adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Aprel 2021 16:09
38619
İDMAN
A- A+

Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Adalet.az xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.