Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Açıq söyləmək gərək: "Hürriyət" qəzetinin yazarı hörmətli Yalçın Pekşən öz yazılarıyla diqqəti çəkən bir yazardır və boş yerə deyil ki, gündəlik yazı yazır və öz "Köşə"si var bu adamın. "Hürriyət" kimi bir qəzetdə ki, bundan milyonlar qazanır. Bir başa qəzetdən qazanmasa da qəzet adından şirkəti-mirkəti var bu lap yəqin.
Yalçın Pekşən bəy əfəndi bir neçə dəfə Türk Cümhuriyyətlərinə gəlmiş və hər dəfə buralardan gedəndən sonra yazılar yazmış və belə məlum olur ki, yazdıqlarından belə məlum olur ki, bu ölkələrdə elə-belə yaxşı şeylər tapa bilmir. Bu onun yazar haqqıdır, amma, bu haqdan istifadə eləyəndə dediyimiz kimi, bir az insaflı olmaq gərəkdir.
Mən onun yazılarını izləyənlərdən biri ki, bir müddət əvvəllər bir yazısını oxumuşdum və yazıda Yalçın Pekşən çox şübhəli-şübhəli belə bir sual verirdi: "Türk Cümhuriyyətləri nə qədər türk?"
Bu yazı haqqında da mən narahatlığımı bildirmişdim və onu da oxucuların diqqətinə çatdıracam. Amma haqqında danışdığım bu yazı bir başa bizə aid olduğundan, yəni bizim mədəniyyətimizə və adətlərimizə aid olduğundan istəyirəm ki, onu birinci anladım.
Yalçın Pekşən bir dəstə adamla Azərbaycana gəlmiş və ayağını bu torpağa basar-basmaz qulaqları nə eşitmişsə süzgəcdən-zaddan keçirmədən bir başa döşəmiş qəzetə: Belə yazır Yalçın Pekşən:
"Azərbaycana işiniz düşərsə... Diqqətli olmaq gərəkir. Təyyarə limanında birisini qarşılamağa gələn bir dostumuz bir bardak (Türkiyədə "bardak" bizim "stəkan" deyə tanıdığımız şeydir) su içmək üçün bufetə yaxınlaşır.
"Mənə bir badak..." ... Hələ sözünün ardını demədən bufetçi qiyamət qoparmış (yalana bax ha... t. a.) dostumun üstünə cummuş. Allahdan onun yanında olan alış-veriş eləyən başqa bir türk müştəri kənara çəkib bu yeni gələn türkün qulağına fısıldamış: "Burada bardaq deyilməz. Burada bardaq QADINA deyilir. (Ay bərəkallah. Yalanın böyüklüyünə baxın bir. Ciddi bir qəzetin, ciddi bir yazarı, belə şeylər də yazarmı, allah xatirinə! - T. A.) Sən bu adamı təhqir etdin." - demiş.
Davam eləyir bəyəfəndi Yalçın Pekşən: "Bizim dostumuz çox peşman bufetdən uzaqlaşırkən bir elanla yenə də halı pozulmuş. Elanda deyilirmiş:(özü eşitməyib bunu kimsə deyib - T. A. )
- Kərhanəçilərin uçağı düşdü.
Dostumuz qaça-qaça gəlmiş təyyarə limanında işləyən vəzifəli birisinin yanına, bu düşmək məsələsini araşdırmağa ki, bu qəzanın nəticəsi necə olub? Ona cavab verən bir gözəl qadın: "Koyun götün, koyun götün", - demiş.
Bizim dostumuz da bu sözlərin türkcə anlamını öyrənənə qədər özündən getmiş və o dünyanı görüb gəlmiş.
Belə məlum olub ki, "kar" deyilən şey türk işadamlarına deyilirmiş, "düşmək" də enmək imiş və "koyun götün, koyun götün" də beləymiş: heç narahat olmayın, rahat oturun... "
Beləcə hörmətli qəzetçi yazısını bitirmiş.
İndi, baxın nədir bu böyüklükdə qəzetdə çalışan adamın etinasızlığı.
Birincisi bu adam bir "bardaq" sözünə etiraz edir ki, nəinki hər hansı bir türk lap erməni belə, moltanı belə bu "bardaq" sözünün Azərbaycanda "qadın" mənasında deyilməməsini gözəl bilir. Və hətta rus da bilir bunu. Azərbaycanda "bardaq" sözü var və hətta Yalçın Pekşənə məlum olsun ki, əski türk dilində də "bardaq" sözü var, bir az başqa anlamda.
Azərbaycanın bir çox yerlərində "bardaq" deyilən şeydə su içilir, ayran içilir və sairə. Qaldı ki, qadına BARDAK deyilməsi, təkrar edirəm: son dərəcə kobud və yanlışdır və hətta savadsız bir insan belə bunu bilir.
Yalçın Pekşən bir az dərinliyə gedərək bu "Düşdü" sözünə etiraz edir.
Azərbaycan dilində "düşdü" sözü var: qələm düşdü, daş düşdü və sairə.
Amma inanın bizim təyyarə limanında heç zaman tTəyyarə düşəcək deyilmir. Təyyarə enəcək deyilir.
Düşmək sözü isə Türkiyə türkcəsində bir qəza mənasını daşıyırmış.
Maraqlı burasıdır ki, Yalçın Pekşənin yazısının adı görün nədir: "Azerbaycana işiniz düşerse... "
Baxın, əgər Yalçın Pekşən cənabın dediyi kimidirsə, o zaman bu adı necə yozaq?
Yalçın Pekşən bir az irəli gedərək belə bir sözün üstündə durur: KERHANEÇİLER TEYYARESİ.
"Kerhane" sözü Türkiyədə fahişəxana demək anlamını daşıyır.
İndi, baxın bu təyyarə Türkiyədən Manukyanın təyyarəsi olmasın?
Sonra bir söz də yazır Yalçın Pekşən: koyun götün, köyun götün.
Azəri türkcəsində heç vaxt "koyun götün" deyilməz. Belə bir ifadə ola bilməz azəri türkcəsində.
Bəlkə də bunu təyyarə limanında işləyən bir rusdilli birisi deyə bilər, o da belə deməz. "Gəlin oturun, Sakit olun", - deyər, "heç bir şey olmayıb", - deyər.
Yalçın Pekşən bu "göt" sözünün bir az mədənisini bizə məsləhət görür, yəni: pop. Amma Yalçın Pekşən bilmir ki, bu "pop" sözü rus dilində daha populyar sözdür. Və Azərbaycanda heç istifadə olunmur.
NOT: Bilmirəm, Yalçın Pekşən bir dil bilim adamımı, yoxsa nəyin nəsidir, amma, bu yazıdan görünür ki, heç Azərbaycandan xəbəri yoxdur və mən də bu yazıyla bağlı bir azəri türkünün Atatürk Hava limanında başına gələnləri anlatmağa məcburam...
"KADIN BUDU
YERMİ SİNİZ..."
Günlərin bir günü Azərbaycandan Türkiyəyə gələn təyyarə Atatürk Hava limanında enir və bir dəstə azəri gənci (hər halda azəri gəncləri o qədər də savadsız deyil, mən bunu uydururam) özlərini verirlər bufetə və bufetçidən yemək sifariş eləmək üçün deyirlər:
- Bəy əfəydi, biz çox açmışıq, bizə bir yemək verə bilərmisiniz?
- Nə istərsiniz deyib, - bəy əfəndi.
- Nəyiniz var, - deyiblər azəri türkləri.
- Çox gözəl qadın budumuz, - var deyib bufetçi.
Azərilər bir-birilərinin üzünə baxıblar və elə başa düşüblər ki, bu adam onları təhqir edir. Onlar da dözməyib, heç bir söz deməyərək əsəbi uzaqlaşıblar....
Not: "Qadın budu" türklərdə ən gözəl köftə yeməklərdən biridir.
Daha bir not: Əziz oxucular, bu ilin son yazısı olduğu üçün Sizin Yeni ilinizi ürəkdən təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.
Tofiq Abdin
[email protected]
www.tofigabdin.com