adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ÖLMƏYƏN ÜMİD

FAİQ QİSMƏTOĞLU
602038 | 2017-05-23 14:31

Deyirlər ki, ac qalmaqda olar, susuz qalmaq da. Amma bir gün ümidsiz yaşamaq mümkün deyil. Ən azındanona görə ki, hər bir insan səhərin açılmasını çox böyük sevgi və həvəslə gözləyir.Düşünür ki, o səhər açılacaq və ona xeyir gətirəcək. Bəzən o səhər açılır və o xeyirdə gəlmir. Ancaq o adam yenə sonrakı səhərlərə ümid bəsləyir. Qarşılaşdığı sıxıntıları,çətinlikləri və kədəri bir an unudur. Ona görə unudur ki, günəşin çıxmasını, qapısınındöyülməsini gözləyir. Axı səbr yaxşı şeydir! Kiminsə səbri varsa, nə vaxtsa istəyinəqovuşacaq…

İslam oyunlarınınbağlanışı günü çox qəribə bir hadisə ilə üzləşdim. İki ayağı və bir əli olmayancavan bir oğlan çox böyük ümid və sevgiylə sürücüdən soruşdu ki, yeni stadiona hansımarşrut gedir? Sürücü də səbrlə onu dinlədi və bildirdi ki, bu avtobusla yox, filannömrəli avtobusla ora gedə bilərsən. Elə bu an filan nömrəli avtobus gəldi, yanındakıadamlar onu çox böyük sevgi və məhəbbətlə maşına mindirdilər. Cavan oğlan da budiqqəti, nəvazişi görüb çöhrəsinə bir sevinc qondu. O sevinc ki, bəlkə də bu cavanoğlan onu çox vaxt görməyib. Görünən o idi ki, bu uşağın qəlbində, ürəyində çoxböyük yaşamaq eşqi var. Bu uşaq Allahın sevdiyi və indi qoruya bildiyi uşaqdı. ƏgərAllah-Təala onun ürəyinə bu boyda yaşamaq eşqi bəxş edibsə, deməli, onun iki ayağı,bir əli olmamasına baxmayaraq öz istəyinə çatacaq.

Həmin uşağı görənyaşlı bir qadının gözləri doldu. Dedi ki, oğul, Allah səni qorusun! Mənim də oğlum xəstədir.Amma onun iki ayayğı, iki əli olsa da, çox zəif iradəlidir. Sənin ki, belə güclüinamın, iradən var, istənilən məqsədə doğru addımlayacaqsan. Bu bir ananın tanımadığıiki ayağını və bir əlini itirmiş uşağa olan sonsuz məhəbbəti və xeyir-duası idi.

Hərinsan fiziki qüsura məruz qalanda bir o qədər güclü olmur. Adam var ki, bir balacaxəstələnir, səhhətində problem yaranır, o tez bir zamanda depressiyaya düşür. Yəni stress keçirir, beynindən yüz fikirötür. Ümumiyyətlə, o insanlar ki, güclüdülər, qüvvətlidilər, onlar hər cür çətinliyə,sıxıntıya üstün gəlirlər.

Məşhur bir amerikalıaktrisa bir vaxtlar xərçəncə tutulubmuş. Və həkimlər də ona bildiriblər ki, ömrünəaz qalıb istədiyi kimi yesin, içsin və kef eləsin. Həmin aktrisa da çox savadlı,mütaliəli bir xanım olur. Gecə-gündüz kitab oxuyur, Allaha dua eləyir və üç aydansonra hiss eləyir ki, artıq zəiflik aradan qalxır. İştahı kəsilmiş bu xanımın yeməyədə həvəsi olur. Altı aydan sonra həkimə gedir müayinə olunur. Onu müayinə edən həkimgözlərinə inanmır. Görür ki, artıq xəstədə xərçəngin heç bir əlamətləri qalmayıb.O, təəccüblə aktrisadan soruşur:

- Siz bu xəstəliyiharda müalicə elətdirdiniz?.

Xanım gülür və dillənir:

- Heç bir həkimin yanına getmədim və bir dərman belə atmadım. Özümüinandırdım ki, məndə belə xəstəlik yoxdur. Çoxlu kitablar oxudum və bir də hər gecəAllahım dua elədim. Görünür, elə məni də bu xəstəlikdən xilas edən Ulu Tanrı vəbir də oxuduğum kitablar olub.

Bu bir həyat dərsidir!Bax, bu bir ölmüyən ümiddir! Ümid ölməyəndə insan daha güclü olur. Vay o gündənki, elə diriykən qəlbində və ürəyində özünüölmüş biləsən. Yeriyəndə, oturanda, duranda bilmirsən ki, hardasan və kiminlə söhbəteləyirsən.

Məşhur həkimlərdənbiri deyir ki, bütün xəstəliklərin bəlası və səbəbi stress, gərginlik və əsəbdi.İradəcə zəif olan insanlar hər hansı depressiyaya məruz qalan kimi o dəqiqə sıxıntıyaşayırlar və bu fikir, xəyal onlara müxtəlif xəstəliklərə düçar eləyir.

Belə də olanda həmininsanlar ya ehtiyacdan, ya səhlankarlıqdan adi bir həkimə yox, psixoloqa müraciət eləməyi yaddançıxarırlar. Heç psixoloq-zad lazım deyil, sadəcə olaraq bir Allaha yaxın ziyalıadamla söhbət eləyəsən, onu dinləyəsən, nuruna, işığına bələnsən, vallah həmin labirintdənçıxmaq çox asandır. Amma nə yazıqlar ki, insanlar çox vaxt dərdlərini deməyə, ürəkləriniaçmağa bir sirdaş tapmırlar…

Bu yaxınlarda birdostum dedi ki, bir qədər arıqlamışdım. Məni görən köhnə dostlardan biri utanıb-qızarmadangözümün içinə dedi ki, ay zalım oğlu, sən quruyub getmisən ki, qulaqların da saralıb,bu gün sabahlıqsan e! Sözün düzü, yaxın adamımın belə rişxənd eləməsi və arıqlamağımıbaşıma qaxmağı istər-istəməz məni narahat etdi. Eləmədim tənbəllik tanış həkiməgetdim. O da məni müayinə etdi. Dedi düzdü, arıqlamısan, amma daxili orqanlarındaheç bir potoloji dəyişiklik görünmür. Sadəcə olaraq, idmanla məşğul olduğuna görə,bir az çəki atmısan. Bunun da sənə ziyanı yox, xeyri var.

İndi siz deyin, beləbir dosta heç ürək açıb dərdini demək olarmı? Və bir də vallah, indiki zəmanədə sədaqətli dostlar da çox azdır.Mənim çörəyimin duzu yoxdur. Kimə barmağımı bala batırıb ağzına bassam da deyəcəkki, zəhərdi…

Biz hər cür çətinlikdən,sıxıntıdan, qarşılaşdığımız problemlərdən çıxmağa çalışmalıyıq. Ən azından ona görəki, zəiflik göstərib iradəsizlik eləsək sıxıntılarımız, ehtiyaclarımız və gərginliklərimizbir qədər də artacaq. Amma dünya heç vaxt xali deyil və Allah-Təala da öz bəndələrininəzərindən uzaq qoymur. Düzdür, adamı Ulu Yaradan müxtəlif çətinliklər, xəstəliklərləimtahana çəkir. Səbrli olub- olmamasını gözləyir. Və günlərin bir günündə o gözləntilərbəndəsinə gəlib çatır…

Və sonda onu deməkistəyirik ki, insan heç vaxt, heç zaman çətinliklərdən qorxub intihar etməməlidir.Çünki intihar da Allahın bağışlamadığı günahlardan sayılır. Əsas məsələ odur ki,Allahına sığınasan, çalışasan, vuruşasan, mübarizə aparasan və heç bir çətinlikvə xəstəlikdən qorxmayasan! Çünki mübarizəninsonu qələbədir. Qələbə üçün isə hər bir sıxıntılı anlar yaşayan, depressiyalaraməruz qalan insanlarda ölməyən ümid olmalıdır. Bu ümid gün işığı kimi nə vaxtsaüfiqdən boylanır və səni öz hərarətinə, nurunaqərq edir…


TƏQVİM / ARXİV