adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Sentyabr 2020 13:56
59780
MARAQLI
A- A+

BU MİLLƏT ALLAHIN  MÖCÜZƏSİDİ

Şair Qürbət Əzizin  bu adlı  bir satirik şeiri var.  Orda millətimizin  «möcüzə»lərindən yazır.

Mənim  fikrimcə, bu  «möcüzə»lərdən biri də  Mirzə Cəlili, Sabiri, Üzeyir Hacıbəyovu, Əbdürrəhim bəy Haqverdiyevi , Seyfəddin  Dağlını, Rüfət  Əhmədzadəni, Anarı , Baba  Pünhanı yetişdirən bir xalqda yumor hissinin   zəif  olmasıdı.

Baxıram, bir nəfər status yazaraq təklif edib ki, «eşşək» sözündəki  «ş»ların  birini  ixtisar edək. İndi   sosial şəbəkənin  müzakirə mövzusu  olub, hamı düşüb  həmin şəxsin üstünə.  Və statusdakı ironiyanı, sarkazmı  doğrudanmı hiss etməyiblər?

Bir Cem  Yılmazımız olsa, yəqin ki  yazığı  daşa  basardılar.