Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Vpervıe gta statğə izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeə napeçatana qazeta "Bakinskiy raboçiy", v 1992 qodu ona bıla perepeçatana v "Literaturnoy Ukraine". Ee avtor emko i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu ukrainüa Valeriə Marçenko.
V usloviəx "soöznoqo", tolğko deklariruemoqo, internaüionalizma Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə, daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami s azerbaydjanskoqo.
On ne edinstvennıy, koqo sudili za "dvoynoy naüionalizm" - "ukrainskiy i azerbaydjanskiy".
Bu hekayətin yazılmasına nədən başlayacağımı bilsəm də, bilməmiş kimiyəm, çünki başlanğıc üçün bir neçə variant var ki, bunların hamısı mənə təkan verir.
Məsələn: belə başlamaq olar,
Heç kim, heç nə unudulmayıb.
Bu şüar sovetlərdə ən məşhur və ən yayğın şüarlardan biri idi. Və həqiqətən də yazacağım yazı mövzusu bu varianta tam cavab verir.
Daha başqa bir başlanış belə ola bilər:
Kədərli və unudulmayan bir hekayət.
Daha bir başlanğıc belə ola bilər ki, məsələn:
HƏR ŞEY ONDAN BAŞLADI Kİ...
Bu başlıq qısa bir giriş kimi də ola bilər. Çünki həqiqətən bu hekayətin yazılmasına Ana səbəb məhz elə bu başlanğıcdı.
Belədi ki, "525-ci qəzet"in istedadlı və çox məlumatlı yazarı Yaşar bəy bir gün yenə də söhbət ərəfəsində kino sənətinə yaxından və savadlı bələd olduğundan keçənlərdə bir nəfər haqqında çox yanğıverici bir film seyr etdiyini dedi və o filmin bizə ilk baxışda bəlkə də heç bir aidiyyəti olmasa da, amma şəxsən mənə birbaşa toxunacaq bir havası vardı.
Yaşar bəy VALERİ MARÇENKO adında bir nəfərin adını çəkdi və bu adın ona heç bir şey deməməsi çox doğal bir gəlişim ki, bu adın yalnız və yalnız mənə bir çox şeyləri dediyini həmən xatırladım və bu arada bir mübahisə də düşdü. Yaşar bəy güman ki, mənim onunla heç bir tanışlığım olub-olmadığını bilmədiyi üçün və ya o böyüklükdə insanın mənimlə nə tanışlığı düşündüyündən: xeyr, Tofiq bəy xeyr, bu adam sənin dediyin adam deyil. Bu adam hələ gənc ikən dəhşətli dərəcədə böyük işlər görmüş və bu işlərin yalnız acısını yaşamış və böyük əzablardan sonra çox gənc ikən ölmüş və ya öldürülmüşdür.
Yaşar bəyə çox böyük hörmətim və sayğım var. Mən onun inadının üstünə getmədim və bu sətirləri yazdığım anda da, güman edirəm ki, Yaşar bəy adını çəkdiyi adamın milli hərəkat və milli oyanış üçün şəxsi həyatını və canını qurban verən bu gəncin mənimlə heç bir əlaqəsi ola biləcəyini içində saxlamaqdadı və mən də daha bunun ardınca getmədim və Yaşar bəydən sonra internetə girib Valeri Marçenko yazıb axtarış verdim. Təəssüflər olsun ki, mənim də unutduğum və ya belə deyək bir çox məqamlarda xatırladığım, yəni imkan və söhbət düşəndə (bu uzun illər öncə ola bilərdi, amma son illər bu barədə heç söz düşməyib) çox böyük təəssüflə xatırladığım Valeri Marçenkonun bir fotosu çıxdı ki, bu bir filmi xatırlamış kimi yaddaşımın alt qatından boy verdi. Bu yaddaş qənimiliyi məni çox-çox illər əvvələ atdı və mən bir daha Yaşara dedim ki, Yaşar bəy sənin haqqında danışdığın və gördüyün filmin qəhrəmanı (belə deyək də) əzablardan sonra vəfat etmiş insan haqqında baxdığın filmdəki o adam vallah-billah mənim tanıdığım Valeri Marçenkodur ki, var.
Nə faydası... Yaşar bəy inanmadı və haqqı da var inanmamağa. Tamam, adam öz işində olsun. İnanmır inanmasın və onun düşüncəsinə görə bir çox Valeri Marçenko ola bilər və bu filmdəki Marçenko məhz mənim dediyim Adam deyil. İnadı onun içinə elə oturmuşdu ki, daha bu işin ardınca getmədim və burada kiçik bir nüansı bir daha Yaşar bəyin diqqətinə çatdırdım ki, onun filmdə gördüyü və həyatı örnək ola biləcək dissilent-inqilabçı Valeri Marçenko mənim dediyim şəxsiyyətdi ki, var və şair Abbas Abdulla da onu çox gözəl tanıyır. Nəinki tanıyır və onu da mənimlə məhz o tanış eləmişdi. O illərin Ukrayna bilicisi olaraq Valeri Marçenko onun evində qalıb. Üstəlik də mənim yaşadığım evdə də olublar.
İnadımın daha bir qanadı. Bu həmin Valeridir ki, onun bioqrafiyasının bir hissəsi məhz bizimlə bağlıdır və şəxsən Azərbaycandakı 60-ın sonları, yetmişin əvvəlindəki oyanışla bağlıdı.
Hələ mənim Qoçubəy soyadlı bir yazarın yazısından xəbərim yoxdu və yenidən axtarışa çıxandan sonra, növbəti həftədə Qoçubəyin Valeri Marçenko haqqında yazdığı bilgilər əsasında hazırladığım başqa bir yazını oxuyacaqsınız... Və mənim sonradan xatırladığım bilgilərin çoxu həmin yazıda var.
Buradaca bir nəfəs dərib, keçirəm Valeri Marçenkonun məhz mənimlə bağlı anlarına ki... şəxsən demirəm bir az böyük çıxır.
Bu çox üzücü və ağrılı bir hekayətdi.
Bizim nəslin çox gözəl tanıdığı "Komsomolskaya pravda" qəzetinin İnna Rdenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Yazı yox, gözəl və faciəvi bir hekayət yazır. Qızın adı Qalina, familyası mən bilən (ona görə belə deyirəm ki, həmin qızın məndə olan məktublarından heç birində familiyasını tapa bilmədim, çünki zərfləri çıxarıb atmışam və yalnız mənə yazılan vərəqlər qalır məndə) Balançin idi. İnna Rudenko yazı yazar və mən həmin qızın ardınca baş alıb Ukraynaya gedirəm və bunu da o zamanların Ukrayna üzrə bilim adamı Abbas Abdullaya deyirəm. Dədə Abbas Abdulla çox yaxşı qarşılayır və mənə məsləhət görür ki, bəs yaxşı olar ki, Kiyevdə vaxt tapıb Valeri Marçenkonun anasını tapasan və onunla görüşəsən. Bu təklif ona görə deyilir ki, artıq Valeri Bakı həyatını bitirmiş (Valeri Bakıda nə axtarırdı? Bu barədə gələn həftədəki yazımda geniş danışacayıq) və yenidən öz vətəninə qayıtmış və qayıdandan sonra həbs olunmuş.
Doğrusu, indi tam xatırlamıram Abbas bəy bunu mənə demişdi ya yox, ancaq demişdi: get, filan adresdə filankəsi tap, özü olmasa da, anasıyla görüş.
Mən Ukraynanın Mlinovko vilayətindən olan qızın ardınca getməkdə olum və burada yenə də parantez açım.
Mənim həqiqətən Valerinin gördüyü işlər haqqında tam bilgim yox və onun KQB tərəfindən (bu adla yazılanda daha vahim səslənir deyə, DTK yazmıram) anban izləndiyindən xəbərsizəm, bunu Abbas bəy bilirmi, ya yox, bunu da mənə demişmi, ya deməmişmi, indi tam xatırlamıram.
Mən Ukraynada Valerinin yaşadığı adresi axtarıb, tapıram və mənə çox şübhəli-şübhəli baxıb, deyirlər ki, Varleri yoxdu, bəs anası, - soruşuram və kimisə mızıldanır və mən artıq bu işin üstünə getmirəm və düşünürəm ki, qayıdan baş vaxtım çox olacaq, o zaman tapıb rahat görüşərəm.
Tarix məndə var, amma bu an əlimin altında deyil deyə dəqiq bilmirəm, bu var ki, mənim Valerini axtardığım günlərdə o artıq həbsxanada imiş.
Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram və orada mən təxminən yarım ay qalıram.
Təbii, bu qız hekayətini buraxaq bir yana, amma kiçik bir detalı deyim: Azərbaycanlı bir gənc uzaq Ukraynanın uzaq bir Mlinovkaya vilayətinə gedir, çox gənc bir qızın ardınca, otelə buraxmırlar və həmin qızgildə yaşamalı olur. Ata-ana hər səhər çıxıb gedir işə və mən bu gənc qızla qalıram evdə. Təkbaşına.
Burada vallah Elçin Hüseynbəylinin DON JUAN romanındakı bir vaqeyə yadıma düşdü. (Don Juanın) Oruc bəy Bayatın ardınca yabançı bir ölkəyə gedən yazıçı bir qızla bir oteldə... və qız ona baxır, o qıza. Drama ancaq beləcə bitir.
Mənim romanımda da eynən buna bənzər bir vaqeyə baş verir. Ancaq burda bir nədən var: mən azərbaycanlılar haqqında olan pis və yad düşüncənin yoxa çıxmasını sübut etmək iddiasına düşürəm və romantik bir sonluqla həmin qızı sonradan Bakıya dəvət edirəm və yenə də Elçin Hüseyinbəylini romanındakı hadisənin davamı yaşanır. (Elçin Hüseynbəyli bu hadisədən çox gözəl bir hekayə və ya povest də yaza bilərdi).
Daha ağ eləməyək. Bizim yazımız faciəvi bir gənc haqqındadı. Valeri Marçenko haqqında.
Yox, kiçik bir nüansı deyim: Qalinagilin ailəsi İnna xanımın yazdığı kimi çox kasıb və çox ağır vəziyyətdə yaşayan bir ailə. Ata alicənab bir insan. Adam qızını hər gün mənə etibar edib işə gedir. Lap birinci gün ona deyir: BAX QALA, MƏN SƏNƏ ETİBAR EDİRƏM.
Bu ifadə bir qılınc kimi mənim içimə saplanır.
Tamam, burada parantezi bağlayaq.
(Davam edəcək)
Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

Vladimir Krilovski
***
Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə olunub sovet zindanlarında məhv olan ukraynalı bender VALERİ MARÇENKOnun ağrılı həyat hekayəti. Ukrayna Yazarlar Birliyinin üzvü, diplomat .Y. Qoçubəyin bilgiləri əsasında. Tofiq Abdin YAZIÇI YAŞARA MİNNƏTDARLIQLA

BİR QIZIN ARDINCA UKRAYNAYA YOLLANIŞ VƏ VALERİ AXTARIŞI