SON DƏQİQƏ:

Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

  8868   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Martın 1-də günün ikinci yarısında mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıt qəbri ziyarət ediblər. Anıt qəbrin önünə əklil qoyulub, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

*     *     *

Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub. Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib. Cümhurbaşqanı himayəsində fəaliyyət göstərən kollektivə 1932-ci ildə Cumhurbaşqanı Filarmonik Orkestri (Riyaset-i Cumhur Filarmoni Orkestrası) 1957-ci ildə Cümhurbaşqanı Simfonik Orkestri (CSO) adı verilib. 2020-ci ildə CSO-nun yeni, möhtəşəm musiqi salonu istifadəyə verilib.

Daha sonra mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər. Ankaranın Batıkənd rayonundakı park 2004-cü ildə salınıb, 2013-cü ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. 8 hektar sahəni əhatə edən park hazırda Türkiyə paytaxtının ən gözəl istirahət guşələrindən biridir. Parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Nümayəndə heyətinin üzvləri ümummilli lideri Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

*     *     *

Martın 1-də nümayəndə heyəti ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən keçirilən və mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətlərinə dair məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK