adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2021 16:10
21134
DÜNYA
A- A+

“Dürüst davransalar, bizdən də dürüstlük görəcəklər” - Ərdoğan

Cənubi Kiprə inanmıram, güvənmirəm, onlar heç vaxt dürüst olmayıblar.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bir neçə gün əvvəl Cenevrədə Kiprlə bağlı 5+1 formatında keçirilən görüşdən danışan Ərdoğan əlavə edib ki, 3 ay sonra keçiriləcək toplantıdan hansısa nəticə gözləmir:

“Çünki dürüst deyillər, yalan danışdılar, aldadırlar, keçirilən referenduma da hörmət etmədilər. İndi yenə eyni davranışı göstərirlər. Dürüst davranacaqları təqdirdə, bizdən də dürüstlük görəcəklər. Əks halda, razılığa gələ bilmərik".

Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında görüş keçirilib. Toplantıda tərəflər razılığa gələ bilməyiblər.