SON DƏQİQƏ:

Sirli ədəbiyyat: Suda, havada "yaşamış" fantast

  130473   |  
Şriftin ölçüsü  

Ədəbiyyatın fantastik, mistik janrı həm oxucular tərəfindən daha çox seçilən, həm də müəllifə daha çətin başa gələn janrdır. Əlbəttə ədəbiyyat özünün bütün janrları ilə gözəl və vacibdir. Amma gəlin etiraf edək ki, cəmiyyətdə baş verənləri, iki sevgilinin sərgüzəştlərini yazmaq istedad, dünyagörüşü və səbrdən başqa müəllifdən heç nə tələb etmir. Amma fantastika özündə elmi, texniki sahələri daşıdığına görə yazıçı həmin sahələri də dərindən bilməlidir, üstəlik bu sahədə öngörücü olmalıdır. Bəzən bu janr müəllifinin həyatı bahasına belə başa gələ bilir. Dünyanın bir çox fantast, mistik yazarları yazdıqlarının təsirindən və ya əlinə qələm alana qədər müəmmalı yaşantısından, təəssüf ki, normal insani həyatdan uzaqlaşıblar. Bir çox fantast yazarlar Rey Bredberi, Edqar Po, lap elə öz milli fantastımız Namiq Abdullayev öz yazdıqlarının, belə deyək, girdabına düşüblər. Necə ki, şair dərd çəkməsə şeiri ürək dağlamaz, eləcə də fantast müəmmalı həyat yaşamasa, üstəlik elmin, parapsixologiyanın dərin qatlarını öz həyatında sınamasa, qələmindən uğurlu əsər çıxmaz. Bu dəfə "Sirli ədəbiyyat”da rus-sovet ədəbiyyatının ən tanınmış fantast yazıçısı olan Aleksandr Belyayevdən bəhs edəcəyik.

Aleksandr Belyayevi "rus Jül Vern” adlandırırdılar. Haqqı da çatır, fantastikanın banisi sayılan Vernin gələcəyi yüzdə-doxsan görən əsərləri qədər yazmasa da, ustadının ən yaxşı tələbələrindən hesab olunurdu. Sovet oxucusu ilə yanaşı, dünya ədəbiyyatsevərləri də onu "Amfibiya adam” əsəri ilə tanıyıb. O isə bütün fantast yazarlar kimi, əslində çoxundan üstün olaraq gələcəyə aid bir çox yenilikləri, xüsusilə də kosmik stansiyaları və qəribəsi odur ki, öləcəyi günü də öncədən bilmişdi.

Belyayev ixtisasca vəkil olub, həm də valideynlərinin iradəsinin xilafına çıxaraq bu peşəni seçib. Əlinə qələm almağına səbəb isə müdafiə üçün ona müraciət edən qadın olub. Belə ki, bir gün özünü ekstrasens adlandıran bir qadın onu məhkəmədə müdafiə etməsini istəyib. Eksrasens bildirib ki, iki qadının tezliklə həyat yoldaşının öləcəyini dediyinə görə həmin adamlar onu məhkəməyə verib. Yəni ərlər ölüb, amma qadınlar bunda ekstrasensi günahlandırıblar ki, onun caduları sayəsində ölüm gerçəkləşib. Belyayev qadını təbəssüm və inamsızlıqla dinləyib, onun da taleyinə baxmasını istəyib. Qadın cavabında "Sizin həyatınız ağır, amma parlaq olacaq. Şöhrətli olacaqsınız. Həm də özünüz də tezliklə gələcəyi görəcəksiniz”. Qadının bu sözlərindən təsirlənən Belyayev onun müdafiəsinə razılaşır və məhkəməni qazanır.

Ekstasensin sözləri tezliklə özünü doğruldur. Belyayevdə "Altıncı hiss” vaxtaşırı özünü göstərməyə başlayır. Hadisələrin şəklindən tezliklə nələr baş verəcəyini duyur və  bu da onu qələmə yönəldir. Bir neçə ağır əməliyyat keçirir. Altı il yataq xəstəsi olur. Ədəbi fəaliyyətinə də elə bu vaxtlarda başlayıb. Gələcəklə bağlı ilk mesajı elə ən məşhur əsəri "Amfibiya adam”da verir. Əsərdə ağciyər köçürülməsindən bəhs edilir ki, bu da günümüzdə artıq həyata keçirilir. Daha sonra süni nəfəs aparatı olan akvalanqdan yazıb ki, bu aparat 1943-cü ildə kəşf olunub. Roman isə 1927-ci ildə yazılıb. Dünya fantastik janrının daha bir əfsanəsi Herbert Uells bu əsəri yüksək qiymətləndirib.  

Yeri gəlmişkən, roman özü bioqrafik hesab olunur. Belyayev uşaqkən yuxusunda görüb ki, qardaşı ilə tunelə girir, uzaqda işıq görünür, amma qardaşı ora çata bilmir. Bu hadisədən qısa müddət sonra qardaşı suda boğulub ölür. Romanda belə hissə var ki, baş qəhrəman İxtiandr böyük okeana çıxmaq üçün sualtı tuneli keçməlidir.

Başqa bir əsəri olan "Hava taciri”ndə gələcəkdə atmosferin həddən artıq çirklənməsindən bəhs edir. Sənayenin yüksək inkişafından elə çirklənmə yaranır ki, insanlar nəfəs almaq üçün xüsusi ödənişli yerlərə girirlər. Və ya hava balonlarını satın alırlar. Hazırda Çində buna bənzər hadisələr yaşanır. Elə bu roman da real hadisə üzərində yaranıb. Yazıçı Krıma müalicəyə gedəndə yolda texniki qəza səbəbindən əziyyət çəkmiş insanlarla tanış olur. Onlar həmin qəza zamanı nəfəs almaq üçün xüsusi yerlərə aparıldıqlarını ona danışmışdılar.   

"K.E.S ulduzu” əsəri 1936-cı ildə yazılıb. Amma 1960-cı illərin kosmik uğurlarını ən az yarıbayarı əks etdirə bilib. Xüsusən də SSRİ-nin hələ təzə-təzə yarandığı bir vaxtda, ölkə aclıqdan əziyyət çəkəndə, kolxoz-sovxoz quranda, belə bir ideya, doğrudan da öngörücülüyün pik nöqtəsi idi. Əsər alim Konstantin Eduardoviç Sialkovskinin kosmosla bağlı araşdırmaları əsasında yazılıb. Elə K.E.S də alimin adının abrivasiyasıdır.

Günümüzdə sıx rastlaşdığımız Dronlar – pilotsuz təyyarələr də ilk olaraq Belyayevin ağlına gəlib. 1926-cı ildə yazdığı "Dünyanın ağası” əsərində məsafədən idarə olunan təyyarələrdən yazır. Həmin illərdə hələ klassik təyyarənin özü təzə-təzə yaranırdı.

Ən maraqlı təsvirlərindən biri plastik cərrahiyyədən bəhs edilən "Üzünü itirmiş adam” əsəridir. 1929-cu ildə yazılmış bu romanın dönəmində ilk plastik cərrahiyyələr vardı. Amma bütövlükdə üz köçürməsi hələ mövcud deyildi. Burada ağdərili adamın qaradəriliyə çevrilərək irqi ayrı-seçkiliyi öz üzərində hiss etməsindən bəhs olunur. Piqment dəyişilməsi ilə rəng dəyişimini də bəşəriyyət çox sonralar dünya pop musiqisinin kralı Maykl Ceksonda gördü.

Əvvəldə qeyd etdiyim kimi Belyayev öz sonunu görə bilmişdi. 1940-cı ildə SSRİ-nin çətin dövrlərində, müharibənin astanasında o, bu qıtlıqdan sağ çıxa bilməyəcəyini anlamışdı. Amma öləcəyini duyduqdan sonra da qələmi yerə qoymadı. Uşaqlıqdan arzu etdiyini vərəqlərə köçürdü, yəni uçan adamı. "Ariel” əsərində uçan adamdan bəhs etməklə əslində özünün bu dünyadan uçub gedəcəyinə işarə edirdi. Bəlkə də hələ, insanın heç bir texnikanın köməyi olmadan uça bilməsi kəşf olunmayıb. (Xüsusi qanadvari aparat qoşulması ilə ötən il icad olunub.) Nə bilmək olar? Bəlkə yaxın gələcəkdə öngörücü yazıçının bu hissiyatı da öz təsdiqini tapacaq. 

Qeyd edim ki, yazıçı 1942-ci ildə yaşadığı Puşkin rayonunun mühasirəsi zamanı aclıqdan ölüb. Faşistlərə əsir düşmüş arvadı və qızı azad olunduqdan sonra evə qayıdanda yazıçının eynəyinə yapışdırdığı belə bir kiçik məktubu oxuyublar: "Mənim izimi bu dünyada axtarma, tapmayacaqsan. Mən səni uçduğum göylərdə gözləyirəm. Sənin Arielin”. Yeri gəlmişkən, yazıçı torpaqda izinin qalmayacağını da anlayıbmış. Çünki onun nəşi kütləvi dəfn olunan meyitlərin arasında itib-batıb... 


Şəfiqə ŞƏFA


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK