adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2021 20:23
17579
GÜNDƏM
A- A+

Mübariz Mənsimov azadlığa buraxıla bilər

Martın 5-də Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılacağı gözlənilir.

Adalet.az axar.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu azərbaycanlı iş adamının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.

Bildirilib ki, İstanbul prokurorluğu prosesi aparan 27-ci İstanbul Ağır Cəza Məhkəməsindən M.Mənsimovun Türkiyəni tərk etməmək şərti altında ev həbsinə buraxılmasını istəyib.

Qeyd edək ki, "Palmali" rəhbərinin növbəti məhkəməsi martın 5-ə təxirə salınmışdı.

Xatırladaq ki, M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.