adalet.az header logo
  • Bakı 13°C

SƏNİN ÜÇÜN DARIXIRAM, MƏLƏYİM

FƏRİDƏ RƏHİMLİ
43885 | 2018-06-29 15:57

Məni belə həsrətdə qoyub gedəcəkdinsə nədən gəldin,mələyim? Alabəzək kəpənək ömrünlə nələr yaşamadın, nələr yaşatmadın mənə!Başqalarını demirəm – canından can ayırıb apardığın ananın səssiz gözyaşlarını, ayrılığının əzabından bağıran atanın naləsini unuda bilmirəm. Amma mənimüçün bir başqasan, yəqin ki, bütün həyatım boyu unudulmayacaq qədər dərin izburaxdı yaran sinəmdə. Kiçicik əllərin, mərmərkimi şümal uzun barmaqların, mələk heykəllərindəki kimi ayaqların, gerçəkqızılgül ləçəyinə bənzəyən dodaqların, ilahidən allanmış yanaqların, tünd rəngligur saçların – olduğundan üç-dörd ay böyük görkəmin gözümün önündən çəkilmir. Xəyalıno qədər gerçək görünür ki, bəzən hissə qapılaraq əl atıb səni götürmək, bağrımabasmaq istəyirəm. Əllərim boşda qalınca içimin göynərtisini kimsəylə bölüşəbilmirəm. Səndən sonrakı namazlarımın duaları göz yaşlarısız olmur. Allahımın sənəCənnətində yer verdiyini bildiyim halda səni ona tapşırıram, mənim körpəmdənmuğayət ol – deyə yalvarıram. Sənin cazibən necə bir qüvvəymiş, mələyim, içimdəkihər bir gözəlliyi kənara itələyib yerində oturmusan. Mən necə unudum səni?! Necətəskinlik tapım? Beş günlük ömrünlə nələr etmədin sən – küsənləri barışdırdın,dindən yayınanları geri döndərdin, dar gün dostlarını tanıtdın, savadsız həkimləriifşa etdin, başqa körpələrin də məhv olmaması üçün səbəb oldun...

Beş günlük ömrünlə əlli illik ömrümə təzəcığır açdın – təmiz, saf, süd qoxulu... cənnət quşum, günahsız mələyim. Səninüçün elə darıxıram ki... sanki mənim bədənimin bir parçasısan. Sənin saçlarınısığallamaq, səni qucağıma almaq, gözəl gözlərinə baxmaq nəsibim olmasa da xəyalıniçimdədi. O müdhiş gecə hər kəsin yorulub yuxuya yaxalandığı anlarda sənibağrıma basmağı, sinəmə sıxmağı o qədər istədim ki... saçından ayaqlarına qədəröpdüyüm an oyanıb mənə acıqlanan: Şükür elə, balan salamat qurtarıb, Allaha ağır gedər, əl boyda uşaq üçün bu nəağıdı, bu nə naşükürlükdü, – deyən ağbirçəklərdən çəkinməsəm, o son gecəniqucağımdan buraxmazdım səni. Beş günlük həyatının son gecəsini nənəninqucağında keçirmənə imkan vermədilər, mələyim, məni qorudular guya. Anlamadılarki, sən insan deyilən canlının ən təmizi, ən pakı, ən layiqlisisən...

Yurd, torpaq itkisi ilə dərd yükünü iyirmialtı ildir daşıyan, otuz yaşlı ən yaxınından əlləri üzülən, sön nəfəsində mənievimə, torpağıma aparın deyərək gözümün içinə ümidsizcəsinə baxan atamın sonarzusunu yerinə yetirə bilməyərək sinəsinə çalın-çarpaz dağ çəkilən mən nədən səninayrılığına dözə bilmirəm, mələyim? Sən necə bir qüvvəsən, körpəm, gül qoxulum,süd qoxulum, adsız köçən mələyim! Sənə ad seçəndə Mələk, Dilək adları da vardı siyahıda. Sən demə o, əsladınmış, xəbərimiz yoxmuş – Mələk olacaqmışsan! Amma diləyimiz hasil olmadı...

Mən heç kimə təsəlli verə bilmirəm, heç özümündə təsəlliyə ehtiyacım yoxdu, çünki səni mənə unutduracaq heç bir söz yoxdu lüğətimdə!Çəkin qədər bir daş oturub ürəyiminüstündə - üç kilo dörd yüz qram. Çox ağırdı, ürəyim tab gətirmir, qubardanpartlamaq üzrədir. Amma ömrüm boyu gəzdirəcəm səni ürəyimin içində, günahsız mələyim!Son gecə sənin buz kimi bədənini qucağımda uyutmağa icazə verməsələr də, songecəmə qədər ürəyimdə olacaqsan, qorxma bəbəyim, mənim və Allahın himayəsindəsən.

İçimdə yuva salsan da mən sənin üçün çoxdarıxıram, mələyim, lap çox! İçimdə yaratdığın boşluğu heç nə doldurmur. Heçistəmirəm də o yerin dolmasını. Çünki sən Cənnət mələyi ola-ola mənim içimi dəözünə yuva seçmisənsə, mən buna sevinə bilərəm. Cənnətində mənə də şəfaətçiolarsanmı, körpə balam! Yəqin ki, səni sevənlərdən yanına ilk gedən mən olacam.O gün görüşənədək, mələyim!

Sənin üçün çox darıxıram, çox darıxıram...

Sənlə bağlı nə xəyallar qurmuşdum...

Yetim qaldı neçə arzum, diləyim...

Həsrətin sinəmi yandırıb-yaxır,

Səninçün çox darıxıram, mələyim...


TƏQVİM / ARXİV