adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Sentyabr 2020 14:13
107625
MARAQLI
A- A+

Hansı planetdə nə qədər hündürlüyə tullanmaq olar?

Ayaqlarımızı yerə basmağımızın səbəbi cazibə qüvvəsidir. İnsan yerdən maksimum 0,5 m hündürlüyə tullana bilir. Bəs, yaxşı, başqa planetlərdə yaşasaydıq nə qədər hündürlüyə tullana bilərik?

Günəşə ən yaxın planet Merkuridə cazibə qüvvəsi Yerdəkindən iki dəfə daha azdır. Buna görə də Merkuridə yaşasaydıq, maksimum 1,2 m hündürlüyə tullana bilərdik. Amma istiliyə tab gətirə bilsək. Planetin Günəş düşən hissəsinin temperaturu 427 dərəcədir. Gecələr isə temperatur - 138 dərəcəyə qədər düşür. Merkuridə 1 gün Yerin 176 gününə bərabərdir. İndi bu temperaturda yaşaya bilməyini xəyal edin. Mümkün deyil.

 

Veneranın səmasını bağlayan daimi bulud kütləsi olmasaydı, oradan Yeri rahatlıqla görə bilərdik. Venerada tullanmaq istəsək, sadəcə, 0,6 m hündürlüyə qədər tullana bilərdik. Çünki Venerayla Yerin kütləsi təxminən eynidir. Venera Yerdən biraz daha kiçikdir. Planetin temperaturu isə çox istidir.

Ayın digər bir adı isə Lunadır. Buradakı cazibə qüvvəsi dünyamızdakından 1/5 qədər azdır. Buna görə də Ayda tullanmaq istəsəniz 2,7 m hündürlüyə qədər qalxa və bir neçə saniyə havada qala bilərsiniz.

Marsda 1,2 m yüksəkliyə tullana bilərsiniz. Marsən atmosferi Yerin atmosferindən nazikdir. Əgər burda yaşaya biləsydik, masmavi Gün batışını izləyə bilərdik. Marsın ən hündür dağı Olimpus Yerin ən hündür dağı Everestdən təxminən 3 qat daha hündürdür və eyni zamanda bir yanar dağdır.

Fobos – Marsın iki peykindən biridir. Burada cazibə qüvvəsi o qədər zəifdir ki, hətta tullanmağınız belə məsləhət deyil. Çünki tullandığınız yerə qayıtmaya bilərsiniz. Fobos asteroid boydadır. Onun Marsla arasındakı məsafəsi Ayla Yerin arasındakı məsafədən qat-qat artıqdır. Fobosun Marsa dəyib parçalanma ehtimalı var. Ki, bu Marsın da ətrafında Saturnda olduğu kimi ətrafında halqaların yaranacığa gətirib çıxara bilər.

Seres Günəş sistemindəki ən böyük asteroiddir. Hətta o qədər böyükdür ki, cırtdan planetlər siyahısına da düşüb. Təxminən Marla Yupiterin ortasında yerləşir. Burada tullansaq 16 m hündürlüyə qalxıb yavaş-yavaş aşağı düşərik.

Yupiter qaz kütlələrindən ibarət olduğu üçün burada tullanmaq ümumiyyətlə mümkün deyil. Əgər cəhd etsəniz, maksimum 0,2 m hündürlüyə tullana bilərsiniz.

Saturn Günəş sisteminin ikinci ən böyük qaz kütləsinə malik planetidir. Saturnun içinə 9 Yer kürəsi sığışa bilər. Əgər tullanmağa əlverişli səthi olsaydı, burada 0,4 m yüksəkliyə tullana bilərdik.

Saturnun 64 peykinin ən böyüyü Titanda 3,3 m hündürlüyə tullana bilərsiniz. Saturnun səthi demək olar ki, buzlarla örtülüdür. Bu buzların altı isə qayalıqdır. Buradakı vulkanlar odlu lava yerinə buz püskürürlər.

Uran tamamilə buzdan ibarətdir. Onun digər planetlərdən fərqi həm də atmosferinin böyük qisminin buzdan ibarət olmasıdır. Burada tullanmaq istəsək, 0,6 m hündürlüyə qalxa bilərik. Planetin temperaturu – 227 dərəcədir. Durduğunuz yerdə dona bilərsiniz.

Neptun Uranın əkiz qardaşıdır. Neptunda 0,4 m hündürlüyə tullana bilərsiniz. Burada 1 il təxminən 365 dünya ili qədər davam edir. Günəşə bizim yaxınlığımızdan 30 qat daha uzaqdır.

Riton Neptunun peykidir və kainatda yeganə peykdir ki, tərsinə dönür. Yəni Neptunun döndüyü istiqamətin əksinə. Burada tullanmaq mümkün olsaydı, 5,8 m hündürlüyə qalxa bilərdik.

Pluton qaranlıq və yalnızdır. Əvvəllər planet olaraq qəbul olunsa da, sonralar cırtdan planet kimi qəbul olundu. Burada tullanmaq istəsəniz, 7,6 m hündürlüyə çata bilərsiniz. Pluton Aydan və digər planetlərin peykindən daha kiçikdir. Atmosferi zaman-zaman ortaya çıxır və qeyb olur. Pluton Günəşə yaxınlaşan zaman səthindəki buzlar buxarlanıb atmosfer yaradır.

 

Eminquey