ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" - "UKRAİNSKİY İ AZERBAYDJANSKİY".
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə, daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami s azerbaydjanskoqo. Avtor emko i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu ukrainüa Valeriə Marçenko.
Vladimir Krilovski
Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Valeri Marçenkonun sürgün həyatından yalnız bir fakt qeyri-məqbul hesab olunub: "BU ADAM DÜZƏLMƏK İSTƏMİR".
Ancaq Valerinin məhkəməsində şahidlik eləyən İTL və KQB-nin əməkdaşları bəzi sənədləri göstəriblər ki, həmin sənədlərdə Valerinin həbsxanada ikən yenə də yazı işi ilə məşğul olmasını təsdiqləyir.
Bu şahidlərdən biri düşərgənin - lagerin rəisi Polyakov olub. Bu həmin Polyakovdu ki, həmişə Valerinin anasına deyirmiş ki, oğluyla hər şey qaydasındadı. Və müalicəsi gedir. Bir dəfə də olsun dilinə gətirməyib ki, Valeri 3-cü dərəcəli əlildi. O heç zaman verilən işi başa çatdıra bilməyib və buna gərə də hər dəfə cəzalandırılıb.
Anası deyir ki, onu inandırırdılar ki, "məhz düşərgənin qayda- qanunların riayət eləmədiyindən onu müalicə olunmaq üçün qospitala göndərmirlər, onu müalicə eləmirlər və dərman-zad gətirməyə dəyməz. Onsuz da qəbul eləməyəcəklər. Əslində isə həm Valeridən, həm də onun anasından insanlığa sığmayan addımlar tələb edirdilər.
Valeri Marçenko son sözündə (bu sözlər onun anasının və xalasının yaddaşında qalan sözlərdi ki, kitaba daxil edilir).
"Mən universitetə qəbul olunanda başa düşdüm ki, 5 milyon ukrain öz istəkləriylə öz ana dilindən imtina edib. O dildən ki, çox gözəldi və çox varlıdı, o dildən ki, bu onların özündən asılı olmadan ana dilləridi... Öz ana dilindən uzaqlaşdırma olan bu qeyri-təbii bir gəlişim haqqında mən hələ 1973-cü ildə iki məqalə yazmışdım: "Za paravanom ideynosti" və "Kiyevskiy dialoq". Bu məqalələr təəssüflər olsun ki, heç zaman işıq üzü görmədi və heç kəsin bunlardan xəbəri də olmadı. Bu məqalələrə görə Kiyev vilayəti məhkəməsi məni 8 il azadlıqdan məhrum etdi".
"gPerm şəhəri hərbi düşərgəsində yatarkən (sən demə, Ukrayna Sovet dövründə yeganə respublika olub ki, Beynəlxalq Millətlər Təşkilatı üzvi olaraq, dissident və dövlət əleyhində olanlar oradan başqa yerlərə sürgün olunurmuş) mən bir daha yalan və qanunsuzluqla üz-üzə qaldım. Azad bir insan olaraq, yəni özümü azad hiss elədiyim vaxtlarda mən həmişə, hansı şəraitdə yaşamağımdan asılı olmayaraq heç zaman susmadım və həqiqətləri yazdım. Bax, məhz elə buna görə də məni indi mühakimə edirlər. Mən yalan, qondarma və quramalar əleyhinə olmuşam. Mən hər kəsin öz fikrini sərbəst deməsini istəyirəm. İnsanın qürurunu müdafiə edirəm, əxlaqi prinsiplərinin müdafiəsi üçün çalışıram. Bunlar üçün mən xristianlığın bütün şərtlərinə əməl edirəm. Allaha sığınıram. Bir vətəndaş və bir ziyalı kimi bu ölkənin vətəndaşı olduğum üçün utanıram, bu ölkədə qadınlar belə öz düşüncələrinə görə 25 il azadlıqdan mərhum olunurlar. Bu dövlətin tarixində bu qədər utancverici vəziyyət heç vaxt olmayıb".
Bu sözlərin davamına dözməyən prokuror Valerinin çıxışını kəsir və soruşur:
-Nə istərdiniz? Məhkəmədən xahişiniz nədir?
Valeri Marçenko heç nə xahiş etmədi və heç nə istəmədi. Yenə düşərgələrdə olan qanunsuzluqlar haqqında danışmağa davam etdi. Sadalamağa başladı ki, hər gün bir neçə dəfə onların otağını yoxlayır, onlara məxsus yazılar və ədəbiyyatları yığıb aparırlar. Hətta tərcümə etdiyi bəzi şeyləri də alıb götürürlər. Sovet tibbini tənqid etdiyim üçün məni günahlandırırlar. Premin 35-ci zonasında VTGK-də İvan Svitliçni adında bir məhkumu gözlə belə çətin seçilən dəmir qırıntılarını yığmağa məcbur edir və bunu eləyənlər yaxşı bilir ki, həmin adamın barmaqları yoxdur. Tibbi komissiya bu adamı bu iş üçün yararlı hesab eləyir, ancaq onun əlindəki tibbi arayışda yazılır ki, bu adamın iki əlində 5 sağlam barmağı var və nə eləsələr yaxşıdı: onun sağ əlinin şəklini çəkib Perm şəhər prokurorluğuna göndərirlər. Bumu sovet tibbinin ədaləti, bumu? Mən bu lagerdə ölsəm, buna siz günahkarsınız, vətəndaş hakim. Təklif edirəm, bax mənim başım üstündə asılan Ukrayna respublikasının gerbinin üzərində Sovet tibbi tərəfindən sağlam göstərilən beş barmaqlı Svitliçninin əllərinin şəklini asın. Hökm üçün ən doğru və düzgün fakt budur".
Mühakimə saatlarında Valeri Marçenko özünü son dərəcə pis hiss eləyir: başı ağrıyır, böyrəklərinin ağrısı daha da şiddətlənir, o sadəcə qarşısındakı baryerə söykənərək suallara cavab verir və tez-tez gözətçilərdən su istəyir.
Hakimin dəflərlə verdiyi eyni suala: "Siz hakimdən nə istəyirsiniz" - sualına Marçenko çox əsəbi: BİTİRİN BU MƏRƏKƏNİ VƏ OXUYUN ÜZÜMƏ VERƏCƏYİNİZ 15 İLİ!
Ona 10 il xüsusi rejimli lagerdə yatmaqla, 5 il də sürgün kəsirlər.
Salonda oturan qızlar hönkür-hönkür ağlayır və Valeriyə dəstə-dəstə qərənfillər atırlar. Mühakiməyə götürülməzdən öncə həkim baxımından keçən Valeri Marçenko haqqında uroloq-professor tərəddüd etmədən deyir ki, düşərgədə bu adamı bir saat da saxlamaq olmaz.
Professor-uroloqun bu xəbərdarlığına baxmayaraq Valerinin yenidən işinə baxılmasına icazə istəyirlər. Ukrayna Ali Məhkəməsi qaranəfəs, heç gecikmədən müraciətin səhərisi razılıq cavabı verir.
Valerinin anası hiss edir ki, burada bir KQB kölgəsi var. Anasının gətirdiyi şeyləri bu dəfə qəbul edirlər və ardınca da türmənin rəisi olan qadın deyir: "Biz sizdən daha heç nə qəbul edən deyilik və üstündən də əlavə edir: ümumiyyətlə (xüsusi aksentlə deyir bu sözləri ) siz bizdən nə xahiş edirsinizsə KQB-nin icazəsi olmadan heç nə eləyə bilmərik.
Valerinin anasına oğlunun işini aparan bir KQB əməkdaşının telefon nömrəsini verirlər.
Onlar Böyük binanın qarşısındakı (KQB) bağçada görüşürlər. Cavan bir oğlan təxminən otuz yaşlarında, mərhəmətli bir tərzdə:
- Hə, necəsiniz, Nina Mixaylovna! Düşünürsünüz ki, hamının bizdən zəhləsi gedir, sizin də eləcə. Yoxsa, nəsə bir yaxşı şeylər düşünürsüz? Güman ki, oğlunuza nəsə göndərmək istəyirsiz? Görüşmək istəyirsiz, eləmi? Siz Qərbə informasiya ötürməkdən əl çəkin.
- Düşündüyünüz adam mən deyiləm. Mən artıq heç bir şey göndərmirəm.
Valerinin anasından heç nə qəbul etmirlər. Amma görüşməyə icazə verirlər. Valerini xərəkdə gətirirlər, anası baxır ki, onun əlləri əsir. Zar-zor oturdurlar. Anası da yanında əyləşir. Bir küncdə də KQB-nin əməkdaşı. Anasının sözlərinə görə deyəsən adam bir az insaflı adam olub, çünki onları görməzdən gəlib. Üzünü onlardan çevirib. Bununla demək istəyib ki, nə danışacaqları onun vecinə deyil. Görüş iki saat yarım çəkib. Görüşdən çıxan ana yalnız Allaha ümidlə oradan ayrılsa da və düşünür ki, oğlu artıq məhv olur.
Ana son ümid olaraq Leninqrad vilayətinin baş həkiminə belə bir məktub yazır:
"Qlavvraçu Leninqradskoy oblastnoy bolğniüi (uçr.US 20/12)
Ubeditelğno proşu Vas ejednevno informirovatğ menə o sostoənii moeqo sına, Marçenko V. Proşu qarantirovatğ leçenie na sovremennom urovne, t.e. s ispolğzovaniem vseqo arsenala sovremennoy mediüinı..." (koneü sentəbrə 1984 q.) (47].
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
[email protected]
www.tofigabdin.com