adalet.az header logo
  • Bakı 18°C
03 Dekabr 2020 14:57
126807
ŞOU-BİZNES
A- A+

Məşhurlara səsləndi: “Açıq-saçıq fotolar paylaşmayın, Şəhid olan oğullarımız var”

“Mən həmkarlarımamı desəm, şou-biznes nümayəndələrinəmi desəm, adi vətəndaşlaramı desəm, çox xahiş edirəm, bu şəkildə fotolarınızı paylaşmayın. Hesablasaq, bizim ən sonuncu şəhidimizin dekabrın sonuna 40-ı çıxacaq. Gəlin, bu şəkilləri, rəsmləri paylaşmayaq”.

Bu sözləri “instagram” hesabında aparıcı Lalə Azərtaş səsləndirib:

“30 il idi ki, Vətən həsrəti vardı. Mən də ilk günlər sevindim, 1-2 gün əl qaldırıb oynadım da. Amma o sevinci yaşadıqmı?! Şəhidlərimiz var. 40 gün açıq-saçıq şəkillər, gülüş dolu fotolar paylaşmayın.

Heç mənə çatmır, birinci, yoxsa ikinci şəkil? İnsanların işi gücü yoxdurmu, sizin şəkillərinizi seçsinlər? Anlayıram, öz ətrafınız var, amma digər tərəfdən bunlar xoş qarşılanmır. Yenə deyirəm, nə qalıb ki? Dekabrın sonuna qədər səbrimizi basaq. Yanvarın 1-dən, yeni ildən o sizin səhifəniz, o sizin həyatınız. Bilirəm, bəziləri ailə dolanışığından qalır, bəziləri özünün xoş güzəranından qalır, amma bu gün ən ümdə olan məsələ var, bu gün “ZƏFƏR” adlı bir tarix var, bu gün bu qələbəni qazanan oğullar var. Ən böyük fədakarlıq edib, can qoyub Şəhid olan oğullarımız var. Bu 40 gün onların günüdür”.

Rövşən Tahir