SON DƏQİQƏ:

İstəyən olsa, çox şey etmək olar - Səxavət Məmməd yazır

  9691   |  
Şriftin ölçüsü  

İlk günlər, hətta müharibədən 1-2 ay sonraya qədər əsgərlərin yemək məsələsi ilə bağlı problemi anlayışla qarşılamışam. Çünki müharibədən yeni çıxan ordu, yeni ərazi. Əslində bunu da anlayışla qarşılamaq doğru deyil, ancaq ölkəmizi tanıdığım üçün məcburam.

Artıq neçənci videodur ki, əsgərlər yeməklərini və çörəklərini çəkib sosial şəbəkələrdə paylaşır. Adam həqiqətən pis olur. Kimsə çıxıb, bəs hər şey yerinə oturmayıb, yollar elə gəldi, çatdırma belə getdi deyəcək. Bunu qəbul etmirəm. Manıslar Şuşaya gedəndə, konsert verəndə yollar yaxşı idi, əsgərə yemək çatdıranda yox?! Zakir Həsənovun orduda ən önəmli islahatı yeməklə bağlı idi. Həftədə bir neçə dəfə ev yeməkləri filan verilirdi, yeməkləri mülki şəxslər bişirirdi. İndi öndəki əsgərlər başa vursan baş yaracaq çörək, su supunun (çünki sup ancaq sudan ibarətdir) ümidinə qalıb. Bilirəm, kimsə yenə demək istəyəcək ki, əsgərdi, yeyib-içməyə getməyib. Orda bir dayan. Əsgərin yeyəcəyi, içəcəyi hər şey qramına, kalorisənə qədər hesablanıb və verilməlidir.

Bundan əlavə işğaldan azad edilmiş yerlərdə ciddi siqaret problemi var. Bunun üçün səyyar da olsa mağazalar açmaq lazımdır. Onlar var. Ancaq qiymət fantastikdir. Təkcə indi yox, dinc dövrdə də, əsgərlərin əli çatan mağazalar mülkidən baha olub. Bunu həll etmək çox asandır. Nazirlik firmalarla müqavilə bağlayıb, daha ucuz qiymətə bu məsələni həll edə bilərlər. Türkiyədə hərbi hissələrin içərisindəki mağazalardakı (kantin) qiymətlərlə mülkidəki qiymətlər arasında uçurum var. Şəhərdə qiymətini soruşduqda gözüm kələmdən çıxan bir məhsulu kantindən çox rahat almışdım. Bunu edən təbii ki, nazirlikdir.

Bizdə necədir? Hərbi hissənin içərisində, yaxınında mağaza açmaq, qaz vurub, qazan doldurmaq anlamına gəlir. Hərbi formalardan tutmuş, hərbçiyə lazım olan hər şey çöldə satılır. Niyə? Bunu nazirlik edə bilməz? İstəyən olsa, çox şey etmək olar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK