTİMİZ projesinə bir qəzetlik ara verib məzmunca eyni ola biləcək bu yazını oxuculara təqdim edirəm.
Bir insan öz vətənini, özbəöz torpaqlarını, isti yuvasını və ən vacibi qohumlarını, bacı və qardaşlarını, ata və anasını, yaxın dostlarını neyçin tərk etməlidir? Neyçin? Gözəl günlər yaşadığındanmı? Yaşadığı ölkədə bir rahat nəfəs alıb, güzəranını yaxşı saxlaya bildiyindənmi? O vətənin torpaqlarında özünü bir torpaq sahibi kimi hiss etdiyindənmi?
Neçə-neçə bələ suallar var və səbəblər var ki, saya bilərik. Qurtarmaz ki, bu səbəblər.
O zaman neyçin insanlar mühacirliyi, mültəciliyi seçirlər? Nədən gedib yad ölkələrdə yaşamağı özlərinə rəva bilirlər? Və hətta gedəcəkləri bir yer hələ məlum olmadığı halda belə yola düşürlər və bəzən də özlərinə yaxın və bir doğma olan torpaqları, ölkələri seçirlər.
Yüzillərdir. Əsrlərdir İran İslam Respublikasında öz dədə-baba torpaqlarında yaşayan və bir zamanlar Sovet Respublikası ərazisində qalan Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar və xüsusilə Cənubu Azərbaycanda yaşayan Azərbaycan türkləri (bu ifadəni mən bir türk qəzetində oxudum və çox sevindim ki, nəhayət heç olmasa bir qəzet yazdı ki, Cənubi Azərbaycanda yaşayan da türklər imiş. Qəzet elə beləcə də yazır: "İranda danışılan rəsmi dil: Farsca (türkcə, ermənicə ərəbcə və...danışırlar) gizli bir köçə zorlanışlar. Güclü bir asimlə aparılmışdır bu azərbaycanlılara qarşı və bu zorla köçürülmə, bu asimlə qanlarında dədə-baba torpaqlarına son dərəcə bağlı olan bir milləti mühacirlikdə yaşamağa və həyatını davam etdirməyə zorlamışdır.
Azərbaycan türklərinin, belə demək mümkünsə, həqiqətən öz torpaqlarına son dərəcə bağlılığı var, mən bunu öz adımdan da deyə bilərəm. Onlar ermənilər kimi harda gəldi orda yaşamağa hazır olmamışlar heç vaxt. Və həmişə də zorla torpaqlarından didərgin olunmuş və zor şərtlər altında mühacirliyi seçmişlər.
Azərbaycan türkləri vətən ayrılığına çətin dözən bir millətdir. insanlardır. Nə yazıq ki, öz torpaqlarında bir rahatlıq tapmayan və son dərəcə əzilən bu insanlar vətəndən uzaqlarda yaşamağa məcbur olmuşlar.
Ya ölüm... Ya qalım...
Bəzən şərt belə olmuşdur.
O zaman MÜHACİRLİK seçilmişdir.
Baxın, dünyanın hər yerində və bir çox ölkəsində Azərbaycan Türkləri yaşamaqdadır və bu Azərbaycan Türkləri vaxtilə mühacir olunmuş insanlardır və bunların da ən çoxu elə İran Azərbaycanından olan bacı və qardaşlarımızdır.
Türkiyədə yaşadığım illərdə mən bir özəl televiziyada, bir verilişin şahidi oldum. Bu şəxsi kanallardan birində İran İslam Respublikasından Türkiyəyə qaçıb gələn, elə bu sözün əsil mənasında qaçıb gələn bir insanı göstərirdilər. Bu adam Türkiyədə başını soxacaq bir yer axtarırdı. Təbii bir şeyi də açıq etiraf edək:
Türkiyə bütün insanlara qucaq açmaq məcburiyyətində deyil, amma Türkiyə bu insanlara yardım edəcək gücdə deyilsə və əgər belə düşünülürsə, o zaman Türkiyə heç iyirmi birinci əsr türk əsri olacaq deyə bir iddiaya düşməsin gərək.
Bu İran vətəndaşı Ankaranın mərkəzində bir elektrik dirəyinə çıxmış, ən yüksək voltlu bir elektrik məftilindən yapışmaq istəyərək özünü öldürmək məcburiyyətindədir.
Daha doğrusu özünü öldürmək istəmir. Bunu könül xoşluğuyla eləmir təbii, buna məcburdur.
Öz torpağında bir rahatlıq tapmayan bu adamın Türkiyəni seçməsi mənim üçün çox təbii bir şeydir. Amma bu torpaq da ona sahib çıxmır. Yəni bu torpaq da onu bir mühacir olaraq qəbul eləmir.
Söz burada hər hansı bir adamdan getmir, bu adamın kim olduğundan gedir. Söz bir Türkün bir Türk torpağından qovularaq başqa bir Türk torpağında mühacir olaraq belə sığınacaq tapa bilməməsindən gedir.
Türkiyənin ən adlı-sanlı qəzetlərindən biri "Milliyət" qəzetinin yazarı Şahin Alpay bu hadisəni görmüş və bunun haqqında bir yazı vermişdir. Öz köşəsində Şahin Alpay belə yazır:
"Türkiyə mültəcilərin statüsüylə bağlı 1931-ci il Cenevrə müqaviləsini və 1967-ci il protokolunu imzalarkən bir coğrafi qısıtlama qoyuldu. Bu qısıtlamaya görə sadəcə Avropa ölkələrindən gələn mültəcilərə (bərəkallah - T.A.) sığınma haqqı tanınır. (Vallahi-billahi bu böyüklükdə haqsızlıq olmaz ki, bir Avropa ölkəsindən bu Türkiyəyə üç-beş kişi ancaq gələ bilər. Bir halda ki, Türkiyənin öz adamları Avropaya qaçırsa, bunun nə demək olduğunu siz indi təsəvvür edirsinizmi? Və burada bir incə mətləbə də fikir verin: Sovetlərdən gələn Türklər üçün bu müqavilə bir zərbə deməkdir. Çünki bu müqaviləyə görə Sovetlərdən gələn heç bir Türk burada sığınacaq tapa bilməz.- T.A.) əgər belə bir vəziyyət olursa, o zaman BMT mültəcilər yüksək komissarlığı, Ankara təmsilçiliyi aracılığıyla bir ölkəyə, yəni Türkiyədən başqa bir ölkəyə geçmək imkanı bulunana qədər bu ölkədə qalma izni verilir".
İndi baxın və özünüz düşünün: bütün bunlar heç şübhəsiz bilərəkdən qurulmuş bir şeydir.
Belə olduqda, bizdən olan insanları ölümün qoynunamı atmalı?
Bütün bunlardan sonra düşünmək olar ki, heç bir kəs ağıllı surətdə mühacirliyi seçmir və xüsusilə vətən sevgisi hər şeydən üstün olan Azərbaycanlılar da eləcə.
Amma yalnız İran Azərbaycanını deyil, məhz Sovet Azərbaycanını da, başqa sözlə Şimalı Azərbaycanı da tərk eləyib özünü taleyin qoynuna atan və bu yolda dəhşətli yaşam şərtləriylə üz-üzə qalan nə qədər vətəndaşımız var.
Azərbaycan tarixində bu adamlar elə-belə, gəldi-gedər adamlar olmamışlar. Onların öz yerləri olmuş, öz vəzifələri olmuş, öz ideyaları olmuş və bu ideyalar uğruna VƏTƏNİ tərk eləmək məcburiyyətində qalıb, mühacir olaraq başqa ölkələri seçmişlər.
Bir şeir
mən ki, bu yerlərdə
qərib yaşadım
mən ki, bu yerlərdə
heç sevilmədim
buradan getməyim
kimə toxunar
burada qalmağım
kimə toxunar
burda yaşamağın
ağrısı çətin
bu yerin içimi yaxan
dərdini
mən onun özüylə
birgə yaşadım
mən onu içimdən
ata bilmədim
qərib ölkələrə
alıb daşıdım
qapıdan girənə
üzüm gülmədi
üzümü görənlər
məni görmədi
içimin ağrısı elə dərindi
nə mənim gözümdən
nə də səsimdən
nə də ki, çürüyən
məndən göründü
nə mən tapa bildim
axtardığımı
nə də tapıldım
özümə yük oldu
bu ömrüm, adım
vətənə sevgimi
nifrət bildilər
bu necə ölkədir,
necə bir millət
igid insanları,
mərd oğulları
bu eldən,
torpaqdan uzaq dünyada
vətənsiz öldülər,
yurtsuz öldülər
bilirəm bir zaman
biri doğular
məni də axtarar
özü bilmədən
tapıb bir məzarı
açıb görər ki
vətən məndən keçib,
mən də vətəndən...
Tofiq Abdin
[email protected]
www.tofigabdin.com