SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR-İKİ CAQQAL-ÇUQQAL

  65738   |  
Şriftin ölçüsü  

Deyirlər ki, meşə çaqqalsız olmaz. Əlbəttə, bu fikrə heç kəs şübhə eləyə bilməz. Ən azından ona görə ki, meşədə şir də olur, ayı da yaşayır, pələng də gözə dəyir. Yəni meşə elə heyvanlar üçün, onların yaşayışı üçün yaranıb. Və bir də meşənin hər yerində olmasa da, bəzi yerlərində çaqqal-çuqqallar da gözə dəyir.

Bax, insan həyatı da sanki bir meşəyə bənzəyir. Sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Böyük Vətən Savaşında işğal altında olan torpaqlarımızın azad edilməsində aslan kimi döyüşən əsgərlərimizi gördük. Gördük ki, o əsgərlərimiz gözünü qırpmadan ən ağır döyüşə atılır, şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin azad olunmasında belə şəhidlikdən qürur duyurlar. Bu döyüşlərdə şəhidlərimiz də oldu, qazilərimiz də. Şəhidlərimizi və qazilərimizi biz gözümüzün üstündə saxlayırıq. Çünki onlar bizim yolumuzda, bu vətənin uğrunda şəhid və qazi olublar... Çünki onlar hərb tarixində yeni bir qızıl səhifə yazdılar... Çünki onlar öz qanlarıyla vətən torpağına, yurdumuza yeni bir nəfəs, yeni bir rəng verdilər...

Şəhidlərimiz və qazilərimiz bizə itirilmiş torpaqları qaytardılar və yeni bir dünya yaratdılar. O dünyanı bizə

verdilər ki, biz yaşayaq və onların qoyub getdiyi dünyanı qoruyaq. Amma görün aramızda necə adamlar var ki, Qarabağ qazisinin pullarını müasir texnologiya ilə ələ keçirirlər. Heç belələrinə adam da demək mümkün deyil. Çünki belələri anasının əmcəyini kəsənlərdi. Ay binamus, ay şərəfsiz, Vətən uğrunda döyüşmürsənsə, vuruşmursansa, onun uğrunda döyüşüb qazi olanların pulunu niyə oğurlayırsan? Onu oğurlayıb yeyə biləcəksənmi? Yeyə bilməyəcəksən, vallah! Balıq sümüyü kimi boğazında ilişib qalacaq. Necə ki, qaldı! Dövlət Təhlükəsizlik Xidməti həmin cinayətkar şəxsi aşkar etdi və məsuliyyətə cəlb elədi. Şübhəli şəxs qismində saxlanılan o şəxs də törətdiyi cinayətləri etiraf etdi.

Heç başqa çıxış yolu da yox idi. Böyük Vətən Savaşında belə cinayətləri törədən insanlara qarşı müharibənin sərt qanunları tətbiq olunmalıdır. Yəni dinc dövrün qanunu ilə həmin cinayəti törədən adam bir o qədər də ağır cəza almayacaq. Amma müharibə qanunları tətbiq edilsə, elə bu özü vətənə xəyanət deməkdi. Vətənə xəyanət isə ömürlük cəza ilə müəyyənləşir. Ümumiyyətlə, belə ağır cinayətləri törədən və orda iştirak edən kriminal elementlər barəsində bizcə ciddi düşünməyə dəyər.

Bir yanda Kürdəmir rayonunun Karrar qəsəbəsində yaşayan şəhid anası Yeganə Adilova oğlu Malik Kamran oğlu Zülfüqarovun şəhid olması ilə bağlı ona ayrılan 10 min manat pulu Silahlı Qüvvələrin Yardım Fonduna keçirib, bunula qürur duyur və deyir ki, mənim tək oğlum

şəhid olsa da, qoy bu pul orduda xidmət edən digər əsgərlərimizə sərf olunsun. Başqa bir yanda isə bir şərəfsiz Qarabağ qazisinin pulunu internet vasitəsilə onun hesabından çıxarır və o pulu xərcləyir. Görün, nə qədər təzad var.

Böyük Qarabağ Savaşı bizim xalqı birləşdirdi. On milyon xalq Ali Baş Komandanın və Azərbaycan Ordusunun ətrafında bir yumruq kimi birləşdi. O dəmir yumruq erməni ordusunun başına necə dəydisə, çətin ki, bu ordu 20-30 ilə özünə gələ. Amma görürsən ki, yenə aramızda bu cinayəti törətmiş çaqqal-çuqqallar var. Və həmin çaqqal-çuqqallar heç də bizim böyük işimizə kölgə sala bilməz. Belə bir deyim var: “Milçək bir şey deyil ürək bulandırır”. Belə adamlar da özü və vücudu bir qəpiyə dəyməsə də, qan qaraldır və ürək bulandırır. Bu cür kriminal elementlərə qarşı isə hüquq-mühafizə orqanları zamanında zəruri addımları atır və onları zərərsizləşdirir.

Şair Dəmir Gədəbəylinin çox orijinal və maraqlı bir fikri yadıma düşür: “Rusu araq öldürəcək, bizim milləti isə tamah”. Bəli, tamahının əsiri olan adamlar üçün heç bir müqəddəs anlam yoxdu. Onlar nə vətən qeyrəti çəkirlər, nə yurd namusu barəsində düşünürlər, nə də şəhidlərimizin və qazilərimizin müqəddəsliyi barəsində fikirləşmirlər. Elə götürək Cəlilabad rayonunun icra hakimiyyətinin başçısını. Deyilənlərə görə, o başçı şəhid ailəsindən ruşvət alarkən kabinetində saxlanılıb. Cənab prezidentin Sərəncamı ilə həmin başçı vəzifəsindən azad

edilib. Hələ də bəzi rayonlarda şəhid ailələrinə, onların doğmalarına qarşı çox laqeyd münasibət göstərilir. Elə icra başçıları var ki, şəhid ailəsini qəbul etmir, onun problemilə maraqlanmır, hətta imkan düşəndə Cəlilabad rayonunun sabiq başçısı kimi rüşvət də umurlar. İnsafınız olsun də, hələ heç şəhidlərin kəfəni saralmayıb... hələ heç onların torpağın üstündəki qanı qurumayıb... hələ heç onların doğmalarının gözünün yaşı azalmayıb, siz isə onlardan nəsə umursunuz.

Ümumiyyətlə, bu hadisələr yüksək vəzifəli məmurlara və o cümlədən icra başçılarına və digər icraedici orqanlara bir mesaj olmalıdır. Hansı vəzifəli şəxs ki, bu müharibə dönəmində kimdənsə rüşvət umur, onu get-gələ salır, incidir, qulaqlarını açıb eşitsinlər: onlar gec-tez yaxalanacaqlar! Ziyanın yarısından da qayıtmaq xeyirdir. Cənab prezident İlham Əliyev icra başçılarını vəzifəyə təyin edərkən deyir ki, gedin, xalqa xidmət edin. Kimliyindın asılı olmayaraq, xalqa xidmət etməsə, insanlara arxa durmasa, o şəxslər cəzalanacaq. Cənab Prezident dediklərinə əməl edir, xalqa və dövlətə xidmət etməyən icra başçılarını vəzifədən azad edir və onlar cinayət məsuliyyətinə cəlb olunurlar. Bu cür cəzalar bütün vəzifəli şəxslərə bir görk olmalıdır!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK