adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

TÜRK MİN İLLƏRİN GÜN İŞIĞIDIR - Aqil ABBAS yazır

AQİL ABBAS
586 | 2023-02-22 10:24

Qardaş ölkədə yenə ard-arda zəlzələ olub – Hatay vilayətində. Uçqunlar və yaralılar var.

Qardaşlarımızın başına böyük fəlakət gəldi. Bu fəlakət təkcə Türkiyə türklərini deyil, bütün dünya türklərini, xüsusilə də azərbaycanlıları bərk sarsıtdı. Hələ də özümüzə gələ bilmirik. Dünyanın qeyri-türk ölkələri də Türkiyəyə kömək əlini uzatdı, sağ olsun.

Məni ən çox narahat edən Türkiyənin daxilində müxalif siyasətçilərin bu fəlakətdən istifadə edib sayın cümhurbaşkanımız Ərdoğana qarşı birləşib kampaniya aparmaları oldu. Yəni bu fəlakət türk xalqını təkürək etsə də, müxalif siyasətçiləri, ABŞ-ın və SOROS-un cocuqlarını təkürək edə bilmədi. Təəssüf. Elçibəyin sözü olmasın, fəlakətə uğramış bir dövlətin başçısı sayın Ərdoğanı sağdan da vururlar, soldan da.

Türkiyə bu fəlakətdən qurtulacaq, özü də sayın Ərdoğanın cümhurbaşkanlığı ilə.

Vaqif Bayatlının təbirincə desək:

Türk

min illərin gün işığıdı,

Nə qədər basdırsan

yenə torpağın üstündə qalar.

 

Təkrar olmasın, türk xalqı sayın Ərdoğanın cümhurbaşkanlığı ilə bu fəlakətdən qurtulacaq, yaralarını sarıyacaq. Yamanlıq SOROS-un cocuqlarına, FETÖ-çulara qalacaq.

Fikir vermisinizsə, bu fəlakətdən sonra FETÖ-çular yaman fəallaşıblar. Özü də təkcə Türkiyədə yox, elə Azərbaycanda da.

 

Tanrı Türkü qorumadı!

Türk Tanrını qorusun!

TƏQVİM / ARXİV