SON DƏQİQƏ:

Faiq Qismətoğlu: Sıxlıq

  33097   |  
Şriftin ölçüsü  

Faiq Qismətoğlu

Sıxlıq

Bakı şəhərində avtomobillərin çoxalması tıxacların artmasına səbəb olur

 

Bu gün Bakıda çoxlu sayda nəqliyyat vasitələri var. Təbii ki, avtomobillərin çoxluğu onların sahiblərinə bir rahatlıq gətirsə də, bunun mənfi fəsadları da var. Bu fəsadlar da ondan ibarətdir ki, paytaxtımızda avtomobillərin çoxluğu bir sıxlıq yaradır və nəticədə tıxacların baş verməsi üzündən sürücülər saatlarla və bəzən ondan da çox yollarda vaxt itirməli olurlar. Vaxtın itirilməsi ilə yanaşı, aydındır ki, tıxaclarda əlavə yanacağın işlədilməsi israfçılıqla bərabər, sürücülərin büdcəsinə də mənfi təsir edir.

Təbii ki, Bakıda tıxacların hər gün baş verməsi tək sürücüləri narahat etmir, həm də ictimai nəqliyyatla mənzil başına gedən yüz minlərlə insanın əsəbləşməsinə, gərgin anlar yaşamasına gətirib çıxarır. Üstəlik də metronun işləməməsi yerüstü nəqliyyatın yükünü ikiqat artırır. Bu isə o deməkdir ki, metronun gün ərzində daşıdığı iki milyona yaxın sərnişin mənzil başına ya avtobusla getməlidir, ya da şəxsi avtomobillərdə.

İndi siz təsəvvür edin, metro  isləyəndə hər hansı sərnişin iş yerinə yarım saata çatırdısa, indi bir saata, bir saat yarıma çatmaq mümkün olur. Elə mənim özüm metronun “Xalqlar dostluğu” stansiyasından “Elmlər Akademiyası”na gəlmək üçün M-2 avtobusu ilə iki saata yaxın vaxt itirirəm. Üstəlik də həmin avtobuslarda o qədər sıxlıq olur ki, virusa yoluxmaq təhlükəsi hər an başınızın üstünü kəsdirir. Ona görə də vaxta qənaət etmək və pandemiyadan xilas olmaq üçün  “Xalqlar dostluğu”ndan “20 Yanvar” dairəsinə hər gün taksi ilə gəlirəm. Mənim kimi on minlərlə insan bu anları və gərginliyi yaşamağa məcburdur.

Aydındır ki, Bakıda çoxlu sayda yollar genişləndirilsə də, yol ötürücüləri inşa edilsə də, hələ də tıxacları tamamilə aradan qaldırmaq mümkün olmayıb. Heç belə getsə mümkün də olmayacaq. Ən azından ona görə ki, bizim məmləkətdə sürücü mədəniyyəti bir o qədər də yüksək deyil. Mənim söylədiklərim intizamlı sürücülərin xətrinə dəyməsin. Xalq şairi Hüseyn Arifin sözü olmasın. Mən sizi nəzərdə tutmuram. Mən hər gün yol hərəkəti qaydasını pozan və hətta çətin vəziyyətə düşən sürücüyə şərait yaratmayan adamlardan danışıram. Onlar görür ki, sürücü çətin vəziyyətdədir, qəza törədə bilər, bir neçə saniyə ləngiyib, o sürücüyə şərait yaratmaq istəmir. Bax belə olanda da hər hansı qəza qaçılmaz olur.

Bakının Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və digər prospektlərində demək olar ki, səhər və axşam saatlarlında tıxaclar yaranır. Bu tıxaclar isə nə qədər sürücünün vaxt itirməsi və əsəbləşməsi deməkdir. Tıxaclar olan yerdə bir qayda olaraq yol polisi hərəkətin təhlükəsizliyini davamlı olaraq tənzimləyir və sürücüləri mürəkkəb vəziyyətdən çıxarır. Ümumiyyətlə, bir fikri səsləndirmək istəyirik ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər gün şəhərin tıxaclar olan küçə və prospektlərinə əlavə naryadlar göndərir və hərəkətin təhlükəsizliyini təmin edirlər. Bu isə bir çox halda tıxacların vaxtında aradan qaldırılmasına münbit şərait yaradır.

 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, paytaxtımızda tıxaclar hər gün olur. Bununsa obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, nəqliyyat vasitələrinin sayı on-on beş illə müqayisədə qat-qat çoxalıb. Küçə və prospektlərdə genişləndirmə işləri aparılsa da, yol infrastrukturu əsaslı surətdə yenidən qurulsa da, bu problemi tamamilə aradan qaldırmaq mümkün deyildir. Ən azından ona görə ki, bizim məmləkətimizdə sürücü mədəniyyəti bir o qədər də yüksək səviyyədə deyildir. Yəni bir çox halda tıxaclara səbəb sürücülərin yol hərəkəti qaydalarını tez-tez pozması və məsuliyyət hissinin olmaması ilə əlaqədardır.

Polis polkovniki Vaqif Əsədovun sözünə qüvvət olaraq demək istəyirik  ki, həqiqətən də bir çox intizamsız sürücülər tıxacların yaranmasına rəvac verirlər. Yəni onlar bir çox halda nə təcili tibbi xidmət maşınlarına, nə yanğınsöndürənlərə, nə də digər operativ xidmət sahələrinin avtomobillərinə yol verirlər. Bununla yanaşı, bəzi sürücülər sürət həddinə əməl etmir, yolu vaxtında boşaltmır, aşağı sürətlə hərəkət edir, işıqforun yaşıl işığı yanarkən ləng hərəkər edirlər. Bax dediyimiz və göstərdiyimiz qüsurlar və nöqsanlar da Bakıda tıxacların yaranmasına təkan verir.

Deməli, şəhərimizdə tıxacların aradan qaldırılmasının əsas bir yükü də  sürücülərin üzərinə düşür. Əgər yol polisi tıxacları aradan qaldırırsa, sıxlıq olan küçə və prospektlərə hər gün əlavə naryad göndərilirsə, onda sürücülər də zəhmət çəkib, yol hərəkəti qaydalarına əməl etməyə borcludular. Hər bir sürücü bu məsuliyyəti hiss etsə, Bakıda tıxaclar saatlarla davam etməz, insanlar isə bundan əsəbləşib, yollarda vaxt itirməz.   

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK