SON DƏQİQƏ:

“AstraZeneca” vaksininin vurulmasına hələlik başlanılmayıb”Nazir müavini

  13727   |  
Şriftin ölçüsü  

“Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb”.

Adalet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avropa Dərman Agentliyinin "AstraZeneca" vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V. Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğu qənaətinə gəlib.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK