ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
35311 | 2014-01-18 06:16
Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.

ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" -
"UKRAİNSKİY İ AZERBAYDJANSKİY"

Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə, daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami s azerbaydjanskoqo. Avtor emko i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu ukrainüa Valeriə Marçenko.

Vladimir Krilovski

MOSKVADA
BİR ƏL ÇİYNİMƏ QONURg

... Mlinovkadan qayıdıram və yenidən Valerinin anası ilə görüşməyə gedirəm və yenə də heç bir şey əldə edə bilmirəm. Heç kəs mənə tam həqiqəti demir. Amma işin bir müəmması olduğunu görürəm.
Diqqət!!!!!!!!! Diqqət!!!!!!!!!!!!!
Qayıdanda Moskvadan qayıdıram. Vaxtım olduğu üçün Bolşoy Teatra getmək istəyirəm və teatrın bilet kassasında növbəyə dururam. Bilet alıb çıxdıqdan sonra bir nəfər mənə yaxınlaşır.
Bir daha Diqqət!!!!!!!!! Diqqət!!!!!!!!!!!!!
İnanın bu anlar o qədər dəhşətlidi ki, mən hələ də bunun sonuna çıxa bilmirəm.
Adam mənə yaxınlaşır və əlini çiynimə qoyur: MI ZNAYEM VI OTKUDA PRİEXALİ...
Vəssalam...
Adam çəkilib gedir və mən o zaman heç bir əhəmiyyət vermədən tamaşaya baxıram və gördüyünüz kimi sağ və salamat bu yazını yazıram.
Moskva saatlarımın birində olan kiçik bir detalı da bura əlavə eləyim. İnna Rudekoya telefon açıram və yuxarıdakı hekayəti çox hızlı bir surətdə ona anladıram və yazı üçün təşəkkür edirəm, o isə:
"O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI".
O zaman üçün bu ifadənin tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.
Bu gözəl qələm sahibi hələ də yaşayır və yaxın zamanlarda onunla bir müsahibəni də oxucuların diqqətinə çatdırmaq ümidindəyəm.
Bu not yadınızda qalsın.
Təbii, bu qız hekayətini buraxaq bir yana, amma kiçik bir detalı deyim: Azərbaycanlı bir gənc uzaq Ukraynanın uzaq bir Mlinovkaya vilayətinə gedir, çox gənc bir qızın ardınca otelə buraxmırlar və həmin qızgildə yaşamalı olur. Ata-ana hər səhər çıxıb gedir işə və mən bu gənc qızla qalıram evdə. Təkbaşına.
Burada vallah Elçin Hüseynbəylinin DON JUAN romanındakı bir vaqeyə yadıma düşdü. (Don Juanın) Oruc bəy Bayatın ardınca yabançı bir ölkəyə gedən yazıçı bir qızla bir oteldə... və qız ona baxır, o qıza. Drama ancaq beləcə bitir. Mənim romanımda da eynən buna bənzər bir vaqeyə baş verir. Ancaq burda bir nədən var: mən azərbaycanlılar haqqında olan pis və yad düşüncənin yoxa çıxmasını sübut etmək iddiasına düşürəm və romantik bir sonluqla həmin qızı sonradan Bakıya dəvət edirəm və yenə də Elçin Hüseynbəylinin romanındakı hadisənin davamı yaşanır. (Elçin Hüseynbəyli bu hadisədən çox gözəl bir hekayə və ya povest də yaza bilərdi).
Daha ağ eləməyək. Bizim yazımız faciəvi bir gənc haqqındadı. Valeri Marçenko haqqında.
Yox, kiçik bir nüansı deyim: Qalinagilin ailəsi İnna xanımın yazdığı kimi çox kasıb və çox ağır vəziyyətdə yaşayan bir ailə. Ata alicənab bir insan. Adam qızını hər gün mənə etibar edib işə gedir. Lap birinci gün ona deyir: "BAX QALA, MƏN SƏNƏ ETİBAR EDİRƏM".
Bu ifadə bir qılınc kimi mənim içimə saplanır.
Tamam, burada parantezi bağlayaq.

***
1992-ci ilin yayında ilk dəfə tanınmış ukraynalı diplomat Y. Qoçubəy "Bakinskiy raboçiy" qəzetində bir yazı çap etdirdi və sonra həmin yazı yenidən "Ədəbi Ukrayna" qəzetində yayımlandı. Bu yazar, qısaca olaraq ukraynalı bir gənc və ədəbi-siyasi fikirləri ilə seçilən bir qələm sahibi haqqında düşüncələrini açıqladı. Həmin yazıda ilk dəfəydi ki,Valeri Marçenkonun Azərbaycanla, Azərbaycan ədəbiyatı ilə bağlı və ümumiyyətlə onun Azərbaycan günləri haqqında bilgilər də verilirdi. Qoçubəy Marçenkonun əsas amalının "Gerçəyi bilmək və insanları azad görmək" olduğunu bildirmişdi. Bu Marçenkonun amalı və yaşam mübarizəsi idi.
Həqiqətən, ölkəsini və insanları sevən bir fərd olaraq Valeri Marçenko o sıradan başqa millətlərin və xalqların da azad və özgün olmasını caniqəlbdən sevən bir ziyalı idi. Ukraynalı qəzetçi, elm adamı, Sovet kamplarında və cəza evlərində acı günlər keçirən məhkum Valeri Marçenko hələ çox gənc olmasına baxmayaraq, öz yaşıdlarından çox-çox irəli getmiş bir vətəndaş idi. Valeri yaxından tanıdığı "Birlik" təşkilatının daha da geniş işlər görməsi, ukraynalılar və azərbaycanlıların zənginləşərək mədəni və mənəvi irslərinin canlandırılması üçün həqiqi bir savaşçı idi. Hətta bu məqsəd naminə Azərbaycan ədəbiyyatından tərcümələr - çevirilər edərək və bu işlərin çoxunu son dərəcə basqı altında olan bir vəziyyətdə, cəza evində də davam etdirmiş, acılar çəkmiş, amma yolundan dönməmişdir.
Ukrayna dili ixtisası üzrə bir müəllimin oğlu, açıq fikirli və Lvovda Universitetin ilk rektoru, inqilabçı-tarixçi bir babanın nəvəsi olan Valeri vəfat etməzdən öncə Papa, Ronald Reyqan, ABŞ Konqresi tərəfindən müdafiə olunsa da, bütün haqq və özgürlükdən məhrum edilən Marçenko Amerika Birləşmiş Ştatlarından yardım umsa da, heç bir kömək almayan bir inqilabçı idi. 200 illik bir rus monopoliyasının uçulub dağılmasını istəyən Marçenko, bunu tələb etsə də, sağlığında bunu görmədi.
İndi Kiyev şəhərindəki 72-ci küçədə bir xatirə lövhəsi var. Valeri Marçenko bu ünvanda yaşamışdı. Hal-hazırda ona məxsus bütün əşyalar və yaşadığı illərin yadigarları, onun bir zamanlar oxuduğu 175 nömrəli məktəbdə bir otaqda toplanmış və bu otaq artıq muzey halına gətirilmişdir. Hər il sentyabr ayının 16-da vicdanlı insanlar iş-güclərini buraxıb, bir vəfa sevgisi kimi bu şəhid məzarına baş çəkirlər. Bu şəhid məzarı Valeri Marçenkonun məzarıdır. Burada zaman-zaman uzaq Azərbaycandan gələn ziyarətçilər də olur. Amma az olur.
MOO təşkilatının "Demokratiyanın nəbzi" qolu Valeri Marçenkonun anadan olmasının 65-ci il dönümündə çoxdan unudulmuş bağlı bir sandığı açaraq Qızıl Ordunun baş qərargahının rəisi Şerbakovun adına olan küçəni, yüksək insani keyfiyyətlərilə fərqlənən və həyati prinsiplərindən heç vaxt dönməyən Marçenkonun adına verilməsi barədə məsələ qaldırır.
İmperiyanın məhv etdiyi ukraynalıların və başqa millətlərdən olan insanların sayı saymaqla bitməz. Bu siyahıda "Arxipelaq QULAQ"ın məhv etdiyi hər millətin fəxr edə biləcəyi istedadlı, insan haqlarının müdafiəçisi və bu yolda öz həyatını qurban verən adamların adları sırasında Valeri Marçenkonun adı birinci sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU XALQLARIN - UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN AZADLIĞI UĞRUNDA mühakimə olunan birinci və sonuncu fədai deyil, təbii ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı "Müəllimlər evi"nin böyük salonu ağzınacan dolu idi. Zalın amfiteatrını ali məktəb və texnikum tələbələri tutmuşdu. Salonda isə saçları və gicgahları da ağappaq insanlar vardı ki, bu ağ saçlar o insanların keçmişinin nə dərəcədə ağır keçdiyinin şahidi idi. Səhnəni azad Ukraynanın bayrağı bəzəyirdi və bu bayraq ardında otuz yaşlarında gülərüz bir gəncin fotosu vardı.

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV