SON DƏQİQƏ:

Sahibə Qafarova deputatlarla Rusiyaya gedir

  12190   |  
Şriftin ölçüsü  

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.

Adalet.az-ın məlumatına görə, nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.

Əvvəlcə Sankt-Peterburqun Tavriya Sarayında keçiriləcək Şura iclasında sessiyada müzakirə olunacaq məsələlərə baxılacaq, plenar iclasda isə “Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu” mövzusunda müzakirələr aparılacaq. Deputatlarımız təşkilatın daimi komissiya iclaslarında müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.

Burada Azərbaycan parlament nümayəndə heyəti “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında da iştirak edəcək.

Sessiya çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər aprelin 16-da başa çatacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-08
17:17

Dahi


Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK