adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DƏRDİM FÜZULİ BOYDA...

FƏRİDƏ RƏHİMLİ
23555 | 2018-08-24 15:12

...Bu dərdə çox baxdım sükut içində,
Bir damcı su yoxdu bulud içində...
Mən diri ölüyəm tabut içində,
Bələyim var idi Füzuli boyda.



Yurd müqəddəs əmanətdir! O əmanəti qorumaq borcumuz, üstündə ürəklə gəzmək haqqımızvar. Yaşadığımız ömürdə, onun üçün nə etmişəm, nə edirəm, nə edə bilərəmsuallarının cəngindən çıxmamalıyıq. Bu sualların içində ən birincisi: bu yurdunövladı olmağa layiqəmmi? - olmalıdı! Vətən oğlu, qarabağlı - füzulili, ağdamlı,cəbrayıllı, zəngilanlı, qubadlılı, kəlbəcərli, xankəndili, laçınlı, şuşalı...iyirmi beş ildir öz yurdundan, ev-eşiyindən, doğma beşiyindən ayrı salınmısan,əzizlərinin məzarlarına həsrətsən, onu ziyarət edə bilmirsən. Bu dərd, buhəsrət başqasına bənzəmir. Tərifi yoxdu, ifadəsi acizdi, açması məchuldu,sızıltısı, göynərtisi səssizdi bu dərdin...

Doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə,nəfəsinə həsrət qalmış ağacı, gül-çiçəyi, ot-ələfi də qurudur. Sahibsiz yurdyeri də sahibsiz insan kimi ümidsizliyin içində cüzi bir ümid arzulayır.

Ərgünəş, Köndələn, Məngələnata,
Hanı duman yenən, çən gələn, ata?
Qaldı qiyamətə sən gələn, ata,
Diləyim var idi Füzuli boyda...

Gözəl arzuların, ümidlərin tən ortasında qəfil namərd həmləsindən tar-mar olan,sahibsiz qalan yurdlarda düşmənin at oynatmasını təsəvvür etmək qədər çarəsizlik,üzüntü ola bilməz yəqin ki...
Dədə-baba yurdunda yağı düşmənin at oynatmasını təsəvvür edib içindənqovrulmağın yanğısı qədər ağrı olmaz...

Kimdi at oynadan Güllü gədikdə?..
Kəkilli yamacda, telli gədikdə...
Nəfəsim kəsilir, Yelli gədikdə
Küləyim var idi, Füzuli boyda...

Hər kəsin evi, yurd-yuvası onun alınmaz qalası, güvənc yeri hesab olunur. Bugüvənci əlindən alınan insan əsl sərsəriyə dönərək, ötənlərin həsrətindən payızyarpağı kimi saralır...

Orda tapdaq olmuş torpağım qalıb,
Yazda xəzəlləmiş yarpağım qalıb.
Başı gətirmişəm, papağım qalıb,
Kürəyim var idi Füzuli boyda...

Qoruya bilmədinsə təəssüflənməyə dəymir, sözlərə hacət qalmır, min xəyal bircəhəqiqəti əvəz eləyə bilmir.

Hələ neçə kəlmə dilimə gəlməz,
Uçdu sonalarım, gölümə gəlməz.
İndi bir tikəsi əlimə gəlməz,
Çörəyim var idi, Füzuli boyda...

Ayrılıq dərdi, yurd həsrəti, məhrumiyyətlər, "qoruya bilmədiniz"qınağı yaşamağa qoymur insanı. Yurdu tərk edərkən sənə şirin olan canın qiymətiqalmır qürbətdə. Bu utancla yaşadığın üçün hər gün mənən ölüb-dirilirsən,əsəbdən, sinirdən bədənini əsmə tutur.

Ölüb, torpağında qala bilmədim,
Qeyrətə, namusa dola bilmədim.
Sevsəm də, Məcnunu ola bilmədim,
Mələyim var idi Füzuli boyda...

Yurdun igidləri uğrunda canını verdi, bu itkiyə dözməyənlər ağlını itirdi,qeyrətli "səbirlilər"in infarkta yaxalandı, sağ qalanlar yarımcanoldular. Bu ədalətsiz məğlubiyyətdən mənəviyyatlar zədələndi. İçində otəəssübkeşliyi daşıyanlara təsəllilər kömək eləmədi. Az-az buqələmunlarməskunlaşdıqları yerə elə öyrəşdilər ki, nəinki əzəli Azərbaycan torpaqlarınıngeri qaytarılması istəyi, heç öz evləri də maraqlandırmadı onları.

Dönməz şəhidlərin qəbirdən, fələk,
Bezdik təsəllidən, səbirdən, fələk,
Keçdi namərdlər də xəlbirdən fələk,
Ələyim var idi Füzuli boyda...

Sanki heç o yerlər yoxmuş kimi davrananlar, gündəlik həyatına heç nə olmamışkimi davam edənlər, yurdundan uzaqda dünyaya gələn balasına yurdu haqqında birkəlmə də öyrətməyənlər daha rahat yaşaya bildilər. Qarabağlıların balalarınındoğum şəhadətnamələrində bakılı, sumqayıtlı, mingəçevirli... yazıldı. Özlərininməzarları da "bakılı" oldu... beləcə Cənubi Azərbaycan, Borçalı,Zəngəzur, Göyçə, Dəmir Qapı Dərbənd... dərdimizə, unutqanlığımıza,laqeydliyimizə, başısoyuqluğumuza bir Qarabağ ünvanını da əlavə etdik. Qəzamızmübarək!
Bu boyda torpaq itkisini asanca həzm edəcək qədər anlamaz duruma gəldik. Oqədər itkinin qarşısında kiçik istəklərlə yaşamaq məhv etdi mənəviyyatımızı. Sankiheç yoxmuş kimi asanca həyatımıza davam etdik.

Vahid Əlifoğlu doğuldu, getdi
Əkdiyim, tikdiyim dağıldı, getdi.
Min illik obalar nağıldı, getdi,
Bəs nəyim var idi, Füzuli boyda?..

Heç nəyimiz yoxmuş, gözəl insan! Füzuli də yoxmuş, Qarabağ da... biz bakılıymışıq.Burda oturub gündə həyasız düşmənin atəşkəsi neçə dəfə pozulduğunu sayır vəbizim "cavab atəşiylə" onları necə "qəhrəmanlıqla"susdurmağımızı izləyirik. 25 ildir ancaq cavab veririk, SUALın vaxtıyetişməyib. Hələ Qarabağ yaramızı sarıyırıq. Köhnə yaralarımız qaysaqladı,qorxusu yoxdu, Qarabağ yarasını da sağaltmağa çalışanlar çoxalıb.
Sağalmağa qoymayın o yaranı, qoparın qaysağını, duz basın!!!

Duz basın ki, əvvəlkilər kimi yata bilməyək, göynərtidən gözümüzə yuxugetməsin. Çünki maddi sərvətlərimizi talayan düşmən həm də mənəviyyatımızaolmazın zərbələr vurmaqda davam edir. Belə qarı düşməni olan xalqyatmamalıdı.

23 avqust Füzulinin, mənim yurdumun alınması "hüznü"dü.

Füzulidə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50kənd və rayon mərkəzi) 125368 hektarı erməni işğalı altındadır. 1988-ci ildənbaşlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlərayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100nəfərdən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Mədəni-məişətobyektləri, qəsəbə və kəndlər, tarixi abidələr məhv edilib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzulirayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlıistismar olunan 2 (Dövlətyarlı, Dilağarda) əhəngdaşı, kərpic-kirəmitistehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gilehtiyatları, 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 iləqədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğalaqədər mühafizə olunmuşdu.

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeolojiaxtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulukomplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı193 min m3/gün həcmində hesablanıb.

Füzuli şəhərinin 14 km şimal-qərbində ən qədim insan yaşayışı məskəni hesabolunan Azıx mağarası yerləşir.

Nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbiisərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"iişğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilərtərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Rayonda maddi-mədənisərvətləri kütləvi şəkildə məhv edilib.

Bu rayonun igid oğullarının torpaq uğrunda mübarizəsinin minlərlə şahidi əlil,qazi oldu. Milli Qəhrəmanlar isə yurdun ən dəyərli insanları kimi Füzulinintarixinə yazıldı:

1. Məmmədov Seymur Qəhrəman oğlu
2. Kərimov Bəşir Bəylər oğlu
3. Fərzəliyev Pəhlivan Əhliman oğlu
4. İbrahimov Rasim Səxavət oğlu
5. Zülfüqarov Elçin Qaçay oğlu
6. Rəfiyev Faiq Qəzənfər oğlu

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan SilahlıQüvvələri tərəfindən işğal olunmasından 25 il ötdü.
Bəli, məhz ötdü... ötürürük.

Bizdən ötüb, balalarımızın boynuna düşəcək bu yükü onların daşımaq həvəsi,gücü, təpəri olacaqmı? Heç bir dəfə də olsun üzərində gəzmədikləri o torpaqlarısevməyə, qorumağa məcbur edə bilərikmi onları? Özümüz qoruya bilmədiyimiz haldaonlardan bunu tələb eləmək haqqımız çatırmı?

P.S.Şeirlərin müəllifi ölməz Vahid Əlifoğludur.



TƏQVİM / ARXİV