ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
39190 | 2013-12-14 07:33
Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkə bilər.
Təşəkkürlər
Zeydulla Ağayev...

Bu yazıya daha hansı başlığı verəcəyimi bilmirəm. Məsələn, düşünürəm: BU KİTABI DƏRSLİK KİMİ KEÇİN...
və ya HƏR BİR TÜRKÜN BAŞUCU KİTABI...
və ya ZEYDULLA AĞAYEV ƏLLƏRİN VAR OLSUN...
və ya DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏBLİĞ OLUNMAĞA LAYİQ BİR KİTAB...
və ya NEÇƏ-NEÇƏ ROMANA BƏDƏL BİR KİTAB...
Daha nələr... daha nələr...
Olanı bu ki, yalnız bu yazıyla öz təşəkkürümü bildirmək istəyirəm bu kitabı yazana, onun gözəl tərcüməçisinə... və elmi redaktoruna...
Bu kitabın ana yazarının dilini mən bilmirəm və mənə elə gəlirdi ki, bu kitab haqqında bizim mətbuatımızda ilk məlumatı mən vermişəm. Çünki mən bu kitabın bizim bir gözəl alimimiz və yazarımız tərəfindən artıq tərcümə edilməyə başlandığını bilmirdim və o zaman da mən hətta Nərgiz xanım Cabbarlıya deyəndə ki, bəs bu kitab haqqında ilk dəfə mən məlumat vermişəm internetdən aldığım türk mətbuatına dayanaraq. O da bir şey demədi, insafən...
Amma keçmiş olsun...
Təbii ki, mən elə böyük qələt elməmişəm, amma insaf yaxşı şeydir və mən hətta bu kitabın müəllifi ilə üz-üzə oturanda da onun haqında məlumatım ola-ola heç bir şey demədim. Bu görüş Yazarlar Birliyinin sədri Anar müəllimin otağında idi və mən bu yazarı ilk dəfə görəndə mənə çox simpotik gəlmişdi və mən onun bu kitabı necə, hansı çətinliklər və hansı namus sözünün sədalarında yazdığını da çox çətin fərqinə varmışdım. Yəni bilirdim ki, bu cür kitablar bir başqa millət tərəfindən yazılırsa, bunun alt qatında nələr gizləndiyini mən anlamağa çalışmırdım və düşünürdüm ki, yazıb...Vəssalam...(Kitabı oxumadan düşünmüşdüm bunları)
Bu kitab bizim tamam tanımadığımız bir İNSAN tərəfindən yazılıb və bizim əsrlərcə düşmən bildiyimiz bir millətin iç üzünü açmaq üçün yazılıb və bu YAZAR ömrünün mən bilən çox böyük bir hissəsini bu kitabın yazılmasına sərf eləyib ki, bizim yazarlar məncə var-dövlət, şöhrət və vəzifə uğurunda bir-birini qıranda (içi mən qarışıq, əgər yazaramsa) bu ADAM heç bir mükafat gözləmədən başını aşağı salıb bu kitabı, son sözdə deyildiyi kimi bir çox ölkələri gəzib və son nəticə olaraq düşmən içərisində sinəsini qabağa verib və öz ölkəsinin demokratik (necə də olmasa AMERİKADI), imkanlarına arxayın olaraq yazmağa başlayıb və onu bu yolda nə gözləyəcəyinin fərqinə varsa da, amma düşünüb ki, yox, o ədalətə dayanaraq yazır və onun ölkəsi də ədalətin və demokratiyanın tərəfindədir. Ona görə də ona heç bir şey olmaz. Amma olan... oldu...
Oxuyuruq: "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri" kitabının müəllifi "Ermənilərin Böyük Fırıldağı" seriyasının 1 cildi kimi nəzərdə tutaraq 2003-cü ilin aprelində ABŞ-da çap etdirmiş, LAKİN KİTABIN İŞIQ ÜZÜ GÖRMƏSİNDƏN AZ SONRA MÜƏMMALI ŞƏKİLDƏ QƏFLƏTƏN VƏFAT ETMİŞDİR." (ayrıntı bizimdir).
Son cümlələrə diqqət edək: lakin kitabın işıq üzü görməsindən az sonra müəmmalı şəkildə qəflətən vəfat etmişdir".
Müəmmalı şəkildə... Müəmmalı şəkildə...
İcazə verin diksinək.
Və bir də bir az öncə içimizin rahatsızlığı kimi yazdığımız bu sətirləri bir də diqqətə çatdıraq:
...və onu bu yolda nə gözləyəcəyinin fərqinə varsa da, amma düşünüb ki, yox, o ədalətə dayanaraq yazır və onun ölkəsi də ədalətin və demokratiyanın tərəfindədir. Ona görə də ona heç bir şey olmaz.
Mən bu boyda kitabları oxuyacaq bir hövsələyə malik bir insan deyiləm, amma mən heç bir hövsələ məntiqinə varmadan bu kitabı başımın yanına qoymuşam və onu səhifə-səhifə, fəsil-fəsil, təkrar-təkrar oxuyuram və yenə də düşünürəm ki, bu kitabı yazan ADAM mən bilən içindən heç bir qorxunu keçirməyib və onu yazmağa başlayanda da güman ki, onu başa salan birisi olmayıb ki, səni irəlidə nə gözləyə bilər. Bəlkə deyən də olub?
Bu kitabla bizi çox böyük bir vətəndaşlıq və qürur hissi yaşamağa sövq edən bir yazarın Zeydulla Ağayevin dəyəri biçilməyən çevirməsinin də bu kitab qədər dəyərli olduğunu sizə xəbər verirəm.
Yuxarıda yazdığım kimi onun müəllifinin dilini mən bilmirəm. Amma bu kitabı çevirən ZEYDULLA AĞAYEV sanki onu tərcümə etməmiş, onu sətir-sətir yaşamış və sətir-sətir içinin ağrılarından keçirmiş, dərdlərini onun səhifələrinə tökmüş və olanları yenidən yaşamış kimi bizə təqdim etmişdir.
Bu kitab nə kitabdır?
Kitabın adı: "ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri". Yazarı Samuel A.Vems. (Müəllifin İngiliscə adının yazılışı: Samuel A.Weems).
Amma nə faydası. Ermənilər yenə də qədim bir oyununu oynayır Türk adlı bir dünyayla.
Nə eləmək olar. Dərd elə dərddir ki, əsrlərin o üzündən bu üzünə adlamış və nəsildən-nəsilə keçərək artıq bir qan yaddaşını da çürüdərək bu yaddaşı qıcqırmış kifir halına gətirmişdir. Deyilənlər və yazılanlar təkrar-təkrar əsrin müxtəlif etaplarında ortaya atılsa da və yaşansa da heç bir aqil nəticə əldə edilə bilməmişdir və mən bir zamanlar Türkiyədə yaşayarkən elə bu temada dəfələrlə yazılar yazdım, bu yazıların birində birdən ağlıma gəldi ki, əcaba dünya yaranandan bəri bu türk və erməni qavğasında ilk ölən İNSAN kim olub görəsən? Və bu suala cavabın çətinliyini başa düşüb belə bir informasiya ilə özümü ovutmağı seçdim. Bu da ibarət olsun ondan ki, ÇOX UZAQ ZAMAN DEYİL 1980 HADİSƏLƏRİNDƏN SONRA BELƏ MƏLUM OLDU Kİ, BƏS İLK ÖLƏN İNSAN AZƏRİ TÜRKÜ OLMUŞDUR.(Ağdam hadisələrini xatırlayın). Təbii ilk ölən İNSAN azəri türkü olsa da (belə deyək) və bunu dünyaya bağırsaq da, ortada bir şey yoxdur və bu gedişlə olmayacaq da. (bu qeydlər türk mətbuatında yayınlanıb).
Mən politoloq deyiləm. Bunun yolunu-izini bilən birisi deyiləm, amma vallah həqiqətən adamı heyrət götürür: bu erməni deyilən xaliqi zillət nə işdirsə, Türkiyə kimi bir dövlətin və Türk adlı bir dünyanın başının üstündə bir Demoklis qılıncı kimi dayanıb durub.
Və bir az şairanə desək, əsrlərdir bir düdük çalırlar, artıq bu düdüyün səsindən onların arxası olan Amerikan belə bezmək üzrədirlər və bunun nəticəsidir ki, keçdiyimiz günlərdə Amerikada yayınlanan bir kitabın müəllifi yana-yana bu ermənilərin xəyanətindən yazmış (türklər demiş: kaç kərə) və biz də bu amerikan yazarın bu kitabı barədə sizə bəzi şeyləri çatdırmaq düşüncəsindəyik.
Erməni FİTNƏKARLARI (fitnəsizləri var ki... - T.A.) iki millətin Türklərin və Ermənilərin dostluğuna (? Sual bizimdir) xələl gətirmək üçün heç zaman fitnələrindən əl çəkmədilər. Niyə eləyirlər bunu, kimə xeyri var? Artıq bunu başa düşmək belə çətinləşir. Bir yandan Uluslararası təşkilatlara qızara-qızara hücum edərək bu SOYQIRIM məsələsini sırıyırlar, bu məsələni yaşadacaq abidələr tikirlər, filmlər çəkirlər və min cür hoqqadan çıxırlar. Bütün bunların altında bir məqsəd yatır: DÜŞMƏNÇİLİK. Bu düşmənçiliyin iç üzünü açacaq bir kitab çap olunmuş Amerikada və bu kitabdakı məlumatlar həm də onu oxuyanların tüklərini belə biz-biz edir.

"TERRORÇU ERMƏNİSTAN XRİSTİAN DÖVLƏTİN SİRLƏRİ" kitabında daha nələr var

2002-ci ildə Texasda nəşr olunan "John Press", çox aktual və çox ağrılı bir məsələni araşdırmağa başlayır: "Birləşmiş Ştatlarla İslam dünyası arasında anlaşılmazlığın əsasında nə dayanır? " Müsəlman ölkələri üçün barrikadalar qurub özlərinə və onlara zərər yetirmələrinə bais olan kimdir?"
Artıq kitabıyla tanış olduğunuz Vems təkid edir ki, onun araşdırmasına görə bütün Amerika vergi ödəyiciləri XX əsrin əvvəllərindən ermənilər üçün böyük məbləğlər pul keçiriblər. Bir çoxları bu kompaniyaya qoşulmuş və bu təbliğata alçaqcasına aldanmışlar. Diqqətlə seçilmiş faktlar və sübutlar (özü də çox vaxt elə erməni mənbələrindən alınan) əsasında, müəllif oxucuya dəhşətli erməni fırıldaqçıları əsl "xristian və demokratik dövlət" olduğunu göstərir. Kitabda yalanların, xəyanətlərin, zorakılıq, qətl və terror aktlarının uzun siyahısı verilmişdir ki, bu faktları - yəni ermənilərin törətdiklərini çox ustalıqla qoruyurlar və gizlin saxlayırlar.
Ermənilərin bu iddialarının tərəfdaşları olan Qərb dövlətləri Azərbaycana və Türkiyəyə eşidilməmiş ədalətsizlik eləyirlər.
Yazar ardıcıl surətdə sübut edir ki, 1918-ci ildən terrorizmin əsas aparıcısı olan Ermənistanın rəsmi siyasəti - maliyyə yardımını xristian dövlətlərindən almaq olub. Bu ölkə XX əsrin əvvəllərində azərbaycanlı və gürcü torpaqlarını ələ keçirməyə cəhdlər göstərib, XX əsrin sonunda Azərbaycanın ərazisinin 20 faizini işğal edib, həmçinin yeganə məqsədləri üçün "saxta soyqırımını icad ediblər" - ki, daim təmənnasız xarici yardım alsınlar.
Nəticə aydındır - Ermənistan tarix boyunca əlindən gələni edir ki, istifadə geosiyasi sarsıntılar keçirdiyi Avrasiya qitəsi, - əvvəlcə Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının dağılması zamanı, öz yalançı işğalçılıq planlarının həyata keçirilməsi üçün daha sonra, nəhayət, Sovet imperiyasının dağılması zamanı yenə də nələrisə ələ keçirsin. Belə ki, ermənilər dəfələrlə etdikləri adətlərini davam etdirməkdədilər.
Vems "qondarma erməni soyqırımının" ardıcıl surətdə öyrənir, erməni tarixçilərinin və siyasətçilərinin uydurulmuş iddiaların külə döndərir. Müəllif deyir ki, 1890-ci ildən başlayaraq, Osmanlı imperiyasında baş verən bir qrup erməni terrorçuluğun məqsədi bu ki, türklərin onların torpaqlarını əllərindən aldıqlarını sübut etsinlər. Onlar öz hərəkətlərinə bəraət qazandırmaq üçün nağıl uydurublar ki, guya iddiasında olduğu ərazilər ermənilərə məxsus olub nə vaxtsa. Daha sonra 1915-ci ildə pullu erməni agentləri xristian dünyasını qabaqlarına alaraq saxta tarix icad edib dünyanı sarsıtmaq üçün dedilər ki, türklər xristian erməniləri dəhşətli surətdə qırıblar. Zaman keçdikcə yalan daha da böyüdü, say 1.5 milyon qaldırıldı. Erməni siyasəti faşizmdən çox az fərqlənir. Buna real sübutlar var.
(Davam edəcək)

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV