adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Mart 2021 11:57
30723
ELM VƏ TƏHSİL
A- A+

Damı uçan məktəbdə təmir işlərinə başlanılıb

Bakıda güclü külək səbəbindən damı uçan 278 saylı məktəbdə təmir işlərinə başlanılıb.

Bu barədə Trend-ə məktəbin direktoru Məlahət Əliyeva bildirib. Onun sözlərinə görə, hadisə martın 7-si səhər saatlarında baş verib, güclü külək məktəbin bir korpusunun dam örtüyünü uçurub:

"Hadisə baş verəndən dərhal sonra Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verildi. Məlumata dərhal reaksiya verildi, mütəxəssislər məktəbdə oldular, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüldü. Hazırda məktəbin damında təmir işlərinə başlanılıb, iki həftə ərzində yekunlaşacağı planlaşdırılır".