SON DƏQİQƏ:

AMERİKA FİLMİ, QARABAĞ VƏ DÜNYA - Şahnaz Şahin yazır

  99792   |  
Şriftin ölçüsü  

Artıq gecə yarıdan çoxdan keçib, indi tək-tək adam oyaq olar. Onu gec yatmaqda, yuxusuzluğun insan orqanizminə vurduğu ziyanlar barədə hər gün ona "moizə” oxuyan, bununla onu canına qəsd eləməkdə qınayan həyat yoldaşı da çoxdan yatıb. Arabir yüngül xorultusu da gəlir qulağına. O isə...

Bu gecə şeytanı lənətləyərək Tanrıdan ona da bir azacıq yuxu bəxşiş göndərməsindən ötrü xeyli dua etsə də faydası olmayıb, budur, gecə saat üçü haqlayır... Artıq neçə saatdır ki, isti, rahat, yumşaq yorğan döşəyində gah bir, gah da o biri böyrü üstə çevrilib gözlərini yumaraq sakit uzanıb yuxusunu gözləyir, yuxu isə gəlmir ki, gəlmir!..Bunu da yoldaşı öyrədib ona, sakit uzan, tərpənmə, bir də görəcəksən yatmısan... Artıq göz qapaqlarını bir-birinə sıxmaqdan kipriklərinin dibi ağrıyır, qeyri iradi gözlərinin şişdiyini də hiss edir. Yatağına girdiyi bir neçə saat ərzində yüngül mürgüləsə də bu 15-20 dəqiqədən çox çəkməyib. Birdən ağlından keçən fikrə özünü də gülmək tutur . Sən demə o yuxunu aldatdığı kimi yuxu da onu aldadırmış...

"Yox, deyəsən bu gecə o heç gəlməyəcək, nahaq bəndi-bərəni bərkidib gözləyirəm " deyə yatağından durmağa qərar verir. Amma elə etməlidi ki, evdə narahat olmasınlar. Geyinib astaca yataq otağından çıxıb qonaq otağına gəlir, gündüzün səsli-küylü evi ağır işdən sonra indi sanki dincəlir, otağa göz gəzdirir, bir tərəfdə axşamdan ortalığa tökülmüş oyuncaqlar, masanın üzərində isə gecədən çay içilib qalmış stəkan-nəlbəkilər onu görüb sevinir sanki... Oyuncaqları qutuya yığıb bir tərəfə qoyur, masanın üstünü yığışdırıb mətbəxə aparır, qazı yandırıb çaydanı üstünə qoyub geri qayıdır. İndi də divanın pozulmuş səliqəsini düzəldir. Adətidi, səliqəsi olmayan yerdə rahat ola bilmir. Evdə də elə ən çox buna deyinir həmişə. Gərək qab-qaşıq par-par parıldasın, ev-eşik daim qonaq gözləyirmiş kimi tər-təmiz olsun. Divanda yerini rahatlayıb televizoru yandırır, səsini ən aşağı həddə endirib bir-bir kanalları yoxlayır. İki-üç kanal artıq çoxdan yayımı bitirib, film həvəskarı olduğundan axır ki, bir kanalda istədiyini tapıb dayanır. Deyim ki, o hər kinoya da baxan deyil, əsasən ciddi filmləri sevir, nəhayət axtardığını tapır. Elə indi yeni bir film başlayacaq, yadına qazın üstə qoyub gəldiyi çaydan düşür, tez qalxıb mətbəxə keçir, yaxşı bir çay dəmləyib dəstgahıyla podnosa yığıb geri dönür. Hə indi rahat baxmaq olar!...

Filmdə Amerikada ağ dərililərin məskunlaşmasının ilk illərində baş verən hadisələr lentə alınmışdır, o zaman ki, yerli qəbilə və tayfalar sıxışdırılır, qovulur, buna görə də aralarında labüd qarşıdurmalar yaşanır. Hər qəbilə və tayfanın öz adı, başçısı, yaşam tərzi, məşğuliyyəti , adətləri var. Elə həmin qəbilələrdən birinin başçısı öz ailə üzvlərilə birgə həbs edilərək cəza çəkir... Fikir onu çəkib Ermənistan deyilən qədim İrəvana, azərbaycanlıların qədim yaşayış məskənlərinə aparır, sonra da dolandırıb Qarabağa gətirir. İki əsr daxilində başlarına gətirilən müsibətlər, mənfur ermənilər tərəfindən zorla qovulub çıxarıldıqları doğma torpaqları, yetim qalan yurd yerləri, amansızcasına qətlə yetirilən və əsir götürülən günahsız insanlar gözləri önündən gəlib keçir... Filmin baş qəhrəmanı , ömrünün artıq neçə ilinin belə hərbi xidmətdə keçdiyini unutmuş zabit öz zabit yoldaşları ilə söhbət zamanı qəbilələrin birinin haqqında dedikləri onun qəlbini dağ-dağ edir :

-Onları siz tanımırsınız, mən görmüşəm, bir nəfərin burnunu elə yandırmışdılar ki, ikicə deşiyi görünürdü, digərinin isə qulaqlarını kəsib ağzına soxmuşdular....

Düşünür, İlahi, bunlar ermənilərin törətdiyi müsibətlərin yanında nədir ki!...Sinəsinə odlu xaç basılmış, əli, dili, əzaları, başı kəsilmiş, gözləri çıxarılmış, yandırılmış, tanklar altına atılmış oğulların harayını eşidir, namusu tapdalanmış qız-gəlinlərin, övladı gözlərinin qabağında öldürülmüş anaların fəryadı qulaqlarını batırır..! Bu zabit isə cəzasını çəkmiş ailəni sağ-salamat aparıb yaşayış məskənlərinə qoymaq əmri alıb, yollar uzun və təhlükəli, mənzil başı isə uzaqdır. Yollarda öz torpaqlarını qaytarmaq üçün dəstələr düzəldib yollara çıxan yerli qəbilə nümayəndələrilə qəfləti üzləşmək, məcbur qalaraq apardığı "cinayətkar” başçı ilə dostlaşmaq da var zabitin qismətində.., yoxsa mənzilə gedib çatmayacaqlar!Filmin son kadrları da yenə insanlığın xilasına, humanizm hisslərinin qalib gəlməsinə hesablanıb... "Başçı "ilə əl verib ayrılan zabit :” Mən, səni həmişə yaxşı insan kimi xatırlayacam..” söyləyir..

Bu filmin sonluğu bəlkə də kinorejissorun təxəyyülü, arzuları, görmək istədikləri idi, bilmirəm, hər halda insanlığın ölmədiyinə, haçansa həqiqətin qələbə çalacağına inam və ümid demək idi!...

Amma bir həqiqət var, o isə hələ də dünyada zülmün sona yetməməsi, güclünün gücsüzü əzməsi, yalanın həqiqət libasında görünməsidir. Fikrindən dünyanın hər tərəfində yaradılan münaqişə ocaqları, viran qoyulan şəhər və kəndlər, uçulub dağıdılan evlər, öldürülən insanlar, günahsız tökülən qanlar, süngüyə taxılan körpələr, tüstü çıxmayan bacalar haray çəkib : "Niyə, nədən ötrü!? " qışqırırdı...Filmi izləməyə başlayanda süzdüyü çayı isə çoxdan soyumuşdu...

Bu sonuncu səfər deyil,

Yağıyla çox hesabım var.

Bir kəhər at göndər mənə,

Ürəyimdə muradım var.

Havalar barıt qoxulu,

Yollar hələ də qorxulu.

Yarımçıq qalan nağılı,

Bitirməyə gümanım var.

Bu yara qan verir hələ,

Vətən qurban verir hələ.

Çənlibelə çən düşübdü,

Köroğluya xəbər eylə..

Son savaşa fərmanım var!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK