adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Paşinyan, nə gəzirdin “Ozan”da? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
89022 | 2020-06-05 07:50

Deyilənə görə, uzaq bir şəhərdə bir ər-arvad yaşayırmış. Həm çox kasıb imişlər, həm də övladları yox imiş. Bir yandan da yaşlanmağa doğru gedirmişlər. Qadın hər gün taleyindən gileylənər, ağlayıb-sızlayar, ərinin də gününü qara edərmiş. Günlərin bir günü kişi sevinə-sevinə evə gəlir, deyir: arvad, muştuluğumu ver, sənə xoş bir xəbər deyim. Arvad sevincək deyir ki, muştuluğun məndə, denən!

Kişi deyir ki, arvad bu gün bir kişi ilə bazarda rastlaşdıq, söhbətləşdik! Razılaşdıq ki, onun çox xoşbəxt olduğu və yaşadığı əraziyə köçək . Orda nə yemək dərdi , nə geymək dərdi çəkirsən .. Hər şey təmənnasız verirlir. Bütün günü də oranın sakinləri olan ozanlar çalır oxuyur, oynayır o ərazidəki insanlar da xoşbəxt yaşayır. Amma şərtləri var. Nəbadə, orda ağlayasan , sızlayasan, dərdli görünəsən!Həmin adamı qaynayan qazana yandırıb öldürürlər. Əgər bu şərtlə razısansansa, köçək ”Ozan”a.

Arvad razılaşır, köçürlər. Xoşbəxt yaşayırlar. Bir ay, beş ay beləcə keçir... Arvad günlərin bir günü yenə qəmə batır, taleyindən gileylənir... Əri ha yalvarır, ay arvad etmə-eləmə, şərti pozma...Ozanlar bilsə...

Elə bu anda ozanlar görürlər ki, arvad ağlayır! Şərt pozulub! Götürürlər arvadı basırlar qaynayan qazana...arvad bişib ölür... Əri bilir ki, bu olaya ağlamağın, sızıldamağın yeri yoxdu...yoxsa onun da vəziyyəti arvadından fərqli olmayacaq, başlayır qazanın böyür-başına oynaya-oynaya fırlanmağa, və astadan oxumağa: Nə gəzirdin "Ozan”da, başın qaynasın qazanda....

 

Məsəli boş yerə çəkmədim...

 

Deyilənə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması həqiqətdir. Bunu özü də etiraf edib. Lakin Paşinyan virusa heç də işgüzar iclas zamanı deyil, məhz qondarma prezident seçkilərində iştirakı zamanı yoluxub.

O arvadının qazanda yanan-bişən kəlləsinə baxıb oynayan ərin sözü olmasın, ay Paşinyan, nə gəzirdin "Ozan”da, başın qaynasın qazanda...

 

 

 

 

 

 

TƏQVİM / ARXİV