SON DƏQİQƏ:

Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib

  11450   |  
Şriftin ölçüsü  

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə soya yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsində, yük yerində olan soya yükünün altında qara rəngli sellofan torbalarda 38 ədəd “Iphone 12” markalı mobil telefon, 27 adda-13 642 konvalyut, 2 432 qutu, 184 flakon, 20 ədəd müxtəlif markalı dərman preparatları, 6400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-08
2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK