adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2020 11:14
19903
DÜNYA
A- A+

Zaxarova: “Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılı olduğunu deyib.

Bu barədə o, “Facebook” hesabında yazıb:

“Almaniya hələ də çox maraqlı - təhlükəsizlik sahəsində asılı ölkə vəziyyətindədir”.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın ən böyük xarici kontingentlərindən biri Almaniyada yerləşir:

“Bu yaxınlarda Almaniya ABŞ-ın bəzi qoşunlarını başqa əyalətlərə köçürmək planlarından narazılığını dilə gətirib”.

Bundan əlavə, ABŞ-ın nüvə silahları Almaniyada yerləşdirilib.

Zaxarova qeyd edib ki, “Güc var, ancaq bu sənin deyil, onu idarə edə bilməzsən, sənə ondan istifadə etməyə icazə verilmir və eyni zamanda, onu itirməkdən qorxursan - bu, bir asılılıq əlamətidir”.