SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: “AĞLAYAN” ADAM

  45239   |  
Şriftin ölçüsü  

... Sizi bilmirəm, mən belə adamları çox görmüşəm və bu gün də görürəm. Ətrafınıza, yaxınlığınıza, lap bir addımlığınıza boylansanız siz də görərsiniz. Amma sadəcə olaraq, çoxları bunu görsə də dilinə gətirmir, danışmaq istəmir və susurlar. Susmaq da bilirsiniz nədən irəli gəlir?! Adam var ki, abır-həyasına qısılır və o "ağlayan” adama bir söz demir. Və təbii ki, o adam da bir söz deyilmədiyinə görə, hər dəfə görüşəndə "ağlamağa” başlayır...

Adam var ki, "ağlamaq” ona düşür. Yəni sınayıb sınaqdan çıxarıb da! "Ağlaya-ağlaya hər şey qazanıb: ev-eşik, var-dövlət, üç-dörd maşın... Nə başınızı ağrıdım nə qədər desən mal-mülk. Elə bilməyin təkcə sizin ətrafınızda, yaxınlığınızda belə adamlar var. Elə mənim qohumlarımın arasında nə qədər desən "ağlayan” adam var.

... Biri var düz 40 ildir "ağlayır”. "Ağlaya-ağlaya” iki-üç dəfə kolxoz sədri olub, "ağlaya-ağlaya” iki-üç dəfə müxtəlif pullu vəzifələrdə çalışıb. Sovet dönəmində qaz vurub, qazan doldururdu. Sədr olanda da "ağlayırdı”, digər pullu vəzifələrdə olanda da başlayırdı zarımağa: "Çətinlikdən boğuluram, çatdıra bilmirəm, uşaqların yanında gözükölgəliyəm...”. Amma görürdün iki mərtəbəli bir ev tikib... görürdün "yağın içində” təzə bir üçüncü maşını qapıya gətirib... görürdün evində hər gün çal-çağırdı, yeyib-içməkdi, həftə səkkiz, mən doqquz bir quzu kəsilir, neçə-neçə hinduşka bədənindən ayrılır və hər gün kabab bişirilir. Yenə "ağlamağından” qalmırdı.

Şükür Allaha, oğul-uşaqlarını yerləşdirdi, kefi-kök, damağı çağ bu gün də vəzifədə çalışır. Amma yenə "ağlamağından” qalmır... Yenə kef içində üzür... yenə kefi ala buluddan nəm çəkir.

Belələri artıq öyrəşiblər ki, ağırlığını, uğurluğunu, ağrı-acısını kiminsə üstünə töksünlər. Görən kimi başlayır zarımağa, ah-nalə eləməyə. Əgər cibində pulun olsa, Allaha and olsun çıxarıb ona verərsən. Tanımasan verərsən ey, tanıyırsan ki, bu 40 il əvvəlki qohumundu və beləcə qohumları boğaza yığır. Ehtiyac içində olan qardaşı toya gedə bilməyən, dərman almağa pulu olmayan susub qalır, cibində paçka-paçka pulu olan qardaş kasıblıqdan danışır. İndi gəl buna inan görüm necə inanırsan. Tez-tez də deyir ki, zəmanənin üzü qara olsun, Vallah dolana bilmirəm. Qohumlarımdan biri çıxıb demir ki, ay tamahkar, nədi bütün günü zarıyırsan? Axı biz bilirik sənin nəyin var, nəyin yox?!

... Bir adam da tanıyıram, düz 40 ildi ki, deyir: xəstəyəm, ölürəm! 75 yaşı var dostları tanıyır ki, 10 yaşından belədi: ağrıyıram, xəstəyəm, imkanım yoxdu, dərdə dözə bilmirəm. Tez-tez mənə də zəng eləyir. Zəng eləyəndə danışmamışdan öncə zarıltısı gəlir: ay ölürəm, ay qırılıram! Sonra da başlayır xəstəlikdən danışmağa. O xəstəlikdən danışır, mən də deyirəm ki, heç yerim ağrımır, kefim kök, damağım çağdı. Zarıya-zarıya üç-dörd evi var, iki-üç maşın əldə eləyib və nə qədər də top kimi sağlam adamların yas məclisində iştirak eləyib, aşdan, plovdan yeyib. Çox boğaza yığanda axırda əsəbləşib deyirəm ki, ay kişi, nə zarıyırsan, ağırlığını, uğurluğunu mənim üstümə tökürsən? 75 yaşı olan adam ağrıyacaq da?! Sənin tay-tuşların çoxdan ölüb. Sən Allah, əl çək də məndən! Qırsaqqız kimi bir də görürsən ki, üç gündən sonra bir də zəng eləyir. Telefonunu qaldırmıram. Görür ki, telefonda cavab vermirəm, digər qohumlara, dostlara zəng eləyir. Onları da yığıb ey boğaza! Çox vaxt bezirlər, telefonu da açmırlar...

Axı bayaq dedik, belə adamlar zarımağa, "ağlamağa” və ağırlığın-uğurluğun onun-bunum üstünə tökməyə öyrəşiblər. Və belə adamlar zarıyanda, "ağlayanda” yüngülləşir, özündəki mənfi enerjisini qarşısındakına ötürür, ondan müsbət enerji və aura alırlar.

Belələri dünyanı ona versən də, ciblərini pulla doldursan da, atmilçəyi kimi səndən əl çəkmirlər. Elə səni görən kimi başlayırlar "ağlamağa”. "Ağlayan” adamdan can qurtarmaqsa o qədər asan deyil. Amma onların dediklərinə inanmaq da sadəlöhvlük və hardasa bir zəiflikdir. Sadəcə olaraq, onlara Allah-Təaladan şəfa diləməkdən başqa çıxış yolu qalmır.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK