SON DƏQİQƏ:

CƏNNƏTƏ DÜŞƏ BİLSƏM...

  73048   |  
Şriftin ölçüsü  
... Bu günlərdə Naxçıvandan - sevimli bir oxucumuzdan redaksiyamıza məktub daxil olub. Məktubun müəllifi Firudin Süleymanoğlu yazır ki, sizin qəzetin daimi oxucusuyam. Və elə bir sayınız yoxdur ki, onu izləməyim. Bu cür sadiq oxucuları tanıyanda istər-istəməz bir yazar olaraq çəkdiyimiz əziyyətə, zəhmətə heyfimiz gəlmir. Ən azından ona görə ki, Firudin Süleymanoğlu kimi çox dəyərli ziyalı və sadiq oxucularımız var.
Firudin Süleymanoğlu redakiyamıza ünvanladığı məktubda bu sətirlərin müəllifinin qələmə aldığı "Çinar ağacı" yazısı ilə əlaqədar öz fikir və iradlarını bildirir. Mən də bir yazar olaraq onun iradlarını tam səmimi qəbul edirəm və bu cür diqqətli oxucuya öz minnətdarlığımı bildirirəm. Belə bir deyim var: "Düşmənini məhv eləmək istəyirsənsə təriflə. Dostunu qorumaq istəyirsənsə, səhv cəhətlərini, nöqsanlarını göstər". Nöqsanı göstərmək isə bizcə boğazdan yuxarı tərifdən min dəfə yaxşıdı. Tərif çoxlarımızın başını gicəlləndirib və yolundan çaşdırıb. Ümumiyyətlə, oxucu rəyi və oxucu sözü həmişə sayğı ilə qarşılanmalı və biz yazarlar da göstərilən qüsurları təkrarlamamalıyıq. Bax onda oxucular bizi oxuyacaq, axtaracaq və yazılarımıza dəyər verəcəklər...
İndi keçək əsas mətləbə, yəni bəzi insanların cənnət sevdasına. Təbii ki, hər bir insan yarandığı gündən nəfəsinin son anınadək öz həyatını və ömrünü yaşayır. Və bu ömür də elə yaşanmalıdır ki, qocalıb əldən düşəndə loru dildə demiş olsaq, cənəmiz yerə dəyəndə, ötən günlər üçün təəssüf hissi keçirməyək və ürəyimiz bəd əməllərimiz üçün ağrımasın.
Ramazan ayında mağazanın birindən çörək alırdım. Və çörək satan xanımı da çoxdan tanıyıram. Gördüm ki, xanım çörəyi mənə uzadanda çox fikirlidi. Dedi ki, yaşımın ahıl vaxtıdır. İndi mənə çatıb ki, oruc tutmayan, namaz qılmayan adamlar cənnətə düşmürlər. Bəs mən indən sonra nə edəcəm?! Bilmirəm, ömrümə bir ay qalıb, bir il qalıb. Qadın bu sözləri danışandan sonra yenidən qəm dəryasına qərq oldu...
Çöhrəsindən nur yağan qadın heç övladlarından da razı deyildi. Onun dediyinə inansaq, oğlanlarının biri fəasətli çıxıb, o birisi isə başına olmazın oyunlarını açıb. Hətta gəlib beş-on dəqiqə xanım yorulanda onun yerində dayanıb, mağazada çörək satmaq belə istəmir. Əsəbindən və gərginliyindən yaşlı qadın canını qoymağa yer tapmır...
Ahıl qadın "cənnət" deyib "ah" çəkəndə istər-istəməz yadıma "Qurani-Kərim"in bəzi ayələri düşdü. "Qurani-Kərim"də də buyurulur ki, insan əməli saleh olmalıdır. Adam var ki, oruc da tutur, namaz da qırır, amma beş-on dəqiqə keçmir kiminsə qeybətini qılır, dalınca danışır, hətta fürsət düşəndə əliəyrilik də eləyir. Bu sözləri bir daha xanımın yadına saldım. Xanım da kövrəldi və gözləri doldu...
Diqqətlə mənə baxırdı. Elə bil ki, ona cənnəti mən verəcəyəm. Elə yazıq-yazıq diqqət yetirirdi ki, onun bu halına ürəyim yanır və istər-istəməz xanımın diqqətinə çatdırdım ki, sən ürəyini buz kimi saxla, Allah-Təala kimin hansı əməl sahibi olduğunu hamıdan gözəl bilir. Bizim hər anımız, hər dəqiqəmiz nəzarətdədir. Sən də uzun illərdir ki, mağazada çörək satırsan. Elə bu çörəyi düzgün çəkiylə və öz qiymətinə camaata satsan, bundan savab iş yoxdur. Təzə çörək əvəzinə köhnə çörəyi gərək camaata sırımayasan. "Qurani-Kərim"də gözəl bir surə də var: "Çəki" surəsi. Həmin "Çəki" surəsində buyurulur ki, ticarətlə məşğul olan hər bir şəxs halallıqla işləməlidir. Çəkidə və qiymətdə kimisə aldatmamalıdır. Buna əməl edən insanların ruzisi dəfələrlə artıq verilir.
Bu fikirləri xanımın bir daha yadına salanda and-aman elədi ki, çörək satdığı 40 ildə heç kimi nə qiymətdə, nə də çəkidə aldatmayıb və həmişə əməli-saleh işlərlə məşğul olub. Onunla söhbətim istər-istəməz ahıl qadının ürəyində, qəlbində yenidən Allah sevgisi yaratdı və bir qədər sakitləşdi...
...Hər birimizin yaxşı və pis əməlləri var. Və bu yaxşı, pis əməllər də bizə bu dünyada, istərsə də axirətdə dəyər verəcək. Onsuz da heç kim öz "ayranına turş" demir. Hətta ən zalım, ən qəddar adamı dindirsən, deyəcək ki, məndən ürəyi yumuşaq, məndən səxavətli və məndən də insan adam tapılmaz...
Bizim kənddə çox mərdiməzar bir kişi vardı. Bu adamın əlindən pislikdən başqa bir şey gəlməzdi. Həmişə də deyərdi ki, bu kənddə məndən yaxşı adam yoxdur. Kənddəkilər bilirdilər ki, həmin adamdan alçaq adam bu kənddə tapılmaz. Ömrünün sonuna qədər hamıya pislik elədi. Hətta öz doğma qardaşına, bacısına elə böhtan qalmadı ki, deməsin. Axırda da it kimi öldü. Və çox adam da heç onun yasına getmədi, rəhmət də oxumadı...
Hər birimiz öz əməlimizə və işimizə görə Yaradan qarşısında cavab verməli olacağıq və hər hansı qəbahətimizə görə də özümüzdən başqa heç kim sorğu-sual edilməycəyik. Daşı ətəyimizdən tökməliyik, kiməsə yaxşılıq eləməsək də, pislik də eləməməli, ömrünü zəhərləməməliyik. Bəlkə savab işlərimiz özümüzün qabağına çıxmasa da, balalarımızın və nəvələrimizin qarşısına çıxar...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK